Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


İşsizliyin dinamikasına təsir edən amillərdən ən əsasları aşağıdakılardır



Yüklə 0,65 Mb.
səhifə40/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   36   37   38   39   40   41   42   43   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

İşsizliyin dinamikasına təsir edən amillərdən ən əsasları aşağıdakılardır:

1. Demoqrafik amillər - əhalinin doğuş, ölüm səviyyəsində, cins və yaş strukturunda, orta ömür uzunluğunda, miqrasiya axınlarının istiqaməti və həcmlərində dəyişikliklər nəticəsində iqtisadi fəal əhalinin payının dəyişməsi.

2. Texniki-iqtisadi amillər - ETT- nin iş qüvvəsinə qənaəti şərtləndirən sürəti və istiqamətləri.

3. İqtisadi amillər - milli istehsalın, investisiya fəallığının, maliyyə-kredit sisteminin vəziyyəti, qiymətlərin və inflyasiyanın vəziyyəti. A.Oukenin təklif etdiyi qanuna görə, işsizliyin səviyyəsi ilə ÜMM arasında əks əlaqə mövcuddur: hər bir işsizlik «dalğası» ÜMM-in real həcminin azalması ilə əlaqədardır.

4. İnstitutsional amillər - qanunvericiliyin, bazarın infrastrukturunun vəziyyəti, qaydalar, adət-ənənələrin spesifikliyi və s.

Müasir iqtisadi ədəbiyyatda işsizliyin iqtisadi və qeyri-iqtisadi xərcləri fərqləndirilir.

İşsizliyin ÜDM-in həcminin geri qalması ilə ifadə olunan iqtisadi xərcləri cəmiyyətin resursları məcburən hərəkətsiz qalanda itirdiyi əmtəə və xidmətlərdir.

İşsizlik geniş səpkili sosial problemlərə səbəb olur ki, bunlara da kriminogen vəziyyətin kəskinləşməsini (sosioloqların bir qismi cinayətkarlığın səviyyəsinin artmasını işsizliyin artması ilə əlaqələndirirlər), sosial gərginliyin artması, fiziki və ruhi xəstəliklərin artması, sosial təbəqələşmənin miqyasının artması, əhalinin əmək fəallığının azalması və s. aid etmək olar.

5.3. Əmək bazarının tənzimlənməsi. Əmək bazarı ümumi iqtisadi qanunlara tabe olmaqla tələb-təklif mexanizmi əsasında fəaliyyət göstərərək digər əmtəə bazarlarından öz xüsusiyyətləri ilə fərqlənir. Bu zaman əmək münasibətlərinin tənzimlənməsinin makro və mikro amilləri ilə yanaşı sosial, sosial-psixoloji və s. amillər də fəaliyyət göstərirlər.

Real iqtisadi həyatda əmək bazarının fəaliyyəti çoxlu amillərin təsiri altında tənzimlənir. Bunlardan biri demoqrafik amildir, doğum səviyyəsi, iş qabiliyyətli əhalinin artımı, onun cinsi quruluşu və s. İkincisi – müxtəlif etnik qrupların iqtisadi aktivlik səviyyəsi. Məsələn, bir etnik qrupun iş qabiliyyəti digərinə nisbətən yüksək ola bilər. Üçüncüsü – əhalinin miqrasiyasıdır.

Beləliklə, əmək bazarını belə müəyyənləşdirmək olar. Əmək bazarı – əmtəə bazarının xüsusi növüdür. Bu bazarın məzmunu xüsusi əmtəə olan iş qüvvəsinin alınıb-satılmasında ifadə olunur. İqtisadi kateqiroya kimi iş qüvvəsinin sahibi ilə, iş qüvvəsini alan arasında münasibəti əks etdirir. Deməli, sözün əsl mənasında «əmək bazarı» yox, «iş qüvvəsi bazarı» mövcuddur. Lakin bunların hər ikisini eynilik kimi qəbul etmək olar.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin