Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


MÖVZU 10. ƏMTƏƏ VƏ PUL BAZARLARINDA TARAZLIQ



Yüklə 0,65 Mb.
səhifə49/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   45   46   47   48   49   50   51   52   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

MÖVZU 10. ƏMTƏƏ VƏ PUL BAZARLARINDA TARAZLIQ
Plan

1.Nemətlər bazarında tarazlıq.

2. Pul bazarında tarazlığın modelləşdirilməsi. Pul kütləsinin idarəedilməsinin Baumol-Tobin modeli.

3.Əmtəə və pul bazarlarının qarşılıqlı əlaqəsi: İS-LM modeli.

4.Pul və əmtəə bazarlarının qarşılıqlı əlaqəsinin dövlətin iqtisadi siyasətinə təsiri.
1. Nemətlər bazarında tarazlıq

Makroiqtisadiyyatda, nemətlər bazarında müvazinətin qiymətlərin mümkün səviyyələrinin hər birində məcmu tələblə (AD) məcmu təllifin (AS) bərabərliyi olduğunu söyləmək olar. Müvazinətin şərtləri real buraxılışın həcminin bütün planlaşdırılan xərclərin məbləğinə bərabərliyinə əsaslanan əsas makroiqtisadi eynilikdən irəli gəlir: YAS = C+İ+G+NX.

Əgər iqtisadi sistemin nemətlər bazarına gələn və gedən axınlar balanslaşdırılırsa göstərilən bərabərlik gözlənilir.

Əgər sadə modeldə müvazinətin şərti mövcud olan yığımın həyata keçirilməsinin investisiyalara bərabərliyidirsə, tam modeldə müvazinəti aşağıdakı kimi ifadə etmək olar:

Burada S - yığım; T - vergilər; İm - idxal; İ - investisiyalar; G - dövlət tədarükləri; Ex - ixracdır.

Müvazinət ev təsərrüfatları əldə olunmuş bütün amil gəlirlərini istehlaka yönəltdikdə, yəni C(AS) = C(AD) olduqda yaranacaq.

Əgər ev təsərrüfatları sərəncamda olan gəlirin bir hissəsini yığmağa başlasalar, bu, müvazinətin pozulması ilə nəticələnəcək, çünki amil gəlirlərinin bir qisminin nemətlər bazarandan «yayındırılması» səbəbindən məcmu tələb məcmu təklifdən az olacaq. Deməli, müvazinətin bərpası üçün ya təklifi azaltmaq, ya da əlavə tələb, nemətlər bazarına yeni axın formalaşdırmaq lazım gələcək. Belə axın sahibkarların investisiya tələbi ola bilər və bunun üçün vəsaiti onlar kapital bazarında əmanət kimi yerləşdirilmiş yığım şəklində əldə edə bilərlər. Bu zaman təklifin strukturu dəyişir ki, bu da öz növbəsində müvazinət şərtlərinin dəyişməsinə səbəb olacaq: C + S = C + L

Dövlətin mövcudluğu özünü nemətlər bazarından vergilər şəklində yeni vəsait axını şəklində göstərir. Nəticədə müvazinətin bərpa olunması üçün dövlət tərəfindən bazara dövlət tədarükü şəklində müvafiq vəsait axınının təmin edilməsi lazım gəlir. Beynəlxalq ticarət gəlirlərin bir qismini idxal əmtəələri və xidmətləri haqqının ödənilməsi şəklində «aparır». Bu halda ölkəyə vəsait axını vəzifəsini ixrac yerinə yetirir. Deməli:

C+ S + T + Iw = C+ I + G + Ejc.

Əgər bütövlükdə nemətlər bazarında müvazinət əldə olunubsa, onda son əmtəə və amillər bazarları da müvazinətdədir. Müvazinətin dayanıqlı olması üçün əmtəə və xidmətlərin və amillərin qiymətlərinin müəyyən qaydada uzlaşdırılması lazımdır. Əmtəə və xidmətlərin qiymətləri məsrəflərin ödənilməsi və mənfəət əldə olunması üçün lazım olan gəliri təmin etməlidirlər. Əməyin qiyməti kifayət qədər yüksək olmalıdır ki, əməyə motivasiyanın yüksək olmasını və gəlir əldə olunmasını təmin edə bilsin.





Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin