Birdən çox seçmə metodundan istifadə Bir tədqiqatda birdən çox seçmə üsulundan istifadə etmək mümkündür. Məsələn, təsadüfi olmayan seçmə üsulu olan məqsədli seçmədən istifadə edən araşdırmaçı ilkin mərhələdə müəyyən meyarları özündə əks etdirən subyektləri tədqiq edəndən sonra üzərində işlədiyi nəzəriyyəni tam hazırlamaq üçün yeni subyektlərə ehtiyac duya bilər.
Təsadüfi olmayan seçmənin səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, tədqiqatçı yalnız müəyyən göstəricilərə cavab verən respondentləri öyrənməkdə maraqlıdır. Kvota seçməsi. Təsadüfi olmayan seçmə metodları arasında geniş yayılan bu seçmə metodunda bir sıra əlamətlər üzrə elementlərin müəyyən miqdarı seçilib götürülür. Nəzəri seçmə. Nəzəri seçmədən tədqiqatçı yekun nəzəriyyəni işləyib hazırlamaq üçün ilkin məlumat toplama prosesində əldə edə bilmədiyi, yaxud kifayət qədər məlumat toplaya bilmədiyi halda istifadə edir. Ən münasib seçmə.Belə seçmə metodunda tədqiqatçı mövcud imkanlar daxilində ən rahat şəkildə tapılacaq respondentləri tədqiq edir. Zəncirvarı seçmə (qar topası).Bu yanaşma adətən tapılması çətin tədqiqat subyektlərinin axtarışında istifadə edilir. Ekstrim halların seçilməsi metodu. Burada tədqiqatçı bilərəkdən səciyyəvi olmayan istisna halları seçib tədqiq edir.