1) investisiyalarm və yığımın faiz dərəcəsinin dəyişməsinə həssaslıq dərəcəsindən. Bu reaksiya nə qədər güclü olsa, yəni faiz dərəcəsinin azalması nəticəsində investisiyalar və yığım əyrilərinin yerdəyişməsi nə qədər böyük olsa, milli gəlirin artımı bir o qədər çox, IS əyrisi bir o qədər elastik olacaq. Əgər investisiyalar və yığım faiz dərəcəsinin dəyişməsinə az reaksiya verirlərsə, milli gəlirin artımı az və deməli, IS əyrisi də qeyri-elastik olacaq.
2) multiplikatorun ölçülərindən və yığıma son hədd meylliyindən. Multiplikatorun əmsalı nə qədər böyük, yəni yığıma son hədd meylliyi nə qədər kiçik və deməli, S əyrisi nə qədər elastik olsa, faiz dərəcəsinin azalması nəticəsində milli gəlirin artımı bir o qədər çox, IS əyrisinin elastikliyi bir o qədər yüksək olar. Əgər yığıma son hədd meylliyi yüksək və deməli, multiplikator kiçik olarsa, milli gəlirin artımı az və deməli, IS əyrisi də qeyri-elastik olacaq.
IS əyrisi investisiya və yığım pullarında faiz dərəcəsinin artıb-azalmalarında baş verən dəyişikliklərdən asılı olmayaraq paralel sağa yuxarı və sola aşağı yer dəyişə bilər. Bu zaman aşağıdakılar baş verir:
- investisiyaların müstəqil azalması IS əyrisinin paralel sola yerdəyişməsinə səbəb olur: bu halda hər bir faiz dərəcəsində multiplikator effektinə səbəb milli gəlir az olacaq. Və əksinə, investisiyaların muxtar artımı IS əyrisinin paralel sağa yerdəyişməsinə səbəb olacaq;
- yığımın müstəqil azalması IS əyrisinin paralel sağa yerdəyişməsinə səbəb olur: hər bir faiz dərəcəsində istehlakın kəskin artması nəticəsində və multiplikator effektinə səbəb milli gəlir çox olacaq. Və əksinə, yığımın muxtar artımı IS əyrisinin paralel sola yerdəyişməsinə səbəb olacaq;
• məcmu tələbin digər komponentlərinin müstəqil azalması, məsələn, xaricə mühacirət prosesləri, büdcə vəsaitlərinə sərt qənaət siyasəti, idxal məhsullarının kəskin şəkildə dəbə minməsi IS əyrisinin paralel sola yerdəyişməsinə səbəb olur: hər bir faiz dərəcəsində milli gəlir multiplikativ olaraq azalır. Və əksinə, mux/tar xərclərin artması IS əyrisinin paralel sağa yerdəylşməsinə səbəb olacaq.
Məcmu tələbi və multiplikatorun düsturlarından istifadə edərək IS əyrisini aşagıdakı tənlik şəklində vermək olar:
Burada r - faiz dərəcəsi; Y - milli gəlir; k - multiplikator (gəlir vergisi dərəcəsi nəzərə alınmaqla); A - məcmu muxtar xərclər (faiz dərəcəsi səviyyəsindən asılı olmayan istehlak, investisiyalar, dövlət xərcləri, xalis ixrac); b - faiz dərəcəsinin dəyişməsinə investisiyaların reaksiya səviyyəsini göstərən əmsal.
Bu tənlik aydın göstərir ki, A-nın (muxtar xərclərin) artması IS əyrisinin sola yerdəyişməsinə səbəb olur, bu zaman multiplikator (k) və faiz dərəcəsinin dəyişməsinə investisiyaların reaksiya dərəcəsi (b) nə qədər böyük olsa, IS əyrisi bir o qədər elastik olar.
Dostları ilə paylaş: |