NƏTİCƏNİN DAXİLİ DÜZGÜNLÜYÜ (SƏBƏBİYYƏT)
Adətən, araşdırmalarda diqqət mərkəzində olan hadisə, proses və problemlərin yaranma səbəbləri bu və ya digər formada öyrənilir.
NƏTİCƏNİN XARİCİ DÜZGÜNLÜYÜ (SƏCİYYƏVİLİK)
Metodologiyada nəticənin xarici düzgünlüyü deyilərkən səciyyəvilik və təmsilçilik nəzərdə tutulur.
KEYFİYYƏT TƏDQİQATLARINDA QİYMƏTLƏNDİRMƏ MEYARLARI
Ümumiyyətlə, kəmiyyət və keyfiyyət araşdırmalarının qiymətləndirmə meyarları bir-birindən elə də ciddi mənada fərqlənmir. Aşağıda həmin meyarlar qeyd edilib:
nəticələrin etibarlılığı, yaxud düzgünlüyü;
nəticələrin düzgünlüyünün təsdiq edilə bilməsi.
3.9. Pİlot tədqİqat
Pilot tədqiqat əsas araşdırmaya hazırlıq rolunu oynayır, əsas tədqiqatın mümkün gedişi və gözlənilən nəticələr haqqında ilk hökm çıxarmağa imkan verir.
Bundan başqa, hər bir intervünün, sorğunun, yaxud müşahidənin nə qədər müddətdə aparılacağı barədə də müəyyən təsəvvürlər yaratmaq üçün pilot tədqiqat faydalıdır
Mövzu 6:
Ədəbiyyatın nəzərdən keçirilməsi
Mövzu seçimindən sonra onun işlənmə dərəcəsini müəyyənləşdirmək məqsədilə mövcud ədəbiyyat nəzərdən keçirilməlidir. Ədəbiyyatın nəzərdən keçirilməsində başlıca məqsəd aparılmış tədqiqatları öyrənmək və ədəbiyyatdakı çatışmazlıq və boşluqları müəyyən etməkdir.
ƏDƏBİYYATIN NƏZƏRDƏN KEÇİRİLMƏSİNİN FAYDALARI
Ədəbiyyatın nəzərdən keçirilməsinin əhəmiyyəti və ümumi tədqiqatın müqəddəratına təsiri önəmlidir. Mövcud ədəbiyyatın nəzərdən keçirilməsinin başlıca faydası tədqiqatçıya bir çox vacib məsələlərdə müəyyən fikir və istiqamət verməsidir.
Ədəbiyyatın nəzərdən keçirilməsinin faydaları
Mövcud ədəbiyyatın örənilməsi
PRoblemin mövcud işlənmə durumunu öyrənmək üçün faydalıdır
İstiqamətləndirici xarakterlidir
Mövzuya yeni bucaqdan baxmağa imkan verə bilər
Münasib metodoloji yanaşmanın müəyyənləşdirilməsində faydalıdır.
Dostları ilə paylaş: |