V.Leontyev modeli. Iqtisadi artımın bu modeli xərc–buraxılış kimi təqdim olunur. Burada xətti cəbrin aparatından istifadə edilərək şahmat tipli cədvəllər şəklində hər bir sahənin iqtisadiyyatındakı rolu və onun ÜMM-dəki payı müəyyənləşdirilərək onların iqtisadi artımındakı yeri təyin edilmişdi. Keçmiş sovet iqtisad elmində sahələrarası balans kimi öyrənilən fənn əslində «xərc–buraxılış» modelinin modifikasiyası idi. Çünki, hələ 1924-cü ildə V.Leontyev SSRI-də yaşadığı dövrdə sahələrarası balansın yaradılması ideyasını irəli sürmüşdü. «Xərc–buraxılış» modelinin əhəmiyyəti ondadır ki, hər bir ölkə milli iqtisadiyyatın inkişafında əməktutumlu, kapitaltutumlu və texniki tərəqqini müəyyən edən sahələrdən istifadə etməklə istehsalın həcmini artırır.
R.Solou modeli. Bu modeldə iqtisadi artımın optimallıq meyarı kimi texniki tərəqqi əsas götürülür. Burada texniki tərəqqinin o səviyyəsi nəzərdə tutulur ki, o əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yol verən əlavə əmək və əlavə kapital amillərinin roluna diqqət yetirir. Bu modeldə texniki tərəqqinin ekzogen (daxili) xarakteri nəzərdə tutulur. Texniki tərəqqini dəyişilmələrdən (kapital, əmək, vaxt) asılı olmayaraq istehsalın həcmində baş verən dəyşikliklərin səbəbi kimi nəzərə almaqla, onun istehsalın hər amilinə təsir edən və müstəqil amil rolunu oynayan istehsal funksiyasının elementi kimi nəzərə alırdı. Lakin nə yığım prosesi, nə də pul normasının artması, iqtisadi artımın sürətindəki rolu izah olunmurdu.
E.Domar modeli. Onun mahiyyəti birbaşa sistemli artım modelinin yaradılması ilə əlaqədar olmasa da, lakin investisiyaların artım rolunun həm multiplikator, həm də akselerator effektlərində nəzərə alınmasından ibarət olmuşdur. Yeni keynsçi məktəbin nümayəndəsi kimi keçən əsrin 50-ci illərində onun tətqiqatı belə bir fikri əsaslandırmışdır ki, investisiyalar iqtisadiyyatda fəal rol oynamaqla müvazinətli iqtisadi artımın əldə olunmasına səbəb olur. Yəni investisiyalar iqtisadiyyata iki səviyyədə təsir göstərir:
-bir tərəfdən yeni əsas fondlar yaradır;
-digər tərəfdən dövlətin tənzimlənən multiplikator effekti kimi yeni tələb formalaşdırır.
Beləliklə də, investisiyaların və milli gəlirin artım sürətləri müvazinətli şəkildə kapital veriminin sürətini əsaslandırır.
Dostları ilə paylaş: |