Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan



Yüklə 0,65 Mb.
səhifə32/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   28   29   30   31   32   33   34   35   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

1. Xarici amillər:

- müharibə, inqilab və müxtəlif siyasi sarsıntı;

- mühüm əhəmiyyətə malik qiymətli metalların və mineralların nəhəng yataqlarının kəşfi;

- yeni ərazilərin mənimsənilməsi və bununla əlaqədar əhalinin miqyası, yer kürəsinin əhalisinin sayında tərəddüdlər;

- ictimai istehsalın strukturunu dəyişə biləcək texnoloji dəyişikliklər, ixtiralar, innovasiya.

2. Daxili amillər:

- əsaslı kapitalın fiziki xidmət müddəti;

- şəxsi istehlakın artımı və azalması istehsalın həcminə və məşğulluğa təsir göstərir;

- əsaslı vəsait qoyluşunun genişləndirilməsi, yaxud istehsalın genişləndi- rilməsinə, modernləşdirilməsinə, yeni iş yerlərinin açılmasına kapital qoyuluşu;

- istehsala, tələbata və istehlaka birbaşa və dolayısı ilə dövlətin iqtisadi siyasətinin təsiri.

İqtisadi inkişafın qeyri-sabitliyi makroiqtisadi hadisə olub, qısamüddətli və uzunmüddətli tərəddüdlər şəklində təzahür edir.

İqtisadi inkişafın tsiklliyi dedikdə, iqtisadi artımının və işgüzarlığın aşağı enməsi ilə nəticələnən, iqtisadiyyatın fasiləsiz tərəddüdü başa düşülür. Tsikllik, bazar konyunkturasının dövrü olaraq yüksəlməsi və azalması ilə xarakterizə olunur. İqtisadi aktivliyin yüksəlməsi dövrü ekstensiv inkişafın, iqtisadi fəallığın azalması dövrü isə intensiv inkişafın üstünlüyü ilə xarakterizə olunur. Buna görə, tsikl bazar iqtisadiyyatının dinamikliyini təmin edir.

İqtisadi tsikl - iqtisadiyyatın inkişaf və hərəkət forması olub, məşğulluğun, istehsalın və inflyasiyanın səviyyəsinin dövri dəyişməsidir.

Makroiqtisadiyyatda iqtisadi tsiklin yaranma səbəblərinə müxtəlif yanaşmalar var. İqtisadi tsiklin ümumi qəbul olunmuş nəzəriyyəsi hələ də yaradılmamışdır. Bu gün üçün ən məşhur hesab olunan nəzəriyyələr aşağıdakılardır.



Cədvəl 1.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin