3. Sifətin tədrisi metodikası
II sinifdə sifət terminini «əşyanın necəliyini bildirən sözlər» kimi əvəz edir. Mövzuya dair ilkin işlər əşyanın əlamət, xassə və keyfiyyəti üzərində müşahidə əsasında gedir və mənimsənilən məlumatlar çalışmalarla möhkəmləndirilir. Müxtəlif tipli çalışmalar şagirdləri yaradıcı işə qoşur, onların düşünmə və nəticə çıxarma
qabiliyyəti inkişaf edir. Beləliklə, onlara qrammatik və orfoqrafik anlayışlar aşılamaqla yanaşı, məntiqi təfəkkürlərinində inkişafına zəmin yaranır.
III-IV siniflrə də sifətin əlamət və keyfiyyət bildirən sözlər olduğu göstərilir:
«Varlığın əlamətini və keyfiyyətini bildirən sözə sifət deyilir. Sifət necə?, nə cür?, hansı? Suallarından birinə cavab verir» (III sinif, Azərbaycan dili, Bakı – 2010, səh. 126).
Dərslikdə əlamət və keyfiyyət sözlərinə də aydınlıq gətirilir:
«Əlamət dedikdə gözlə görünən, yəni zahiri xüsusiyyətləri nəzərdə tutulur. Varlığın gözlə görünməyən daxili xüsusiyyətləri isə keyfiyyət adlanır. Məsələn,
Rəng – yaşıl (paltar)
Əlamət forma – böyük (bina)
Ölçü - dairəvi (hovuz)
Dad – acı, şirin, turş
Keyfiyyət mənəvicəhətlər - utancaq qız
İnadkar uşaq və s.
Sifətin quruluşca üç növü var: sadə, düzəltmə, mürəkkəb
Sadə - uzun, ağ, turş və s.
Düzəltmə sifətlər – isim və fellərə sözdüzəldici şəkilçi artırmaqla (isim) + lı – maraqlı
Qorx (fel) + unc – qorxunc
Mürəkkəb sifətlər iki sözün birləşməsindən yaranır. Məsələn, enli+kürək = enlikürək (oğlan), dağ + üstü = dağüstü (park)
Çalışmalar vasitəsilə şagirdlər sifətin mənası, ismə aid olması, sualı ilə tanış olur, bir nitq hissəsi kimi onun haqqında bilik qazanırlar. Bu prosesdə sinonim, antonim sifətlər üzərində şagirdlərdə işlədilməsi də biliyin şüurlu mənimsənilməsinə kömək edir.
Dostları ilə paylaş: |