Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


İqtisadi qanunları və iqtisadi kateqoriyalar



Yüklə 1,76 Mb.
səhifə15/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   ...   11   12   13   14   15   16   17   18   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

4. İqtisadi qanunları və iqtisadi kateqoriyalar.

Cəmiyyətdə iqtisadi proseslər daxili, özünəməxsus qa­nun­larla ida­rə olunur. Iqtisadi qanunlar sosial-iqtisadi proseslərin inkişaf qa­nun­la­rıdır. Hegel qeyd edirdi ki, bütün qanunlar kimi, iqtisadi qa­nun­lar da «iki hadisə arasındakı əlaqəni»1 ifadə edir.

Iqtisadi qanunlar – insanlar, hadisə və proseslər arasında daim tək­rarlanan, onların mənafelərini ifadə edən obyektiv, zəruri səbəb-nəticə əlaqələridir. Buradan aydın olur ki, iqtisadi qanunlar hadisə və pro­seslər arasındakı daxili, zəruri, sabit əlaqələri ifadə edir.

Təbiət qanunları kimi, iqtisadi qanunlar da obyektiv xarakter da­şıyır. Yəni onlar insanların şüurundan, istək və arzula­rın­dan asılı ol­ma­yaraq meydana çıxır və fəaliyyət göstərir. Insanlar onları yarada, ləğv edə, dəyişdirə bilməzlər. Iqtisadi qanunların obyektiv xarakterdə ol­masını etiraf etmək subyek­tiv amillərin rolunu azaltmaq kimi başa dü­şülməməlidir. Baş­qa sözlə, insanlar iqtisadi qanunların qarşısında aciz deyildir­lər, onlar həmin qanunları dərk və bundan özlərinin mə­na­fe­lə­ri­nə uyğun olaraq istifadə edə, bununla da iqtisadi inkişafı sü­rət­lən­di­rə bilərlər. Lakin iqtisadi qanunların obyektiv xarakterdə olmasını in­kar edənlər də vardır. Onlar bu qanun­la­rın insanların iradəsin­dən, dər­rakəsindən, psixologiyasından ası­lı olduğunu qeyd edirlər. Hətta bu qa­nunları fetişləşdirənlə­rə də rast gəlinir. Onlar sözdə iqtisadi qa­nun­la­rın obyektiv xarakterini qəbul etsələr də, obyektivliyi kortəbiilikdə, qa­nun­ların fəaliyyəti­nin qarşısının alınmasının mümkün olmamasında gö­rürlər.

Təbiət qanunları kimi cəmiyyətin inkişafının iqtisadi qanunları da obyektiv xarakter daşısalar da, bunları bir-birindən fərqləndirən cə­hət­lər də vardır. Belə ki:

1) Təbiət qanunları insanların iştirakı olmadan meyda­na gəlib, fəa­liyyət göstərir, iqtisadi qanunlar isə insan cəmiyyəti ilə eyni vaxtda mey­dana gəlib fəaliyyət göstərməyə başlamışdır;

2) Təbiət qanunları uzunmüddətli, əbədidir. Iqtisadi qa­nunlar isə tarixi inkişafın müəyyən pilləsində meydana gəlir, fəaliyyət göstərir, on­ları doğuran səbəblər, şərait ara­dan çıxdıqda, onlar da aradan çıxır, öz yerini yeni qanun­lara verirlər.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin