Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan



Yüklə 0,65 Mb.
səhifə19/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   15   16   17   18   19   20   21   22   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Kobb-Duqlas modeli. Ilk dəfə olaraq iqtisadi artım modeli neoklassik məktəbin nümayəndələri tərəfindən 1928-ci işlənib hazırlamışdır. Iqtisadçı K.Duqlas və riyaziyyatçı C.Kobb birlikdə milli istehsalın həcmi ilə iki müstəqil, lakin dəyişilən və qarşılıqlı əlaqədə olan əmək və kapital xərcləri şəklində istehsal funksiyası kimi tədqiq etmişlər. Məqsəd ondan ibarət olmuşdur ki, iqtisadi artımın hansı amil hesa­bına daha səmərəli və optimal strukturu müəyyənləşdirilsin. Ümumi formada isə belə təqdim olunmuşdur:

Y= AK L

Burada,

Y – istehsalın həcmi;

K – kapital;

L – əmək;

,  – elastiklik əmsalları (funksiyanın parametrləri);

A – miqyas və ya proporsionallıq əmsalı.

Bu modeldə həddən artıq riyaziləşməyə yer verilərək qeyd olunurdu ki, 1% iş qüvvəsinin və kapitalın dəyişilməsi istehsalın həcminin müvafiq olaraq 0,75% və 0,25% dəyi­şilməsinə səbəb olur (digər şərtlərin daimiliyi nəticəsində). Yəni bu o deməkdir ki, əgər hər iki amil 1% artırsa, onda istehsalın həcmi də 1% artır. Lakin bəllidir ki, istehsalın həcminə digər amillər də təsir göstərir. Göründüyü kimi, bu formulda təbii resursların rolu nəzərə alın­mayıb.

Əslində bu heç də o demək deyildir ki, təbii resursların ro­lu bilərəkdən nəzərə alınmayıb. Bu real şəraitdə təbii resurs məs­rəf­lərinin hesablanması çətinliyi ilə əlaqədardır. Bu modelin neoklassik şərhi, orada əmək və kapital məs­rəf­lə­ri­nə üstünlük verilməsi, təbii resursların rolunun nəzərə alınma­ma­sı, xüsusən ETT-nin iqtisadi artımdakı rolunun istehsal funksi­ya­sı­na daxil edilməməsi, sonralar onun Xiksə, Solouya, Xarroda görə mo­dellərinin meydana gəlməsinə səbəb olmuşdur.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin