Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Şəkil 2. Klassik iqtisadi tsiklin əyrisi



Yüklə 0,65 Mb.
səhifə36/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   32   33   34   35   36   37   38   39   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Şəkil 2. Klassik iqtisadi tsiklin əyrisi

Hal-hazırkı dövrdə iqtisadiyyatda tsikllərin 1380 tipi məlumdur. Bu tsikllərin hər biri iqtisadiyyatın müxtəlif sahələrinə təsir etməklə, iqtisadi göstəricilərin ümumi həcmində tərəddüdlərə səbəb olur. Bu iqtisadi tsikllər arasında daha əhəmiyyətliləri yuxarıdakı cədvəldə göstərilmişdir.

İlk dəfə iqtisadi tsikllər XIX əsrin əvvəllərində müşahidə olunmuşdur və artıq 170 ildən bəridir ki, müxtəlif dövrlərdə baş verir. Bu tsikllər öz növlərinə və xarakterinə görə fərqlənirlər.

Klassik işgüzar tsiklin fazaları aşağıdakı qrafik şəklində göstərilir.

I - böhran II - durğunluq III - canlanma IV - yüksəliş

İqtisadi tsiklin ilk fazası böhrandır. İlk böhranlar 1825-ci ildə İngiltərədə, daha sonra 1840-cı ildə Almaniyada baş vermişdir. Bundan sonra XIX əsrdə baş verən bütün böhranlar bir-birinə çox bənzər olmuşlar. Onlar ölkə sənayesinin bütün ssahələrini eyni vaxtda əhatə etmişlər və onların davametmə müddəti 1-2 il, bu zaman ümumi istehsal həcminin azalması isə 5-10% olmuşdur.

Hər bir iqtisadi böhran təkrar istehsalın gedişində kəskin pozuntularda təzahür edir. Bu zaman elə vəziyyət yarana bilər ki, ya istehsal tələbatı, ya da tədiyə qabiliyyətli tələb istehsalı ötür. Birinci halda artıq istehsal böhranı, ikinci halda isə az istehsal böhranı yaranır. İqtisadiyyatın tsiklik hərəkətinin məhz bu f azasına çoxlu forma rəngarəngliyi xasdır. Artıq istehsal və az istehsal böhranları ilə yanaşı böhranın aralıq, qismən, sahə və struktur növləri də vardır.

Aralıq böhranı canlanma və ya yüksəliş fazasının gedişini qırır və yeni tsiklin başlanmasına səbəb olmur. O, tsiklik artıq istehsal böhranından daha az dərinliyi və davamlılığı ilə fərqlənir və bir qayda olaraq lokal səciyyəli olur.

Müasir bazar iqtisadiyyatında dövlət tsiklikliyə və iqtisadi böhranlardan itkilərin azaldılmasına təsir edə bilər və edir. Antitsiklik tənzimləmə təsərrüfat konyunkturasına və tsiklik artıb-azalmaların zəiflədilməsinə yönəldilmiş iqtisadi fəaliyyətə təsir üsulları və metodları sisteminin tətbiqindən ibarətdir. Bu zaman dövlətin fəaliyyət istiqaməti iqtisadi tsiklin hər bir fazasında yaranan iqtisadi vəziyyətlə əks yönümlüdür.

Canlanma və yüksəliş dövrlərində antiböhran siyasətinin ən mühüm tədbirləri: pul-kredit siyasəti (uçot dərəcəsinin artırılması, dövlətin qiymətli kağızlarının açıq bazarda satılması); fiskal siyasət (dövlət büdcəsi hesablaşmalarının azaldılması, vergi dərəcələrinin artırılması); əmək haqqı və tariflər siyasəti (əmək haqqının azaldılması); dövlət investisiyaları siyasəti (dövlət tikintisinin azaldılması). Nəticədə işgüzar fəallığının aşağı düşməsi, iqtisadiyyatın “artıq qızdırılmasının” azaldılması.

Depressiya dövründə antiböhran siyasətinin ən mü-hüm tədbirləri: pul-kredit siyasəti (uçot dərəcəsinin azaldılması, dövlətin qiymətli kağızlarının açıq bazarda alınması); fiskal siyasət (dövlət büdcəsinin əlavə xərcləri, vergi dərə-cələrinin azaldılması); əmək haqqı və tariflər siyasəti (əmək haqqının artırılması); dövlət investisiyaları siyasəti (investi-siya proqramlarının həyata keçirilməsinin sürətləndirilməsi, iş yerlərinin yaradılmasına maliyyələşdirmənin artırılması).

Dövlət, beləliklə, iqtisadi tsikli modifikasiya edir, tsiklin hər fazasında gərginliyin dərəcəsini azaldır. Son onilliklərdə dünya iqtisadiyyatmm inkişafının obyektiv qiymətləndirilməsi göstərir ki, böhranlar daha az dağıdıcı olurlar, depressiya xeyli azalır və ya aradan qalxır.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin