Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Mübadilə məzənnəsi effekti və yaxud idxal məhsulları effekti (Mandell-Fleminq effekti)



Yüklə 0,65 Mb.
səhifə27/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   23   24   25   26   27   28   29   30   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Mübadilə məzənnəsi effekti və yaxud idxal məhsulları effekti (Mandell-Fleminq effekti). Yuxarıda qeyd etdiyimiz kimi ABŞ-da qyimət səviyyəsinin düşməsi faiz tariflərinin əhəmiyyətini azaldır. Bəzi amerikan inverstorları daha yüksək gəlir axtarışı zamanı kapitalı xaricə qoyur. Məs, ABŞ hökümətinin istiqraz vərəqələrinin faiz tariflərinin aşağı düşməsi zamanı qarşılıqlı fond özünün istiqraz vərəqələrini sata və Almaniya hökümətinin qiymətli kağızlarını əldə edə bilərdi və pay investisiya fondunun aktivləri xaricdə yerləşdirməsi ilə xarici valyutalara münasibətdə ABŞ-in milli pul vahidinin qiymətdən düşməsinə səbəb olur. Dollar məzənnəsinin aşağı düşməsi nəticəsində ABŞ-da istehsal olunan məhsullar (idxal edilmiş mallara nisbətən) daha ucuz olur. Nisbi qiymətlərin mövcud dəyişməsi məhsul və xidmətlərin ixracının artmasına və idxalın azaldılmasına səbəb olur. Bu şəkildə ABŞ-da xalis ixracı stimullaşdırır, nəticədə isə məhsul və xidmətlərə olan tələbin həcmi artır. Mübadilə məzənnəsi effekti iqtisadçılar Robert Mandell və Markus Fleminq tərəfindən tədqiq olunmuşdur.

Əhalinin isçtehlak yönümlü xərcləri qiymətin səviyyəsinin sabit qaldığı halda aşağıdakı amillərin təsiri ilə dəyişir: istehlakçıların rifah halı; gözlənilən dəyişikliklər: istehlakçıların borcları; gəlir vergisi. Istehlakçıların rifah halı onların malik olduqları maddi dəyərlərinin qiymətləndirilməsi səviyyəsindən bilavasitə asılıdır. Belə ki, səhmlərin məzənnəsinin azalması, daşınmaz əmlakın qiymətdən düşməsi onların sahiblərinin ümumi rifah halını aşağı salır.

İstehlakçıların borclarının səviyyəsi də cari tələblərə təsir göstərir. Belə ki, borcu olanların (kreditə alınmış əmtəənin qiymətinin ödənilməsi, pul borcunun qaytarılması) cari xərclərini azaltmalı olurlar. Borcun olması daha çox əmtəə almağa imkan verir.

Gəlir vergisinin səviyyəsi də sabit qiymətlər şəraitində alışın miqdarına təsir edir. Gəlir vergilərinin azalması ilə alıcının sərəncamında qalan pul çoxalır. Bu isə daha çox əmtəə almaq imkanı deməkdir.

Göstərilən amillər istehlak yönümlü xərcləri dəyişdirir, bu isə məcmu tələbdə dəyişikliklərə səbəb olur.

Müəssisələrdən alınan vergilərin səviyyəsi dəyişildikdə mənfəət qalığı dəyişir, bu da istehsalın genişləndirilməsi perspektivinə təsir edir. Vergilər artdıqda müəssisənin sərəncamında qalan mənfəət azalır və investisiya xərcləri aşağı düşür. Bu da məcmu tələbin azalması deməkdir.



Ümumi tələbə təsir göstərən başqa amil dövlət xərcləridir. Dövlətin daxili istehsal məhsullarının alınması daha çox vəsait ayırması ümumi tələbi artırır. Məsələn, dövlət ölkənin paytaxtına yeni su kəmərinin çəkilməsi haqqında qərar qəbul edirsə bu, tələbin artmasına səbəb olar.

Makroiqtisadi tarazlıq konsepsiyasının mühüm amili kimi məcmu təklif onun formalaşması və dəyişməsi baxımından daha mürəkkəb iqtisadi hadisədir. Məcmu təklif hər bir mümkün qiymətlər səviyyəsində nağd real istehsal həcminin səviyyəsini göstərən modeldir.

İqtisadi nəzəriyyədə məcmu təklif (AS, aggregate supply) dedikdə, ölkədə istehsal olunmuş və qiymətlərin bütün mümkün səviyyələrində firmaların müəyyən müddət ərzində bazarda təklif etməyə hazır olduqları bütün son əmtəə və xidmətlərin cəminə deyilir. Başqa sözlə, məcmu təklif son əmtəə və xidmətlərin qiymət indeksinin müxtəlif göstəricilərində milli istehsalın real həcmidir. Məcmu tələb istifadə olunmuş milli gəlir, məcmu təklif isə istehsal olunmuş milli gəlir adlandırıla bilər.

Q iymət səviyyəs i P

AD

P0 E AS
0 Q

Məhsul istehsalı


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin