Artan resursların kəmiyyətinin səmərəli bölgüsü. Resurslardan səmərəli istifadənin iqtisadi artım üçün oynadığı rol nə qədər əhəmiyyətlidirsə, onların səmərəli bölgüsü də bir o qədər əhəmiyyətə malikdir.
Tutaq ki, 5 ton həcmində mövcud olan metal lövhələr həm avtomobil, həm paltaryuyan maşın, həm də soyuducular üçün istifadə olunmalıdır. Deməli, bu metal lövhələr elə bölünməlidir ki, mövcud dövr ərzində heç bir sahənin inkişaf perspektivini ləngitmədən həmin sahənin fəaliyyətini təmin etməklə bu sahələrin məhsullarına olan tələbatın ödənilməsi üçün məhsul təklif etmək imkanı olsun. Artan resursların kəmiyyətinin səmərəli bölgüsü bazar sisteminə keçid şəraitində bizim ölkəmizin iqtisadiyyatı üçün daha xarakterikdir.
Ümumiyyətlə, iqtisadi artımın iki mühüm tipi mövcuddur: ekstensiv və intensiv. Lakin bu tiplərin iqtisadi inkişafın müxtəlif mərhələlərində bir sıra formaları ola bilər. Iqtisadi artımın ekstensiv tipi dedikdə, burada istehsal prosesinin həm miqyasının genişlənməsinə səbəb olan, həm də əldə olunan nəticə üçün daha artıq resurslardan, kapitaldan ibarət iqtisadi artımın amillər qrupundan istifadə edilməsi başa düşülür. Başqa sözlə, amillərin kəmiyyət çoxluğunu istehsala cəlb etməklə əldə olunan nəticə üçün daha çox resurs sərf olunduğu müşahidə olunur. Lakin intensiv tip barəsində bunu demək olmur. Çünki belə şəraitdə istehsalın miqyasını yalnız əlavə resurslardan istifadə etməklə tələbatı ödəyə biləcək məhsul istehsalı nəzərdə tutulur.
Ümumiyyətlə, artımın ekstensiv tipi əgər onun kəmiyyət tərəfini daha çox əks etdirirsə, intensiv tipi isə onun keyfiyyət göstəricilərini əks etdirir. Məhz bu baxımdan bəzən elə iqtisadi artımın amillərini və ya mənbələrini göstərərkən, bir qayda olaraq, onun ekstensiv və intensiv amillərinin adı çəkilir.
Iqtisadi artımın amillərinin inkişaf meylindən və nisbətlərindən asılı olaraq onun intensiv tipinin başlıca olaraq üç forması mövcuddur: fondtutumlu, resursqoruyucu, fondaneytral.
Dostları ilə paylaş: |