Xoranın müalicəsi və profilaktikası .
Bu zaman müalicə konservativ və cərrahi olmaqla iki yerə ayrılır. Müalicə bir neçə istiqamətdə aparılır.
İlk növbədə sakitlik – yataq rejimi, pəhriz, dərman müalicəsi, yerli müalicə, fizioterapevtik müalicə, sanator-kurort müalicəsi aparılır.
1. Sakitlik – 2-3 həftəlik yataq rejimi təyin olunur.
2. Dərman müalicəsi – sedativ preparatlar təyin olunur. Natrium-bromidin 1-3%-li məhlulundan 1 xörək qaşığı ilə gündə 3 dəfə, bəzən 105-li məhlulundan 5-10 ml venaya yeridilir. Bu preparat 2 həftədən 1 aya qədər təyin edilir. Brom preparatlarını valerian, novokain, lyuminalla birlikdə təyin etmək lazımdır.
Ağrılar zamanı atropinin 0,1%-li məhlulundan 5-8 damcı gündə 3 dəfə yeməkdən qabaq təyin edilir. Belladonna da müvəffəqiyyətlə işlədilir.
Yüksəlmiş mədə turşuluğunu neytrallaşdırmaq məqsədilə qələvilərdən natrium-hidrokarbonat, maqnezium-oksid, almagel A təyini məqsədə müvafiqdir.
Son illər – de-noldan istifadə olunur. De-nol 1-2 tablet gündə 4 dəfə 15-30 ml su ilə yeməkdən 30 dəqiqə əvvəl verilir, kurs müalicəsi 28 gündür.
Xoranın sağalmasını sürətləndirmək üçün B1, B6, A vitaminlərindən, çay tikanı yağından ( gündə 2-3 dəfə hər dəfə 1-2 çay qaşığı istifadə olunur). Bundan başqa hormonlardan herabol gündə 1 tablet 1-3 dəfə, retabolil həftədə 1 dəfə əzələyə vurulur. Solkoseril 40 mq-dan gündə 3 dəfə, metilurasil, fibs, aloe təyin edilir.
Bir qrup müəlliflərin fikrincə, xora ləng sağaldıqda qanköçürmədən istifadə olunur.
Fizioterapevtik müalicə üsullarından diatermiya, palçıq, parafin aplikasiyaları mədə nahiyyələrinə tətbiqi müsbət nəticə verir.
Konservativ müalicənin effektliyinə baxmayaraq 20% hallarda cərrahi müalicəyə ehtiyac olur.
Remissiya dövründə xəstələri Jeleznovodsk, Barjomi, Yessentuki, Pyatiqorsk kurortlarına və yerli mədə-bağırsaq sanatoriyalarına göndərmək olar.
Profilaktika– pəhriz və məişət şəraitinin yaxşılaşdırılması əsas məsələdir. Spirtli içkilər, papiros çəkmə qadağan olunmalıdır. Yaz-payız aylarında residiv əleyhinə profilaktik müalicə təyin olunur.