Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Müstəqil milli iqtisadiyyat



Yüklə 0,65 Mb.
səhifə2/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   2   3   4   5   6   7   8   9   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

1. Müstəqil milli iqtisadiyyat.

2. Yarıasılı milli iqtisadiyyat.

3. Tam asılı milli iqtisadiyyat.

4. Nisbi müstəqilliyi olub hakim iqtisadi sistemdə fəaliyyət göstərən milli iqtisadiyyat.

Müstəqil milli iqtisadiyyat - tam suveren dövləti və azad iqtisaliyyatı olan ölkəyə məxsusdur və bütövlükdə öz xalqının mənafelərini ifadə edir.

Yarıasılı milli iqtisadiyyat - müstəmləkə xarakterlidir və iqtisadi cəhətdən asılı olan ölkəyə məxsusdur və qismən öz xalqının mənafeyini ifadə edə bilir.

Tam asılı milli iqtisadiyyat - müstəmləkə xarakterlidir və həm dövlət müstəqilliyi həm də iqtisadi müstəqilliyi olmayan ölkələrə məxsusdur və demək olar ki, öz xalqına çox cüzi xidmət edir.

Nisbi müstəqilliyi olub hakim iqtisadi sistemdə fəaliyyət göstərən iqtisadiyyat - siyasi və iqtisadi cəhətdən formal müstəqilliyi olub iqtisadiyyatı ittifaq (federasiya) əmək bölgüsü sisteminə bağlı olan ölkəyə məxsusdur. Buna misal olaraq keçmiş Sovetlər Birliyinə daxil olan müttəfiq respublikaların iqtisadiyyatını və federasiya subyektlərinin iqtisadiyyatını göstərmək olar (məs: Tatarıstanın iqtisadiyyatı).

Müstəqil milli iqtisadiyyat azad iqtisadiyyatdır. Müstəqil milli iqtisadiyyat özü-özünü təkrar istehsal etmək qabiliyyətində olur, istehsal-bölgü-mübadilə-istehlak xətti üzrə bütün proses sona qədər davam edir və bütün aparıcı sahələr üzrə son məhsul istehsalı təmin edilmiş olur. Təkrar istehsalın dolğun və hərtərəfli həyata keçrilməsi müstəqil təsərrüfat, siyasi və mədəni inkişafın bir tam kimi götürülməsinin nəticəsində mümkün olur və iqtisadi sistemin özünün bütövlüyü təmin edilir. Müstəqil milli iqtisadiyyat milli dövlətçiliyin, formalaşmış milli şüurun, milli bazarın və real iqtisadi azadlığın olduğu bir şəraitdə formalaşa bilər. Bunun üçün həlledici şərt dövlətin, millətin (xalqın) siyasi və iqtisadi suverenliyinin olmasıdır. Lakin siyasi müstəqilliyin əldə olunması olsa-olsa müstəqil milli iqtisadiyyatın formalaşdırılması üçün imkan yaradır. Ancaq belə imkandan birdən birə istifadə etmək qeyri-mümkündür. Asılı olan ölkə siyasi müstəqillik əldə edən kimi özünə məxsus arzu etdiyi xüsusi bir iqtisadi sistemə daxil olmurlar və buna görə də müstəqil milli iqtisadiyyatın formalaşdırılması, yerinə yetirilməsi zəruri olan, strateci məqsəd, vəzifə kimi qarşıya qoyulur.

Hər bir iqtisadi sistemin o cümlədən, milli iqtisadiyyatın formalaşdırılmasının əsas şərtlərindən biri onun mülkiyyət bazasının yaradılmasıdır. Bunun üçün mülkiyyət üzərində dövlət inhisarının ləğv edilməsi yolu ilə mülkiyyət çoxnövlüyünə nail omaq lazımdır.

Müstəqil milli iqtisadiyyatın zəruri, mövcud şərtlərindən biri vahid milli bazarın olmasıdır. Milli iqtisadiyyatın strukturunda milli bazarın özünəməxsus yeri və rolu vardır. Buna görə də müstəqil milli iqtisadiyyatın formalaşması ilə yanaşı onun etibarlı dayağı olan milli bazar da formalaşdırılmalıdır. Milli iqtisadiyyat milli bazar kateqoriyası ilə üzvi bağlıdır və onunla vəhdət təşkil edir. O, milli iqtisadiyyat anlayışının tərkib hissəsidir.

Deməli, milli bazar bilavasitə milli iqtisadiyyata söykənir, ondan qidalanır. Beləliklə, milli bazarla milli iqtisadiyyat arasında qırılmaz, üzvi və qarşılıqlı əlaqə mövculduğu vardır.



Milli bazar milli iqtisadiyyatın təzahürüdür və bu mənada milli iqtisadiyyat və milli bazar elə bir ərazi, istehsal və mübadilə vahidliyidir ki, orada istehsal-tədavül əlaqələri müəyyən iqtisadi, sosial, siyasi və mənəvi birliyə malik olmalıdır. Milli bazarlar əhatə etdiyi ərazi, həcmi, təşkili formaları, strukturu və qarşıya qoyulmuş məqsədlər baxımından fərqlənirlər. Onlar muxtəlif modelli və istiqamətli olur. Müstəqil milli bazar əsasən milli valyutaya, özünün qiymət sisteminə, daxili qayda-qanunlara, hüquqi bazaya əsaslanmaqla fəaliyyət göstərir və tənzimlənir.

Müstəqil milli iqtisadiyyat müəyyən prinsiplərə əsaslanmaqla formalaşdırılmalıdır.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin