Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


İqtisadi tsiklin səbəblərinin müxtəlif nəzəriyyələrdə izahı



Yüklə 0,65 Mb.
səhifə33/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   29   30   31   32   33   34   35   36   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

İqtisadi tsiklin səbəblərinin müxtəlif nəzəriyyələrdə izahı


Nəzəriyyələr

Ən görkəmli nümayəndələri

Tsiklin səbəbləri

Xarici amillər nəzəriyyəsi

U.Cevons

(1835-1882)



İqtisadi tsikllərin yaranması günəş fəallığının intensivliyinin dəyişilməsi ilə əlaqələndirilir

Sənaye tsiklləri nəzəriyyəsi

K.Marks (1818-1883), F.Engels (1820-1895)

Böhranların yaranması kapitalizmin ziddiyyətləri ilə, onların dövriliyi isə kapitalın kütləvi yeniləşdirilməsi ilə əsaslandırılır

Kapitalın ifrat yığımı nəzəriyyəsi

M.Tuqan-Baranovski(1865-1919), A.Aftalon (1874-1956)

Böhran hadisələri istehsal strukturunda disproporsiya yaranması nəticəsində, yəni kapitalın ifrat yığımı nəticəsində yaranır

Kredit-pul konsepsiyası

R.Xoutri (1879-1975), I.Fişer (1867-1947)

Böhranlar pul tələbi və təklifi sahəsində pozuntular nəticəsində yaranırlar

Keynsçi nəzəriyyə

C Keyns

(1883-1946)



Tsikl milli gəlirin hərəkəti, isteh-lak və kapital yığımı, bazar mexanizminin zəifliyi arasında qarşılıqlı təsirin nəticəsi kimi nə-zərdən keçirilir

Yeniliklər nəzəriyyəsi

İ.Şumpeter (1883-1950)

İqtisadi artımın tsiklik prosesi texniki ixtiralar və yeniliklərin həyata keçirilməsinin sıçrayışvari olması ilə şərtlənir

Natamam is-tehlak nəzəriy-yəsi

J.Sismondi (1773-1842)

İqtisadi böhranların səbəbi istehlakın kifayət qədər olmamasında, milli gəlirdə əmək haqqının payının düşməsindədir

Monetar nəzə-riyyə

M.Fridmen (1912)

İstehsalın tsiklik xarakteri pul tədavülünün qeyri-sabitliyi ilə izah olunur

Tsiklliyi milli iqtisadiyyatın bir iqtisadi tarazlıqdan digərinə doğru hərəkəti kimi də aydınlaşdırmaq olar. İqtisadi tsikl, milli təsərrüfatın və bütövlükdə iqtisadiyyatın qeyri-taraz inkişafını əks etdirən iqtisadi fəallığın bir-birinin ardınca dəyişən fazalarını özünə birləşdirir. Son nəticədə, böhrandan sonra iqtisadi artım müşahidə olunur və bu artım çevrəvari deyil, spiralvari hərəkət edərək, özündə konyunkturanın həm uzunmüddətli, həm də orta tezlikli dalğalarını əks etdirir.

Hal-hazırda iqtisadçılar, təəssüf ki, tsiklləri proqnozlaşdıra bilmir, onlar yalnız inkişaf tendensiyasını fərqləndirirlər:

- yüz il müddətinə;

- bir neçə onilliyi əhatə edən tsikllər;

- normal iqtisadi tsikllər;

- kiçik tsikllər;

-iqtisadiyyatın ayrı-ayrı bölmələri daxilində (məsələn, kənd təsərrüfatı) spesifik artıb-azalmalar;

- ayrıca götürülmüş hadisənin (məsələn, ehtiyatların həcmi) spesifik artıb-azalmaları və s.

Müasir elmə iqtisadi tsikllərin 1380-dən artıq növü məlumdur ki, onlara dalğalar deyirlər. İqtisadi ədəbiyyatda onları adətən həmin problemə xüsusi tədqiqat əsəri həsr etmiş alimlərin adı ilə adlandırırlar. Ən məşhur tsikllər uzun dalğa adı almış N.D.Kondratyev (50-60 il) tsikli, S.Kuznets (18-25 il) tsikli, K.Juqlar (7-12 il) tsikli, C.Kitçinin qısa tsiklləri (2-4 il), Forrester (200 il) tsikli, sivilizasiyanm inkişafını nəzərdə tutan Toffler (1000-2000 il) tsikli. Tsikllərin bu və bir sıra başqa növlərini daha konkret nəzərdən keçirək.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin