Faiz tarifi effekti (Keyns effekti). Qiymət səviyyəsi tələb olan pul kəmiyyətinin deferminantlarından biridir. Qiymət səviyyəsi nə qədər aşağı olarsa, ev təsərrüfatının məhsul və xidmətlərin istehlak qiymətinin düşməsi ilə ev təsərrüfatı nağd pulları borca verərək, məsələn; faiz gəliri gətirən istiqraz vərəqələrini əldə etməklə və ya onları banka əmanət hesabına qoymaqla, onların ehtiyatını azaltmağa çaılışır. Bank isə təsərrüfatları pul vasitələrinin bir hissəsini faiz gəliri gətirən aktivlərə yönəltməyə çalışırlar və faiz tarifləri aşağı düşür. Bu şəkildə daha aşağı səviyyəli qiymət faiz tariflərinin aşağı düşməsinə səbəb olur və investisiya məhsullarına məsrəflərin artmasına təşviq edir, öz növbəsində məhsul və xidmətlərə tələb artır. Faiz tarifi effektinə xüsusi mənanı böyük iqtisadçı Con Meynard Keyns vermişdir, buna görə də onu bəzən Keyns effekti adlandırırlar.