Insanlar anadangəlmə iqtisadi təfəkkürə malik olmurlar, onu həyatda qazanırlar. Insanların cəmiyyətdə mövcud olan iqtisadi münasibətlərlə əlaqədə olması iqtisadi təfəkkürün formalaşmasının başlanğıcını qoyur. Bu proses ailədə, məktəbdə və əmək kollektivlərində davam edir.
Iqtisadi təfəkkürə yiyələnmək üçün hər şeydən əvvəl sağlam düşüncəyə malik olmaq lazımdır. Lakin iqtisadi gerçəkliyi olduğu kimi qavramaq, sosial-iqtisadi həyatın dolaşıq məsələlərindən baş çıxarmaq, təsərrüfat təcrübəsinin çox mürəkkəb vəzifələrini həll etməyi bacarmaq üçün təkcə sağlam düşüncəyə malik olmaq kifayət deyildir. Həm də istehsalın idarə olunmasının obyektiv iqtisadi qanunauyğun-luqları, prinsipləri və metodları haqqında biliklərə yiyələn-mək lazımdır. Cəmiyyətimizin yeniləşdiyi müasir dövrdə bu xüsusilə vacibdir. Ona görə də təsadüfi deyildir ki, kütlələrin canlı yaradıcılıq imkanlarının aşkara çıxarılması, adamların ümumi dövlət problemlərinin həll edilməsinə cəlb olunması, əmək adamlarının istehsalın və bütün ictimai həyatın əsl sahibinə çevrilməsinin təmin olunmasına dair çevik mexaniz-min yaradılması cəmiyyətin yeniləşdirilməsi və əsaslı iqtisadi islahatların həyata keçirilməsinin məhək daşı hesab olunur. Belə bir şəraitdə prinsipcə çox böyük əhəmiyyətə malik olan bir vəzifə adamlarda müasir iqtisadi təfəkkürü formalaşdırmaqdan, sahibkarlığı və işgüzarlığı stimullaşdırmaqdan ibarətdir. Qarşıya qoyulan vəzifələr isə yalnız bütün səviyyələrdə işçilərin bilik və səriştəliliyini yüksəlt-mək, cəmmiyyət üzvlərinin iqtisadi təhlil metodlarına yiyə-lənmələrini, idarəetmədə onların fəal iştirakını təmin etmək yolu ilə yerinə yetirilə bilər.
Beləliklə, insanların fəaliyyətlərinin başlıca sahəsi iqtisadiyyat olduğuna görə onlarda iqtisadi təfəkkürün formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.