Birincisi, əsasən özünün daxili imkanlarına, potensial gücünə arxalanmaq prinsipi.
İkincisi, milli dəyərlərə, ənənələrə arxalanmaq və onları yaşatmaq prinsipi.
Üçüncüsü, tarixlik prinsipi. Bu prinsip mustəqil milli iqtisadiyyatın formalaşdırılması prosesində konkret tarixi şəraitin nəzərə alınmasını nəzərdə tutur.
Dördüncüsü, Azərbaycan İslam Dünyasına məxsus bir ölkə olduğu üçün oz iqtisadiyyatını formalaşdırma prosesində İslam iqtisadi dəyərlərindən də bəhrələnməyi bir prinsip olaraq əsas tutmalıdır.
Beşincisi, optimallıq prinsipi. Bu prinsip muxtəlif iqtisadi sistemlərdən, bazar modellərindən milli mənafelərimizə ən uyğun gələnini secməyi və formalaşdırmaği nəzərdə tutur.
Altıncısı, müasirlik prinsipi. Bu prinsip müstəqil iqtisadiyyatımızı formalaşdırma prosesində dar milli çərçivədə qalmamağı, dünya olkələrinin təcrübəsindən, köməyindən, elmi-texniki tərəqqinin müasir nailiyyətlərindən istifadə olunmasını nəzərdə tutur.
Müasir milli təsərrüfatı üç səviyyədə öyrənirlər, bu onun təşkilinin üç səviyyəsi ilə bağlıdır: 1. Aşağı səviyyə (mikroiqtisadiyyat); 2. Orta səviyyə (mezoiqtisadiyyat); 3. Yuxarı səviyyə (makroiqtisadiyyat). Bu səviyyələrin hər birinin öz xarakterik cəhətləri vardır və onlar iqtisadi əlamətlərinə görə fərqlənirlər. Başlıca əlamətlər bunlardır:
1. Əmək bölgüsü və əmək kooperasiyasının dərəcəsinə görə;
2. Mülkiyyətin tipinə (formasına) görə;
3. Təsərrüfatın təşkilinin formasına görə;
4. İdaəretmə növünə görə.
Əvvəlki mövzularda təsərrüfatın aşağı pilləsi, yəni firma,bazar və ev təsərrüfatı səviyyəsində olan mikroiqtisadiyyat haqqında danışılmışdır. Maddi və mənəvi nemətlərin mikroiqtisadi səviyyədə istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesini öyrəndik. Biz öyrəndik ki, mikroiqtisadiyyat tək əmək bölgüsü, sadə əmək kooperasiyası, xüsusi mülkiyyət və azad bazar münasibətləri əsasında fəaliyyət göstərir.
Lakin məhsuldar qüvvələrin inkişafının nəticəsində təsərrüfatın təşkilinin yeni pilləsi formalaşır. Bu orta pillə olan mezoiqtisadiyyatdır. Mezo – yunanca – mesos – aralıq, orta mənasını verir. Mezoiqtisadiyyat istehsalın təmərküzləşməsi və mərkəzləşməsi nəticəsində formalaşır. İri həcmli birliklər, kombinatlar, komplekslər yaranır. Hətta texnoloci cəhətdən əlaqəsi olmayan konqlomeratlar yaranır. Məsələn, avtomobil zavodları birliyi, toxuculuq kombinatı, kimya kombinatı və yaxud maliyyə cəhətdən müdafiə olunmaq üçün müxtəlif sahənin müəssisələrinin birliyi olan konqlomerat. İnhisar birlikləri formaları da mezoiqtisadiyyata aiddir.
İqtisadi nəzəriyyədə iki nisbi müstəqil hissə: mikro- iqtisadiyyat və makroiqtisadiyyat qalır və öyrənilir. Makroiqtisadiyyatın özünəməxsus spesifik cəhətləri vardır. Makroiqtisadiyyat elə münasibətlər sistemidir ki, bütün ayrı-ayrı təsərrüfatları vahid tam halında birləşdirir. Onun ayrı-ayrı səviyyələri arasında möhkəm tellərlə bağlı iqtisadi əlaqələr vardır. Makroiqtisadiyyat iqtisadi fəaliyyəti vahid bir tam kimi tədqiq edir. “Makro” (“böyük” deməkdir ) sözünün hissəsi də göstərir ki, bu bölmə xalq təsərrüfatının irimiqyaslı problemlərinin nəzərdən keçirilməsinə həsr olunub.
Milli iqtisadiyyatın ümumi vəziyyətini təhlil etmək və öyrənmək üçün aşağıdakı sintetik göstəricilərdən istifadə olunması tövsiyə edilir: ümumi milli məhsul, xalis milli məhsul, ümumi daxil məhsul, milli gəlir, milli sərvət.
Dostları ilə paylaş: |