Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə13/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   ...   9   10   11   12   13   14   15   16   ...   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

İmalələr
Müalicə və diaqnostika məqsədilə bağırsağın aşağı hissəsinə müxtəlif mayelər yeridilməsinə imalə deyilir.
Müalicə imalələri iki tip olur: bunlar ya maye yeritməklə bağırsaqların möhtəviyyatını çıxartmaq məqsədilə tətbiq edilir, ya da əksinə, maye ilə birlikdə bağırsaqlara yerli, yaxud rezorbtiv təsir göstərən hər hansı maddə yeritmək məqsədilə tətbiq edilir.
Birinci tipə təmizləyici, yumşaldıcı və yuyucu imalələr, ikinci tipə isə dərman, damcı və qidalandırıcı imalələr aiddir.
Təmizləyici imalələri aşağıdakı hallarda tətbiq edirlər:
1) Hər hansı mənşəli qəbizlik və defekasiyanın ləngiməsi zamanı
2) xarici və daxili mənşəli zəhərləmələr zamanı
3) cərrahiyyə əməliyyatı, doğuş, qarın boşluğundakı və kiçik çanaqdakı üzvlərin rentgenoloji müayinəsi qabağı, habelə dərman, damcı və qidalandırıcı imalələrdən qabaq.
Təmizləyici imalələri tətbiqi üçün əks göstərişlər:
1)anus və yoğun bağırsaq nahiyyəsində kəskin iltihab xarakterli irinli və xoralı proseslər, xüsusən kəskin apendisit
2) peritonium iltihabı
3) mədə və bağırsaq qanaxmaları, o cümlədən qanayan babasil və yoğun bağırsağın dağılmaq üzrə olan şişi
4) qarın boşluğundakı üzvlər üzərində aparılan cərrahiyyə əməliyyatından sonrakı ilk günlər
5) anusun çatlaqları və onun qızdırması, habelə düz bağırsağın düşməsi.
İmalə ilə yeridilən maye həm bağırsaqların peristaltikasına və boşalmasına, həm də nəcis kütlələrini yumşaldıb onların asan çıxmasına mexaniki, temperatur və kimyəvi təsir göstərir.
Yeridilən mayenin miqdarı, onun yeridildiyi təzyiq və sürət nə qədər çox olsa, imalənin mexaniki təsiri bvir o qədər çox olur. Orta hesabla böyük yaşlı adam üçün 1 l (750 ml-dən 2 l-ə qədər), südəmər uşaqlar üçün 30-150 ml, 1 yaşdan 5 yaşa qədər 150-300 ml, 6 yaşdan 14 yaşa qədər 300-500 ml su götürürlər. Krujka ştativdə nə qədər hündürdə asılsa, yeridilən mayenin təzyiqi də bir o qədər yüksək olur.
Suyun sürətini kranla tənzim edirlər.
Peristaltikanın artmasına mexaniki təsirdən başqa yeridilən mayenin temperaturunun aşağı olması da təsir edir. Atonik qəbizlikdə mayenin temperaturu 20 dərəcə və hətta 12 dərəcə olur, spastik qəbizlikdə isə ilıq, yaxud isti imalələr (37-40-42 dərəcə) qoyurlar, bu imalələr spazmı zəiflədir. Adətən imalə üçün indifferent temperaturlu, yaxud ilıq (37-39 dərəcə) su götürürlər, çünki soyuq su bağırsaqların spazmını əmələ gətirə bilər. İmalənin təsirini artırmaq üçün suda sabun əridir (paltar və ya uşaq sabunu yonqarından 1 xörək qaşığı), yaxud ona 2-3 xörək qaşığı qliserin və ya bitki yağı tökürlər. Çobanyastığı həlimi ilə qoyulan imalə də (bir stəkan suya 1 xörək qaşığı quru çobanyastığı) əslində təmizləyici imalələrə aiddir: o bağırsaqların selikli qişasına azca büzüşdürücü təsir göstərir və meteorizmdə tətbiq olunur.
Təmizləyici imalə aparılan cihazın aşağıdakı hissələri vardır:
1)Esmarx krujkası – tutumu 21-ə qədər, üzərində bölgüləri və aşağıda tubusu olan şüşə qabdır, həmçinin eyni quruluşda və həcmdə olan metal və rezin qab da işlədirlər;
2) Suyu axıdan qalın rezin boru (diametri 1 sm, uzunluğu 1,5 m). O, Esmarx krujkasının tubusuna taxılır;
3) suyun axmasını tənzim etmək üçün kranla birlikdə birləşdici boru;
4) şüşə, ebonit, yaxud ən yaxşısı rezin ucluq.
5 yaşına qədər uşaqlara yumşaq ucluğu olan balondan, böyüklərə isə rezin ucluqlu Esmarx qabından imalə edirlər. Ucluqları yuyub qaynatdıqdan sonra ayrıca bankada saxlayırlar. İmalə qoymaq üçün cihazdan başqa, Esmarx qabını asmaq üçün ştativ, suyun temperaturunu ölçmək üçün termometr, müşənbə və ləyən də hazırlamaq lazımdır.
Esmarx qabına su, yaxud təyin edilmiş tərkibli və temperaturlu başqa bir maye tökür və kranı açıb havanı çıxararaq boruları doldururlar. Sonra kranı bağlayır, Esmarx qabını isə müəyyən hündürlükdə ştativə asırlar.
Yataq rejimində olan xəstələrə isə ayaqyolunda edirlər. Xəstə çarpayıda dizlərini qatlayıb sol böyrü üstə uzanır. Xəstənin altına müşənbə qoyulur, bunun sərbəst ucunu ləyənə salırlar ki, xəstə suyu saxlaya bilməsə, su ləyənə tökülsün. İmaləni xəstə arxası üstə uzanmış vəziyyətdə də qoymaq olar. Bu vaxt xəstənin altına qab qoyurlar. Xəstə dizlərinə və dirsəklərinə söykəndikdə qarın əzələləri xeyli gərgin vəziyyətdə olub, qarındaxili təzyiq azaldığı üçün su yaxşı gedir. Ucluğa vazelin sürtür, sol əllə xəstənin sağrılarını aralayır, sağ əllə isə ucluğu azca fırlada-fırlada 10-12 sm yeridirlər. Əvvəlcə ucluğu 3-4 sm göbəyə doğru, sonra isə büzdümə paralel istiqamətdə yeridirlər.
Ucluğu yeritdikdən sonra kranı açır, qabı əvvəlcə 40-50 sm qaldırır və sonra onu yavaş-yavaş 1 m-ə qədər qaldıraraq mayeni yeridirlər. Su getmirsə, ucluğu 1-2 sm çıxarıb vəziyyətini bir qədər dəyişmək lazımdır, yaxud qabı bir az da yuxarı qaldırıb təzyiqi artırmaq lazımdır. Bu kömək etmirsə, ucluğu çıxarmaq, onu su şırnağı ilə yuyub gözünü açmaq və yenidən salmaq lazımdır. Suyu yeridib qurtardıqdan sonra ucluğu üsulluca çıxarırlar. Yeridilmiş maye kor bağırsağa qədər yoğun bağırsağın bütün şöbələrinə gedib çıxararaq peristaltikanı artırır və güclənməyə səbəb olur ki, bunu da xəstə 5-10 dəqiqə saxlamalıdır. Uşaqlara suyu yavaş-yavaş kiçik təzyiq altında yeritmək, ucluğu çıxardıqdan sonra isə bir neçə dəqiqə uşağın sağrılarını sıxmaqla uşağın defekasiyanı saxlamasına kömək etmək lazımdır.
Zəiflədici imalələr (hipertonik və yağ imalələri)
Peristaltikanı çox artıran çoxlu maye yeridilməsi arzu olunmadıqda, yaxud bu fayda vermədikdə tətbiq edilir.
a) Yağ imalələri – spastik qəbizlikdə və yoğun bağırsağın iltihabi xəstələrində tətbiq olunur. Yağ bağırsaq divarı ilə nəcisin arasına girib nəcisi bürüyərək, onun çıxmasını asanlaşdırır. Adətən, bitki yağları (günəbaxan, kətan, çətənə yağları), yaxud 37-38 dərəcəyə qədər qızdırılmış 100-200 ml, uşaqlara isə 30-50 ml vazelin yağı işlədirlər.
Bağırsaqlara yağ yeritmək üçün armudaoxşar balaca balondan, tutumu 100-200 ml olanJane şprisindən istifadə edirlər. Balona, yaxud şprisə rezin ucluq taxılır. Yağı yavaş-yavaş yeridirlər. Yağı yeritdikdən sonra xaricə tökülməməsi üçün xəstə tərpənmədən uzanmalıdır. Adətən, yağ imaləsini axşam qoyurlar, bağırsaqlar 10-12 saatdan sonra boşalır. İşlətdikdən sonra cihazları qaynar su və soda ilə yuyur və qaynadırlar.
b) Hipertonik imalələri 10 % -li natrium-xlorid məhlulu, yaxud 20-30%-li maqnezium-sulfat məhlulu, ya da natrium-sulfat məhlulu ilə aşağıdakı hallarda tətbiq edirlər:
1) atonik qəbizlikdə. Belə ki, bu məhlullar bağırsaq divarını qıcıqlandıraraq peristaltikanı xeyli artırır.
2) ödemlər zamanı: adi təmizləyici imalə suyun bir hissəsi toxumaların hidrofilliyi nəticəsində sorulub ödemləri böyüdə bilər, hipertonik məhlul isə osmos qanunlarına əsasən mayenin bağırsaqlara axmasına, çoxlu duru nəcisə və ödemlərin azalmasına səbəb olur.
3) hipertoniya xəstəliyində beyinə çoxlu qan gəldikdə, qanı beyin damarlarından yayındırıb bağırsaqlara getməsinə kömək edən vasitə kimi.
Hipertonik imalələrin tətbiqinə əks-göstərişlər yoğun bağırsağın aşağı hissəsində hər cür iltihab və xora prosesləri anus nahiyyəsində çatlaqlar, bağırsaq spazmlarına çox meyl göstərilməsidir.
Hipertonik məhlulları da qızdırılmış yağ kimi eyni cihazlara qızdırılmış halda 50-100 ml yeridirlər; xəstə defekasiyanı 20-3- dəqiqə saxlamalııdır.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin