Iqtisadi artım dedikdə, həyat səviyyəsinin yüksəldilməsinə imkan verən, kəmiyyətcə çox və keyfiyyətcə yaxşı əmtəə və xidmətlərin istehsalı başa düşülür.
Iqtisadi artımın öyrənilməsi, hər şeydən əvvəl, hamını düşündürən bir suala cavab tapmağa sövq edir - necə etmək olar ki, cəmiyyətdə istehsal olunan ümumi milli məhsul hamının tələbatını ödəməklə onların yaxşı yaşamasına imkan yaratsın. Bu baxımdan iqtisadi artımın əhəmiyyətinin müəyyən edilməsi zərurətə çevrilir. Iqtisadi artımın baş verməsinə səbəb olan amillərin üzə çıxarılması, onların birbaşa və ya dolayı xarakter daşımasının şərh olunması müasir artım nəzəriyyəsinin əsas xüsusiyyətlərindəndir.
Iqtisadi artımın amillərinin hər birinin özünəməxsus təsir dairəsi olmasına baxmayaraq, onları birləşdirən bir ümumi cəhət vardır ki, onlardan bir qismi təklif, bir qismi isə tələb amilləri formasında birləşir. Deməli, ayrı-ayrı ölkələrin iqtisadi artım səviyyələrindəki fərq məhz bu amillər qrupunun vəhdət formasında necə və hansı nisbətdə tətbiq edilməsindən asılıdır. Əgər iqtisadi artımın təklif amilləri onun fiziki həcmini, yəni kəmiyyət cəhətdən artımını əks etdirirsə, tələb amilləri isə keyfiyyət cəhətdən əks etdirir. Indi isə konkret olaraq iqtisadi artımın ayrı-ayrı amillərinin mahiyyəti üzərində dayanaq.
Dostları ilə paylaş: |