Mövzu 4. Makroiqtisadi qeyri-sabitlik
Plan
1.İqtisadi tsiklin fazaları, və növləri. İqtisadi böhranların əsas formaları.
2. İqtisadi inkişafda qeyri-sabitlik və onun yaranma səbəbləri.
3. İqtisadi tsikl və onun fazaları. İqtisadiyyatda tsikllər nəzəriyyəsi. Makroiqtisadi qeyri-sabitliyin təzahür formaları.
4.Dövlətin antitsiklik tənzimləmə siyasəti.
İstənilən cəmiyyətin iqtisadi inkişafının xarakterik cəhətlərindən biri də qeyri-sabitlikdir. İqtisadiyyatın qeyri-sabitliyinin mənası ən qısa şəkildə tələb və təklifin müxtəlif formada uyğunsuzluğu nəticəsində iqtisadiyyatın inkişafına təsir edən proseslərdir. İqtisadi inkişafın qeyri-sabitliyi XIX əsrdən başlayaraq, ilk kapitalist ölkələri olan Qərbi Avropa ölkələrində və ABŞ iqtisadiyyatında müşahidə olunmuşdur. Bu dövrdən etibarən iqtisadi inkişafın qeyri-sabitliyi bir çox məhşur iqtisadçıların əsas tədqiqat obyekti olmuşdur. U.Mitsell, C.Klark, C.Keyns, Y.Şumpeter, N.Kondratyev, C.Kitç, K.Marks və başqaları bu qeyri-sabitliyi araşdırmağa və onun qanunauyğunluqlarını açıq göstərməyə çalışmışlar.
İqtisadi inkişafın qeyri-sabitliyi iqtisadi fəaliyyətin bütün sahələri ilə yanaşı istehsalın həcminə, məşğulluğun və qiymətlərin səviyyəsinə daha qabarıq şəkildə təsir göstərir.
İqtisadi inkişafın qeyri-sabitliyi iki əsas formada: tsiklik və qeyri-tsiklik tərəddüdlər şəklində təzahür edir. İqtisadi inkişafın qeyri-sabitliyi vaxtaşırı, davamedici, proqnozlaşdırılmış xarakter alarsa, bu, iqtisadi tsikl adlanır.
Amerikan iqtisadçısı Artur Bernson və Ueseli Kler Mitçell tərəfindən verilən nümunədə iqtisadi tsiklənmiş, əkstsiklik və atsiklik istiqamətləri qeyd olunmuş və onların hər biri aşağıdakı kimi səciyyələndirilmişdir. Onların nəzəriyyəsinə görə tsikllənmiş hallarda iqtisadiyyatda baş verən böhranlarla yanaşı iqtisadiyyatın ümumi göstəricilərinin də həcmində və miqyasında mühüm dəyişikliklər baş verir. Bu əsasən onlarda mənfi hallarda nəticələnir. Əkstsiklik halında isə böhrandan asılı olmayaraq istehsalın ümumi göstəriciləri azalmır, əksinə artır. Atsiklik istiqamətində isə ümumi istehsal böhrandan demək olar ki, asılı deyildir, o yalnız iqtisadiyyatda ixrac prosesini həyata keçirəndə müşahidə olunur.
İqtisadi inkişafın qeyri-sabitliyi, hansı formada baş verməsindən asılı olmayaraq bir sıra xarici və daxili amillərin qarşılıqlı təsiri altında baş verir. İqtisadi inkişafın qeyri-sabitliyinə təsir göstərən daxili və xarici amillər aşağıdakı kimi qruplaşldırılır:
Dostları ilə paylaş: |