Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


Yazılışı çətin sözlərin öyrədilmə sistemi



Yüklə 1,33 Mb.
səhifə11/12
tarix16.07.2020
ölçüsü1,33 Mb.
#102716
1   ...   4   5   6   7   8   9   10   11   12

2. Yazılışı çətin sözlərin öyrədilmə sistemi

Metodik ədəbiyyatda yazılışı çətin sözlərin proqnramdakı ardıcıllıqla qruplaşdırılaraq sistemlə öyrədilməsi məsləhət görülür.

Professor Y.Kərimov yazır: «Təcrübə göstərir ki, çətin sözlərin qrafik cəhətdən bənzərliyə, oxşar orfoqramlarına görə qruplaşdırılaraq öyrədilməsi daha müvafiqdir. Qrafik cəhətdən və səslənməsinə görə yaxınlıq, həmin sözlərin yazılışının asan yadda qalmasını təmin edir»10.

Ümumiyyətlə, belə sözlərin şüurlu mənimsənilməsi və möhkəm yadda qalması üçün müxtəlif fikri assosiasiyalardan istifadə olunmalı, şagirdlər həm düşündürücü, həm də əqli fəallığı artıran rəngarəng çalışmalar üzərində işlədilməlidir. Hər dərsdən iki-üç yazılışı çətin yeni söz öyrədilməli və bunldar əlaqəli şəkildə təqdim edilməlidir.

Ümumiyyətlə, hər bir yazılışı çətin söz orfoqramın çətinlik dərəcəsindən asılı olaraq il ərzində təxminən 10-15 çalışmada öz əksini tapmalıdır. Yəni eyni söz vaxtaşırı çalışma mətninə daxil olunmalı, onlarla iş müəyyən sistemlə təşkil edilməlidir. Y.Kərimov bu sistemi belə şərh edir:


  1. Hər bir yeni söz şagirdlərin görmə qavrayışına təqdim edilməli, onların diqqəti yazılışı çətin orfoqramma yönəldilməlidir;

  2. Şagird sözün səs-hərf tərkibini qavramalıdır;

  3. Şagird sözün leksik mənasını başa düşməlidir;

  4. Şagird sözdə buraxılış orfoqrammı yerinə qoyub müəllimin diktəsinə əsasən yazmağı bacarmalıdır;

  5. Şagird sözü cümlədə işlədə bilməlidir;

  6. Bir məşğələdə 4-dən artıq yazılışı çətin söz verilməməlidir;

  7. Yazılışı çətin söz sonrakı çalışmalarda təkrarlanmalıdır;

  8. dərsilininaxırındailərzindəöyrədilmişsözlərinnecəmənimsənilməsiyoxlanmalıdırvəs.»11

Yazılışı çətin sözlərin tədrisi prosesində görülən hər cür qrammatik, leksik və orfroqrafik iş isə dilin mənimsənilməsini asanlaşdırır, təlimin şüurlu və möhkəm olmasına şərait yaradır.

3. İstidai siniflərdə «yazılışı çətin sözlər» üzərində iş

İbtidai məktəbdə orfoqrafiya təlimi, xüsusən yazılışı çətin sözlərin şüurlu öyrədilməsində çalışmaların əhəmiyyəti böyükdür. Həmin çalışmalar müxtəlif tipli, rəngarəng, maraqlı və düşündürücü olmalı, kiçik yaşlı məktəbliləri yormamalıdır. Bu məqsədlə metodik ədəbiyyatda müxtəlif çalışmalar məsləhət görülür:



  1. buraxılmış hərfi yerinə qoymaqla sözü tamamlayıb yazmaq;

  2. diktəyə əsasən yazılmış sözün mənasını izah etmək;

  3. pəncərəli cədvəl üzrə imla (məsələn: «nümunə» sözü iri hərflərlə qalın kağıza yazılır. Ü hərfinin yanları iki tərəfdən kəsili barxayaq atlanır, sözü hamı yazandan sonra «pəncərə örtülür», şagirdlər yazdıqlarını yoxlayır, «nümunə» şəklində yazanlar düzəliş aparırlar;

  4. 3-4 söz üzrə izahlı lüğət –orfoqrafik imla;

  5. Tapmağa xarakterli lüğət imlası, məsələn, müəllim deyir: «-qatarın paravoza qoşulan hissəsi», uşaqlar yazırlar : «-vaqon», «-yemiş və qarpızın bitdiyi yer» (bostan);

«-On rəqəmindən əvvəlki rəqəm» (doqquz);

« -yazı taxtasında yazdığımız əşya» (təbaşir)

« - göylə yerin birləşdiyi kimi görünən yer» (üfün) vəs.


  1. əşya şəkilləri (paraxod, pomidor, mağaza, kombayn və s.)

  2. keçilmiş qrammatik mövzuya həsr olunmuş 10-15 sözdən ibarət lüğət-orfoqrafik imla;

  3. qrammatik – orfoqrafik təhlil;

  4. sözün kontekstdə işlədilməsi və s.

MÖVZU:13

YAZILI ÇALIŞMALARIN NÖVLƏRİ. ÜZÜNDƏN KÖÇÜRMƏ, ƏZBƏR VƏ S. YAZILAR

Plan

1.Orfoqrafiya təlimində istifadə edilən iş növləri

2. Orfoqrafiya təlimində istifadə edilən üsul və vasitələr

3. Öyrədilən orfoqramın xarakterinin nəzərə alınması

4. Yazılış çətinliyi ümumi orfoqrafik qaydalarla müəyyənləşə bilməyən ümumi xarakterliorfoqramlar.

5.Orfoqrafik lüğətlərlə iş

6.Üzündənköçürmə və əzbər yazılar

7.Müxtəlif növ imlalar .

ƏDƏBİYYAT

1.Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997.

2.Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə, Maarif, 1977.

3.A.Abdullayev. İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962.

4.B.Əhmədov. Azərbaycan dili təltiminin qanunları, prinsipləri və metodları. Bakı, 1974.

5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı

Bakı, 2011,2015

6.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010

7.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011

8.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005

9.İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I, II, III, IV siniflər üçün

Məktəblərimizdə orfoqrafiya təlimi ilə əlaqədar olaraq sınaqlardan çıxmış bir üsul və vasitələrdən,iş növlərindən,istifadə edilir.Bu üsul və vasitələrdən,iş növlərindən danışarkən ,birinci növbədə,bunları məqsədə görə qruplaşdırmaq,məqamında istifadə imkanlarını müəyyənləşdirmək vacib şərtlərdəndir.Orfoqrafiya təlimi üzrə aparılan bütün işləri azı iki mərhələyə bölmək lazım gəlir.Birinci,ilkin mərhələyə orfoqrafik qaydaların nəzəri və praktik yolla öyrədilməsi,ikinci mərhələyə isə avtomatlaşdırma üzrə aparılan işləri aid etmək olar.Öyrədilmiş qaydalar təmrinlər vasitəsilər vasitəsilə avtomatlaşdırılmazsa, qaydalarla aparılan işin faydası olmaz.Orfoqrafik cəhətdən düzgün yazı vərdişlərinə yiyələndirməkdə avtomatlaşdırılma üzrə aparılan işlərin düzgünlüyünün daha böyük əhəmiyyəti vardır.Lakin insan vərdişlərinin əsasında,başqa canlılardan fərqli olaraq,şüurlu başlanğıc dayanır.Birinci növbədə, dilimizdəki mövcud orfoqrafik qaydaları şagirdlərə düzgün,şüurlu aydınlaşdırmaq, başa salmaq, sonra həmin qaydaların yadda qalması üçün müxtəlif üsul və vasitələrdən istifadə etmək lazım gələr.Bu ilkin mərhələ üçün üsul və vasitələrin düzgün seçilməsinin böyük əhəmiyyəti vardır.Üsul və vasitələri seçərkən aşağıdakı cəhətləri xüsusi nəzərə almaq tələb olunur:

1.Öyrədilən orfoqramın xarakterinin nəzərə alınması.Bildiyimiz kimi,öyrədiləcək orfoqramlar müxtəlif xarakterli ola bilər.Bu,birinci növbədə,orfoqramın tələffüzünə münasibəti ilə müəyyənləşir.Bəzi orfoqramların tələffüzü ilə yazılışı arasında fərq olmur,bəzisində cüzi,bəzisində böyük fərq müşahidə edilir.Bəzi orfoqramların nitq hissələrinin xüsusiyyətləri ilə bağlı müstəsnalıq təşkil edir.Məsələn,xüsusi isimlərin böyük hərflə yazılması isimlə bağlı məsələdir.Çoxaltma dərəcəsinin şiddətləndirməsinin əməmlə gəlməsi yolu sırf sifətə məxsus olan xüsusiyyətdir.

2.Yazılış çətinliyi ümumi orfoqrafik qaydalarla müəyyənləşə bilməyən ümumi xarakterli orfoqramlar.Dilimizdə elə sözlər var ki, onların yazılışında çətinlik vardır. Buraya qəhrəman, bəxtəvər, qabiliyyət,bünövrə ,bənövşə, peşman, bərabər, mətifət kimi sözləri aid etmək olar.Orfoqrafiya öyrənmək üçün istifadə ediləcək metod priyom və iş növlərini seçərkən ,birinci növbədə,bunların xarakterini nəzərə almaq lazımdır.Birinci tip çətin orfoqramlı sözləri öyrətmək üçün orfoqrafik və orfoepik təhlillərdən paralel şəkildə istifadə etmək və bunlara müvafik çalışmalar üzərində şagirdləri işlətmək lazım gələrsə, şagirdlərin diqqətini səhv edilə biləcək nöqtəyə cəlb etmək lazım gəlir.Məsələn,qəhrəman sözündə şagirdlərin diqqəti sözdəki ikinci ə saitinə cəlb olunmalıdır.Çünki şagirdlər ən çox bu səsin yazılmasında səhvə yol verirlər(qəhrəman əvəzinə qəhraman yazırlar).Peşiman sözündə şagirdlərin diqqətini bu sözdəki səs və həriflərin sayına cəlb etmək lazımdır.Demək lazımdır ki, peşman sözü iki hecadan və 6 səsdən ibarətdir.Ş samitindən sonra i hərfi yazılmır.Bu xarakterli sözlərin düzgün yazılışını öyrətmək üçün üzündənköçürmə yazılardan ,lüğət üzrə imladan istifadə daha faydalıdır.

Bütün qaydaların öyrədilməsində morfemi analız və sintez etməyə imkan verən orfoqrafik təhlillərə geniş ehtiyac vardır.Belə təhlillərdən həm xüsusi həm də ümumi xarakterli orfoqramların öyrənilməsi üçün istifadə etmək mümkündür.Birinci halda,orfoqrafik təhlil orfoepik təhlillə paralel şəkildə aparılır.İkinci halda isə orfoepik təhlillə əlaqə nisbətən zəif olur.Hər hansı orfoqrafik qaydanın və ya orfoepik qaydaların öyrədilməsində iki mühüm mərhələ vardır.Bunlardan birincisi qaydanın öyrədilməsi və yaddaşda möhkəmləndirilməsindən, ikinci avtomatlaşdırma üçün təmrinlərdən ibarətdir.Birinci mərhələnin özü də iki mərhələyə ayrıla bilər. Birinci mərhələnin ilk fazasında qaydalar şagirdə şüurlu surətdə mənimsədilir,başa salınır.Bu fazada qaydaların sistem halında öyrənilməsi faydalıdır.Bu zaman əyani vasitələrdən istifadə faydalı ola bilər.İkinci faza birinci fazadan ayrılmasa da, başqa vəzifə daşıyır.Bu fazada şagirdlərin yadda saxlamaları üçün zəruri iş növlərindən istifadə edilir.Məsələn,ilk dərsdə saitlərin orfoqrafiyası ilə əlaqədar beş qayda əyani vasitə əsasında izah edilir və şagirdlərə bu qaydalara əsasən sözlərin yazılış formaları şərh olunur.Bu qaydalar hansı əyani vasitə üzrə şərh edilirdisə, həmin əyani vasitə o gündən etibarən Azərbaycan dili kabinəsindən asılır və orada qalır.Bundan sonra şagirdlər həmin qaydaları yadda saxlamağa ,hətta əzbərləməyə, sonra bu qaydaları yazıya tətbiq etməyə başlayırlar.Bu dərsdə və dərsdən sonra bir neçə dərsdə həmin sözlərlə zəngin olan rabitəli və rabitəsiz mətnlər üzərində müxtəlif çalışmalarla iş aparılır. Bununla da birinci mərhələnin hər iki fazasındakı iş başa çatdıqdan sonra,ikinci mərhələ üzrə işə- öyrədici və yoxlayıcı yazıların aparılması işinə başlanılır.Həmin yazı işləri yoxlanılır,qiymətləndirilir və buraxılan səhvlər üzərində təkrar-təkrar işlər gedir.

Avtomatlaşdırma işləri təkcə dil dərsləri ilə məhdudlaşdırıla bilməz.Oxu dərslərində həmin xarakterik sözlərin yazılış formalarının şagirdlər tərəfindən izah olunması,həmin sözlərin yazılmasında hansı qaydaya əməl edildiyi şərh olunmalıdır.Digər fənn müəllimləri də bu cəhətə diqqət yetirmiş olsa,avtomatlaşdırma daha tez həyata keçirilə bilər.

Orfoqrafiya təlimi dövründə müxtəlif təfəkkür fəaliyyətinə istinad edən çalışmalardan istifadə olunur.Bu rəngarəng çalışmaların hər birinin xarakterini,savadlı yazının təmin olunmasına nə verdiyini ,hər bir yazı ilə əlaqədar hansından istifadə olunmasının daha əlverişli olduğunu,yazdırılma metodikasını bilmədən müvəffəqiyyət qazanmaq mümkün deyil.Yazılı çalışmaların əksəriyyəti dil dərslərində tək-tək hallarda bütöv dərs ərzində yerinə yetirilməlidir.

Orfoqrafik cəhətdən düzgün yazı vərdişlərinə yiyələnməkdə dil dərslərində istifadə edilən müxtəlif yazı işlərinin müstəsna əhəmiyyəti vardır.Dil dərslərində istifadə edilən yazı işlərini müxtəlif metodistlər müxtəlif əsaslarda təsnif etmişlər.Biz bu bölgülərlə öz münasibətimizi bildirmədən dil dərslərin istifadə edilən bütün yazı işlərini,birinci növbədə ,iki yerə ayırırıq:

1.Yalnız şagidlərin orfoqrafik cəhətdən düzgün yazı vərdişlərini inkişaf etdirən yazılar.

2.Düzgün yazı vərdişlərini inkişaf etdirməklə bərabər şagirdlərin rabitəli nitq vərdişlərini,müstəqil düşüncəsini və əməli fəaliyyətini formalaşdıran yazılar.

Birinci qrup yazılara:



  1. Orfoqrafik lüğətlərlə iş

  2. Üzündənköçürmə və əzbər yazılar

  3. Müxtəlif növ imlalar(mətn dəyişikliyi edilən və edilməyən)aid edilə bilər.

Yoxlama imla istisna edilməklə digər yazı növləri öyrədici xarakter daşıyır.

Hərfləri yazmağı və bitişdirməyi bacaran hər bir uşaq üzdən köçürməyə hazır olur. Uşinski haqlı olaraq üzündən köçürmədə şüurluluq prinsipi əsas götürülür. Bu yazıda şagird sözün hərf tərkibinə diqqətlə baxır, sözün səs və hərf tərkibini aşkar edir, sonra yazır. Bu yazını bütöv sözlərlə yazmaq daha düzgündür. Şagirdlərdə diqqətliliyi tərbiyə etmək üçün bir dəfə oxumaqla sözün yadda saxlanılmasına nail olmaq lazımdır. Üzündənköçürməyə yaradıcı xarakter verməklə işi səmərəli təşkil etmək mümkündür. Bu məqsədlə müxtəlif priyomlardan istifadə edilə bilər.



  1. Mətnin üzünü köçürüb lazımi orfoqramın altından xətt çəkmək.

  2. Seçmə üzündən köçürmək.

  3. Qruplaşdıraraq üzündən köçürmək və s.

Müəyyən vərdişdən sonra şagirdləri yaradıcı işə cəlb etmək olar.

Üzdənköçürmə xarakterli çalışmalardan ibtidai siniflərdə çox istifadə edilir. Yazılı çalışmaların əksəriyyəti dil dərsinin bir hissəsində, tək-tək hallarda bütöv dərs ərzində yerinə yetirilməlidir.



I. Müəyyən orfoqrafik qaydaların şagirdlərə öyrədilməsinə xidmət edən öyrədici imlalar aşağıdakı növlərə ayrılır:



İmlanın ayrı-ayrı növlərinə aid xüsusiyyətləri nəzərdən keçirək:

2.1.Xəbərdarlıqlı imla. Orfoqrafiya təlimində istifadə edilən ən səmərəli çalışmalardan biri olan bu imla da şagirdlərin səhvə yol verə biləcəkləri hər bir hal əvvəlcədən xəbər verilir. Öyrədicilik məqsədi daşıyan xəbərdarlıq mətnin yazılmasınadək aparılır.

2.2. İzahlı imla. Bu imla da baş verə biləcək səhvlər haqqında xəbərdarlıq imla yazıldıqdan sonra aparılır.

2.3. Kommentarili yazı (imla). Yazılı çalışmanın bu növündə yol verilə biləcək səhvlər haqqında izahat yazı prosesində gedir.

2.4. Görmə imla. Bu imla həm görmə, həm də eşitmə qavranışına istinad edir. Görmə imla xarakterinə görə üzündənköçürməyə yaxındır. Sadəcə olaraq imlanın bu növündə mətnin təhlilindən sonra üstü örtülür. Şagirdlər diktə olunanı yazırlar. Sonra mətnin üstü açılır, şagirdlər verilən mətnlə yazdıqlarını yoxlayırlar.

2.5. Seçmə imla.Yazı prosesində şagirdlər oxunan mətndən yalnız tərkibində öyrədilməsi Kommentarili yazı (imla). lazım gələn sözlər və ya ifadələri seçib yazırlar.

2.6. Lüğət üzrə imla. İmlanın bu növü həm orfroqrafiya təlimi, həm də lüğət üzrə işlə əlaqədardır. İmla zamanı proqramdakı yazılışı çətin və yeni keçilmiş qaydaya dair orfoqramın olduğu sözlərdən istifadə edilir, çətinliklər nəzərə çatdırılır, sonra sözlər aramla ədəbi tələffüzə uyğun şəkildə diktə edilərək yazdırılır.

2.7.Yaradıcı imla. Bu çalışma növü şagirdlərin müstəqil fəaliyyət göstərmələrini təmin edir, həm orfoqrafiya təlimi, həm də nitq inkişafına xidmət edir. O, şairdləri ifadə və inşa yazmağa hazırlayır.

2.8. Sərbəst imla. İmlanın bu növü xarakterinə görə ifadəyə yaxın olmaqla həm orfoqrafiya təlimi, həm də rabitəli nitqin inkişafına xidmət edir.

Bu prosesdə mətn hissə-hissə oxunur. Məzmunla tanışlıqdan sonra oroqrafik təhlil aparılır. Şagirdlər oxunmuş hissəni yadda saxlayıb öz sözləri ilə yazırlar. Bu imladan III-IV siniflərdə istifadə olunması məsləhət görülür.

2.9.Əzbər yazı. Bu imlada mətn əzbərləndikdən sonra şagirdin daxili nitqinin köməyi ilə dodaqaltı diktə edilərək yazılır. Çalışmanın bu növü «Öz-özünə imla» da adlandırılır. Əzbər yazı şagirdin öz-özünü yoxlama vasitəsi, özünə inam yaratma vasitəsi hesab olunur.



II. Yoxlama imla. İmlanın bu növü müəllim köməyindən, demək olar ki, məhrum olmuş çalışma növüdür. Bu imladan məqsəd şairdlərin orfoqrafik və qrammatik biliklərini, öyrədici yazıların nəticəsini yoxlamaqdan ibarətdir.

Yoxlama imlanın mətni rabitəli olmalı, imla ədəbi tələffüz normlarına uyğun diktə edilməlidir. Yoxlama yazılar şagirdlər həqiqətlilik, şüurluluq tərbiyə edilməsinə şərait yaradır. Müəllimdən kömək ala bilməyən şagird düşünür, müstəqil nəticə çıxarmağa səy göstərir.Avtomatlaşdırma işində yazıların rolu. Ibtidai siniflərdə ana dilinin tədrisi metodikasının ən mühüm sahələrindən biri orfoqrafiya təlimidir. Orfoqrafiya qaydaları fikri vahid bir yolla yazıda ifadə etməyə kömək edən qaydalar sistemidir. Orfoqrafiya düzgün yazmağı, ayrı-atrı sözləri və onların hissələrini birləşdirib yazmaq qaydalarını öyrədir. Şagirdlərlə müntəzəm olaraq orfoqrafiya təlimi aparmaq məktəb proqramının qarşıya qoyduğu ən mühüm tələblərdən biridir. Şagirdlərin öz fikirlərini müstəqil ifadə edə bilməsi üçün, onlar ilk növbədə savadlı yazmağı bacarmalıdırlar. Məsələn, şagirdlər imla yazı zamanı çox səhv etmədikləri halda, müstəqil xarakterli yazılarda çoxlu səhvlərə yol verirlər. Bu onunla bağlıdır ki, müstəqil yazılar zamanı şagirdlər lazımi sözləri tapmaqda çətinlik çəkir, fikirlərini buna cəmləyir, nəticədə orfoqrafik tələblərdən uzaqlaşaraq səhvlərə yol verirlər. Buna görə də təlim prosesində orfoqrafiyanı nitq prosesi ilə bağlamaq, şagirdlərə orfoqrafiya qaydalarını yazıda tətbiq etməyi öyrətmək lazımdır. Bu işdə müxtəlif təmrinlərdən istifadə etmək vacibdir. Məsələn, onları yazı zamanı fikirlərini formalaşdırıb yığcam şəklə salan təmrinlərə yiyələndirmək müsbət nəticə verir. Belə ki, bu iş şagirdləri müstəqil yazı işinə yaxınlaşdırır, orfoqrafiya məşğələlərinin maraqlı keçirilməsində mühüm rol oynayır. Orta məktəbdə əsas vəzifələrdən biri də şagirdlərə düzgün şifahi və yazılı nitq bacarığı qazandırmaqdır. Bunun üçün, maraqlı və məzmunlu mətnlərin surəti köçürülməli, əzbərlədilmiş müxtəlif şeir və hekayələrin əzbər yazdırılması və s. başqa yollarla yazılı nitq üzərində şagirdləri işlətmək yaxşı nəticələr verir. Orfoqrafiya təlimi elmi əsaslar üzrə və sistemli şəkildə aparılmalıdır. Bunun üçün aşağıdakı tələblərə riayət olunmalıdır:  Şüurluluq. Orfoqrafiya təlimi nəzəri biliklərin təcrübədə tətbiqini tələb edir. Şüurluluq ayrı-ayrı orfoqramların mənalarının şagirdlər tərəfindən başa düşülməsini tələb edir. Müəllim çalışmalıdır ki, şagirdlər yazdlqları hər bir sözün mənasını başa düşmək vərdişlərinə yiyələnsinlər. Bunun üçün, əlbəttə ki, qrammatik-orfoqrafik qaydaları bilmək, qrammatik bilikləri möhkəmləndirən və yazı qaydalarını avtomatlaşdıran çalışmalar lazımdır. Şagirdlər bu qaydaları mənimsədikcə onların yazı qaydalarının gözlənməsi vərdişi adət şəklinə düşür və tapşırıqları qrammatik qaydalara istinad etmədənavtomatik şəkildə, ani bir tərzdə yerinə yetirməyi bacarırlar. Məsələn, sözlərin kök və şəkilçiyə ayrılması, yəni qrammatik təhlil şagirdlərin sözlərin düzgün yazılışını şüurlu şəkildə anlamasını təmin edən üsullardan biridir. Bu, xüsusən də sonu k, q ilə bitən sözlərə saitlə başlayan hal şəkilçilərinin yazılışında baş verən dəyişikliyin anlaşılmasını asanlaşdırır. Şagird qaydanın mənasını anlaya bilirsə, avtomatik şəkildə tez, düzgün və şüurlu yaza bilir.

 Tədricilik və ardıcıllıq. Tədricən və ardıcıl, yəni sistemli şəkildə öyrədilən qrammatik-orfoqrafik qaydalar onların yaxşı mənimsə-nilməsini təmin edir. Vaxaşırı olaraq, öyrənilmiş orfoqramların möhkəmlənməsinə həsr olunmuş çalışmalar üzərində iş aparılmalıdır. Bundan başqa, təkrar xarakterli çalışmalara da yer ayrılmalıdır.

 Çalışmaların rəngarəngliyi və yazılı çalışmaların şifahi çalışmalara əsaslanması da orfoqrafiya təliminə həsr olunmu məşğələlərin təşkilinə verilən tələblərdəndir. 2. Üzündənköçürmə yazılar və onların formaları. Orfoqrafiya təlimində müxtəlif növlü yazılardan istifadə olunur:

 üzündənköçürmə yazılar;

 müxtəlif növlü imlalar;

 əzbər mətnlərin yazılması; Üzündənköçürmə yazılar yazının ən sadə, asan növüdür. Hərfləri Yazmağı və bitişdirməyi bacaran şagirdlərin hamısı bu yazı növünə hazır olur. Üzündənköçürmə sadəcə olaraq, surətin köçürülməsi deyil. Üzündənköçürmə prosesində şagird sözün hərf tərkibinə diqqətlə baxır, sözün səs və hərf tərkibini tutuşdurur, fərqləri aşkara çıxarır, sözün yazılışını yadda saxlayaraq yazır. Müəllim çalışmalıdır ki. şagird mətnin üzünün hərf-hərf, heca-heca yox. Bütöv sözlə, cümlə ilə köçürsün. Əvvəlcə sözləri yadda saxlayan şagird, daha sonralar kiçik cümlələri yadda saxlayıb yaza bilir. Üzündənköçürmə zamanı müəllim müxtəlif tapşırıqlar da verə bilər:

 mətnin üzünü köçürüb, lazımi orfoqramların altından xətt çəkmək;

 lazımi orfoqramları tire və ya mötərizə ilə ayırmaq;

 seçmə üzündənköçürmə;

 qruplaşdırmaqla üzündənköçürmə;

 dağınıq verilmiş sözlərdən cümlə düzəldib köçürmə;

 bir mövzuya həsr olunmuş dağınıq vürilmişcümlələri ardıcıl köçürmək;

 sözləri hecalara, kök və şəkilçiyə ayırıb köçürmək və s. Üzündənköçürmə üzrə müəyyən vərdişə yiyələndikdən sonra şagird- lərə nöqsanlı mətnləri köçürmək üzrə çalışmalar verilməlidir. Belə çalışmaları işləməyi şagirdlər çox sevirlər. Belə ki, sözdə buraxılmış hərfin yerinə qoyulması, buraxılmış şəkilçinin yerinə qoyulması, cümlədə buraxılmış sözün yerinə qoyulması, mətndəki sözün verilmiş nümunə üzrə dəyişdirilməsi və s. bu kimi yaradıcı üzündənköçürmə yazılar şagirdləri çox maraqlandırır. Daha sonralar isə bunlara başqa tapşırıqlı üzündənköçürmə yazıları da əlavə etmək olar. Məsələn, qara hərflərlə yazılmış sözlərə sual verməklə dəyişdirib köçürmək; sözün üstündə onun hansı qrammatik kateqoriyaya aid olduğunu yazmaq; verilmiş cümlənin genişləndirilməsi yolu ilə köçürülməsi və s. Kitabdan mətnin üzünü köçürmə bütün siniflərdə aparılmalıdır. Çalışmaq lazımdır ki, əl yazısı ilə olan mətnlərdən istifadə olunsun. Əl yazısı ilə olan mətnlərin üzünü köçürməyin çapla olan mətni köçürməyə nisbətən üstünlükləri çoxdur. Belə ki, əl yazısı ilə olan mətnlərdə yalnız sözün orfoqrafik yazılışı deyil, düzgün hüsnxəti də verilir. Beləliklə, şagirdə yazı üçün tam bir nümunə verilmiş olur. Şagirdlərə belə nümunələr yazı taxtasında və ya kinoskop vasitəsilə kompyuterdə verilə bilər. Bu məqsədlə, müəllim yaxşı, gözəl xətlə, savadlı yaza bilən şagirdlərin yazılarından da istifadə edə bilər. Üzündənköçürmə, əsasən, I – II siniflərdən başlayaraq əlyazı üzrə təşkil olunur. Bu, şagirdlərin kalliqrafiya vərdişlərinin inkişafına kömək göstərir. Üzündənköçürmə yazılar dil dərslərində, bəzən bütöv dərs ərzində yerinə yetirilə bilər. Müxtəlif növlü imlalar. İmlalar orfoqrafik çalışmaların ən əlverişli və səmərəli növlərindəndir. İmlalar iki qrupa bölünür : öyrədici imlalar; yoxlama imlalar. Öyrədici imlanın aşağıdakı növləri var :

 görmə ( mətn təhlil edilir, sonra müəllimin diktəsi ilə yazılır);

 xəbərdarlıqlı ( şagirdlərin səhvə yol verə biləcəkləri hər bir hal əvvəlcədən xəbər verilir);

 izahlı (xəbərdarlıq – izahat yazıdan sonra aparılır);

 seçmə (oxunmuş mətndən yalnız tərkibində öyrənilməsi, möhkəmləndirilməsi qarşıda məqsəd qoyulmuş orfoqramların olduğu söz və ifadələr seçilib yazılır);

 lüğət üzrə ( ayrı-ayrı sözlərin diktə edilib yazdırılmasıdır);

 yaradıcı (dağınıq verilmiş sözləri dəyişmədən cümlə tərtib etmək, sözləri sütunlarda qruplaşdırmaq və s.);

 sərbəst ( bir mövzuya aid yazı qaydalarını təkrarlamağa və möhkəmləndirməyə imkan verir). Yoxlama imlalar müəllimin köməyi olomadan yerinə yetirilən çalışmalardır. Əzbər mətnlərin yazılması. Əzbər yazı həm üzündənköçürmə, həm də imla ilə bağlıdır. Bu zaman şagird tazacağı mətni dəfələrlə görür, oxuyur, sözlərin yazılışını mənimsəyir. Əzbərlənmiş mətn daxili nitqin köməyi ilə yazılır. Rabitəli nitqin inkişafının mühüm vasitəsi olan ifadə və inşa yazılar orfoqrafiya təliminə də xidmət edə bilər. 3. Nitq inkişafına kömək edən yazılar və onların növləri. Nitq inkişafı üzrə işin əsas vəzifəsi dil və təfəkkürün inkişafıdır. Uşaqların təfəkkürünü inkişaf etdirməklə onların nitqinə təsir edir, nitqini inkişaf etdirməklə təfəkkürünün inkişafına təkan veririk. Bu iş həm şifahi, həm də yazılı çalışmalarla yerinə yetirilməlidir. Yazılı nitqin başlıca məqsədi şagirdlərin gördükləri, oxuduqları, düşündükləri haqqında hamının başa düşə biləcəyi şəkildə yaza bilməkdir. Yəni şifahi nitq necə düzgün, anlaşılan, normalara cavab verən olmalıdırsa, yazılı nitq də aydın, dəqiq, mükəmməl və səhvsia olmalıdır. İbtidai siniflərdə ana dilinin tədrisinin nəticəsi şagirdlərin öz filrini müstəqil və rabitəli verə bilmə bacarığına necə yiyələnməsindən asılıdır. Rabitəli nitqin inkişafının birinci mərhələsində ifadə, ikinci mərhələsində isə inşa yazıların yazılması üzrə iş gedir. Bu yazılar orfoqrafiyz təliminə də xidmət edir. İfadə yazılar İfadə yazmaq üçün şagirdlərin kalliqrafik və orfoqrafik hazırlığı olmalıdır. Şagird kalliqrafiya, punktuasiya və orfoqrafiya səhvlərinə yol vermədikdə sürətlə yaza bilir. Bu da şagirdin diqqətini yazının məzmununa, fikrin dəqiq, obrazlı verilməsinə yönəldir. Xüsusi orfoqrafik çalışmalarda sözləri, cümlələri, mətni savadlı yazmağı bacaran şagird ifadə və inşada da səhvə yol vermir. Bu onu göstərir ki, şagird qrammatik-orfoqrafik qaydaları, yazılışı çətin sözləri, sözlərin səs-hərf tərkibini yaxşı mənimsəyib. İfadə yazıya hazırlığı yalnız mətndəki mənası tanış olmayan bir neçə sözün mənasının izah edilməsi ilə məhdudlaşdırmaq olmaz. Mətndəki belə sözlər, bəzi ifadələr əvvəlcədən müəyyənləşdirilməli, dil dərslərində həmin sözlərin mənasının və yazılışının izahı, cümlədə işlədilməsi üzrə iş getməlidir. İfadənin mətni əvvəlcədən planlaşdırıldıqda müəllim hər dəfə onun orfoqrafik məzmununu təhlil edir, burada işlənmiş ayrı-ayrı sözləri təkrar edərək, qrammatik-orfoqrafik qaydalar yada salınır. Bu sözlər həm üzündənköçürmə, həm də öyrədici imlaların mətnlərinə daxil edilir. Lakin ifadə yazdırılarkən yol verilə biləcək orfoqrafik səhvlərin qarşısını almaq üçün xəbərdarlıqlar vacibdir. Yəni, sözün yazı taxtasına yazılması, planın maddəsinə daxil edilməsi, ona sinonim sözlərin tapılması və s. şəkildə xəbərdarlıqlar ola bilər. İnşa yazılar İnşa üzərində iş çox mürəkkəb və çətin bir prosesdir.



MÖVZU :14

NİTQ İNKİŞAFI ÜZRƏ İŞİN METODİKASI. LÜĞƏT ÜZRƏ İŞİN APARILMASI

Plan:

1. İbtidai siniflərdə nitq inkişafi üzrə işin başlıca istiqamətləri

2. Nitqin inkişafında lüğət üzrə işin rolu

ƏDƏBİYYAT

1.Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997.

2.Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə, Maarif, 1977.

3.A.Abdullayev. İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962.

4.B.Əhmədov. Azərbaycan dili təltiminin qanunları, prinsipləri və metodları. Bakı, 1974.

5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı

Bakı, 2011,2015

6.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010

7.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011

8.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005

9.İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I, II, III, IV siniflər üçün

İBTİDAİ SİNİFLƏRDƏ NİTQ İNKİŞAFI ÜZRƏ İŞİN BAŞLICA İSTİQAMƏTLƏRİ. I sinfə qəbul edilmiş uşaqların nitqi üzərində müşahidə apararkən müşahidə edirik ki, ailədən məktəbə gələn uşaqlarla uşaq bağçasından məktəbə gələn uşaqların nitqi arasında böyük fərq olur. Buna görə də məktəbdə uşağın nitqi üzərində planlı iş aparılmalıdır. Uşağın nitqinin inkişaf etdirilməsi dedikdə. Dili mənimsəməkdə ona kiömək göstərmək, bu məqsədlə nitq orqanlarını məşq etdirmək, dilin leksik və qrammatik işarələrinin başa düşülməsini asanlaşdırmaq, morfem, söz, söz birləşməsi və cümlə kimi dil işarələrinin nitqdə işlədilmə ənənəsini asanlaşdırmaq nəzərdə tutulur. Uşaqların nitqinin inkişafı üzrə işi düzgün təşkil etmək üçün müəllim dilçilik elminin nailiyyətlərinə istinad etməlidir. Şifahi nitqə bir sıra tələblər verilir: zənginlik, məzmunluluq, məntiqi ardıcıllıq, düzgünlük, aydınlıq, dəqiqilik, ifadəlilik, təmizlik. Uşaqlarda şifahi nitqi formalaşdırmaq üçün onun forma və məzmununun vəhdəti əsas götürülür. Şagirdlərin nitqinin düzgün inkişaf etdirilməsi üçün ümumi didaktik tələblər gözlənilməlidir. Yəni, nitq inkişafı üzrə işi xüsusi dərslər və məşğələlərlə məhdudlaşdırmaq olmaz. Nitq inkişafı üzrə iş digər fənlərin tədrisi prosesində , sinifdənxaric məşğələlərdə də təşkil edilməlidir. Nitq inkişafı üzrə iş kompleks şəkildə aparılmalıdır. Bu prosesdə mümkün qədər müxtəlif, rəngarəng üsul, vasitə və priyomlardan istifadə olunmalıdır. Nitq inkişafı anlayışı öz həcmi və məzmunu etibarilə çox geniş anlayışdır. Bu, bir sıra sahələri əhatə edir: 1. Nitqin səs mədəniyyəti üzərində işin təşkili. 2. Ədəbi tələffüz üzrə işin təşkili. 3. Lüğət ehtiyatının zənginləşdirilməsi. 4. Cümlə qurmaq vərdişinin inkişafı. 5. Rabitəli nitq vərdişlərinin inkişafı. Nitq inkişafı prosesində bu sahələrin biri digərini tamamlayır, birbiri ilə əlaqələnir. I Nitqin səs mədəniyyəti üzərində işin təşkili Nitq səs mədəniyyətinə onun tərkib hissəsi olan:

 səs tələffüzü, orfoepiya, diksiya;

 intonasiya, sürət;

 nitqin ünsiyyət mədəniyyəti elementləri;



 nitqi eşitmə qabiliyyəti və artikulyasiya aparatının inkişaf etdirilməsi daxildir. Uşaqların əksəriyyətinin nitqin səs mədəniyyəti nöqsanlı olur.Buna görə də bu, müəllimdən ciddi iş tələb edir. Müəllim ilk gündən şagirdlərin fonematik eşitmə qabiliyyətini inkişaf etdirməli, onların ana dilinin bütün səslərini düzgün eşitmələri, səslənməsinə görə yaxın olan səs və sözləri fərqləndirmələrini müəyyənləşdirməlidir. Şagirdlər müxtəlif tərkibli sözlərdə səslərin sayını, ardıcıllığını müəyyənləşdirməyi bacarmalıdırlar. Uşaqların r-s, b-p, d-t, s-ş, v-f, c-ç səslərinin qarışdırdıqlarını nəzərə alaraq səslənməsinə görə oxşar səslər təələffüz etdirilir və fərqlənən səsi tapmaq tələb olunur. Nitq səslərinin aydın tələffüzü onları əmələ gətirən artikulyasiya orqanlarının vəziyyətindən, hərəkətindən də asılıdır. Məktəbəqədər dövrdə artikulyasiya aparatında baş verən pozuntular sonralar da davam edə bilər. Buna görə də şagirdin tələffüz edə bilmədiyi səsi müxtəlif nitq materialında möhkəmləndirmək zəruridir. Dilin çevikliyini inkişaf etdirmək, dodaqların çevikliyini təmin etmək, alt çənəni müəyyən vəziyyətdə saxlamaq üzrə məşqlər, tənəffüsün düzgünlüyü üçün təmrinlər və s. bu kimi işləri diqqətlə və ardıcıl həyata keçirməl vacibdir. Nitq səs mədəniyyətinə şagirdlərin yaxşı diksiyaya yiyələnmələrini də tələb edir. Müəllimin nümunəvi nitqi bunun üçün əsas şərtdir. II Ədəbi tələffüz üzrə işin təşkili Ədəbi dilin saflığı onun tələffüz normalarına necə əməl olunmasından çox asılıdır. Tələffüzün aydınlığı fikrin dəqiq çatdırılmasını və eşidilənlərin aydın başa düşülməsini təmin edir. Ümumiyyətlə tələffüz dedikdə, dilimizin ümumi normalarına uyğun danışmaq nəzərdə tutulur. Ədəbi tələffüz ədəbi dilin normalarını gözləməklə danışmaqdır. Bu, orfoepik normalarla tənzimlənir. Düzgün tələffüz normalarını bir və ya bir neçə dərsdə öyrənmək mümkün deyil. Bu uzun bir prosesdir və bütün təlim illəri ərzində aparılmalıdır. Adətən şagirdlər kitabda necə yazılıbsa, o cür də oxumağa çalışırlar. Məsələn, (baxça) əvəzinə bağça, (taxda) əvəzinə taxta, (əsgər) əvəzinə əskər və s. deyə tələffüz edirlər. Yalnız müəllimin uzun və ardıcıl göstərişləri nəticəsində şagirdlər qiraət və tələffüzdə buraxdıqları bu nöqsanları düzəldə bilərlər. Bəzən müəllimlərin özü sözləri orfoepik qaydada yox, orfoqrafik qaydada tələffüz edirlər. Nəticədə, sinifdə müəllim və şagirdlər süni bir dildə, sinifdənkənar şəraitdə isə öz dialektlərində və ya ədəbi tələffüz normalarına uyğun şəkildə danışmağa başlayırlar. Dilimizdə sözlərin bir qisminin tələffüzü ilə yazılışı eynidir. Məsələn, səhər, ata, bacı, bal və s. Bir qisim sözün yazılışı ilə tələffüzü isə fərqlənir: məllim, dosluğ, ayilə, sakqal və s. Bu sözləri tələffüzə əsasən yazan şagirdlər səhvə yol verirlər. Buna görə də ana dili dərslərində orfoepiyanın əsəsları I sinifdən praktik şəkildə öyrədilməlidir. Bundan başqa, qrammatika da dilin digər sahələri üzrə işin təşkilinə xidmət edir. Qrammatik qaydaların öyrədilməsi sözlərin düzgün yazılışı işini asanlaşdırır. Qrammatik qaydanı mənimsəyən şagird onu yüzlərlə sözə tətbiq edə bilir. Əvvəlcə şifahi nitqimizdə çox işlənən və tələffüzü nisbətən asan olan sözlərdən başlamaq lazımdır. Daha sonra isə çətin sözlərə keçilməli və hər dəfə əvvəl öyrənilənlər təkrarlanmalıdır. Kiçikyaşlı məktəblilərə aşağıdakı normaların öyrədilməsi vacibdir:  Saitlərin tələffüzünə dair qaydalar;

 Qoşasaitli sözlərin tələffüzünə dair qaydalar;

 Samitlərin tələffüzünə dair qaydalar;

 Bəzi qrammatik formaların tələffüzünə dair qaydalar; III Lüğət üzrə iş Lüğət üzrə iş nitq inkişafı üzrə iş sistemində mərkəzi yer tutur. Məlumdau ki, söz dilin başlıca vahididir. Söz üzərində iş düzgün təşkil olunmazsa, uşaqların lügəti zənginləşdirilməzsə, uşaqların nitq ünsiyyəti və təfəkkürü də inkişaf edə bilməz. Altıyaşlılar məktəbə qədər az sözlə öz ehtiyaclarını ödəyə bildikləri halda, məktəb dövründə fikrini ifadə etmək üçün daha çox və mürəkkəb dil vahidlərindən istifadə etməli olurlar. Məktəbdə sistemli iş. Uşaqlarla məqsədyönlü ünsiyyət onların lügətinə güclü təsir göstərir. Lüğət üzrə işdə əsas məsələ sözün mənasını izah etmək və şagirdin lüğət fondunu zənginləşdirməkdir. Azərbaycan dili dərslərində söz yaradıcılığı üzrə aparılan praktik işlər üçün sözdüzəldici şəkilçilərin praktik imkanlarını müəyyənləşdirməklə başlamaq lazımdır. Məsələn, üzümçü, üzgüçü, məktəbli, suçu və s. bu kimi düzəltmə sözlərdə söz kökünün ifadə etdiyi mənalar şagirdlərə tanışdır. Bu zaman şagirdlərə aşağıdakı tipli çalışmalar vermək məqsədəmüvafiqdir. Çalışma 1. Uyğun gələn sifətlərdən istifadə etməklə mətni zənginləşdirin. Çalışma 2. Aşağıdakı isimlərdən sifət düzəldib cümlədə işlədin. Qürur, səliqə, sevinc, fərəh və s. Çalışma 3. Verilmiş isim və sifətlərdən birləşmələr düzəldib yazın. Çalışma 4. Hər bir sifətə uyğun isim tapıb yazın. Azərbaycan dilində müxtəlif mənaları ifadə edən, lakin formaca eyni olan söz və şəkilçilərə rast gəlməl mümkündür. Bu şəkilçilərin qoşulduğu düzəltmə sözlərə aid nümunələr verilməklə onların fərqi göstərilir və izah olunur. Belə sözlərin öyrədilməsindən sonra şagirdlərin fəal lüğətinə daxil olmuş sözlərin öyrədilməsi müsbət nəticələr verir. Lüğət ehtiyatını zənginləşdirmək məqsədilə sözün mənasını mənimsətməyin vacib yollarından biri sözlə əyaniliyin bigə tətbiqidir. Hər hansı əşya və ya hadisə haqqında məlumat verilərkən onun özünün şəklini və ya sxemini çəkmək, təsvirini vermək, ekskursiyalar təşkil etməklə əyani şəkildə göstərmək öyrədilən anlayışın daha tez mənimsənilməsinə kömək edir. Məsələn, sözün mənasını izah etməyin yollarından biri də növü cinsə daxil etməklə sözləri qarşılaşdırmaqdır: alma-meyvə, kələm-tərəvəz, palıd-ağac, futbol-idman və s. Lüğət ehtiyatını zənginləşdirmək yollarından danışarkən mürəkkəb sözləri komponentlərinə ayırmaqla izah etməyi nəzərdən qaçırmaq olmaz. Təhlil zamanı şagirdlər əmin olurlar ki, mürəkkəb sözün bütövlükdə ifadə etdiyi məna komponentlərin ayrı-ayrılıqda ifadə etdikləri mənalara tamamilə uyğun gəlmir: itburnu, dəvədabanı, ayıpəncəsi, şirindil və s. Lüğət üzrə iş prosesində sözlər seçilərkən aşağıdakı tələblər nəzərə alınmalıdır:

 sözün öyrənilən materialın ideya məzmunu ilə əlaqəsi;

 şagirdlərin nitq inkişafının səviyyəsi;

 şagirdlərin hazırlığı və ümumi inkişaf səviyyəsi;

 sözün çoxmənalılığı;

 sözün həqiqi və məcazi mənası;

 sözün çoxişləkliliyi;

 sözün morfolojim quruluşu;

 sözün izah və thliletmə imkanları;

 sözün orfoqrafik cəhəti;

 sözün öz sözümüz və ya alınma olması;

 sözün termin olub-olmaması;

 bir dərsdə çoxlu sözün izahına yol verilməməsi.

Müəllim şagirdlərin nitqinin dəqiqliyini inkişaf etdirmək üçün şagirdlərin fəal lüğətində olan söz ehtiyatının mənasının başa düşülməsini, fikrin ifadəliliyini artırmaq üçün dəqiq dil vahidlərini seçə bilmək bacarığını artırmalıdır. Çoxmənalı, məcazi mənalı sözlər üzərində iş aparılarkən buna xüsusilə fikir vermək lazımdır. Müəllim şagirdlərin lüğətinin fəallaşdırılması, lüğətinin təmizliyi istiqamətində də iş aparmalı, ədəbi tələffüz normalarının pozulduğu söz və ifadələri nitqində işlənməsinə yol verməməlidir. Lüğət üzrə iş qrammatikanın tədrisi prosesində də nəzərə alınmalıdır. Belə ki, şagirdlərin dilimizin qrammatik formalarının şüurlu dərk etmələri, onların lüğət ehtiyatının zənginləşməsi üçün, yəni yeni dil vahidlərini şüurlu mənimsəmələri üçün geniş imkanlar açır. Lüğət üzrə iş prosesində lüğət-məntiqi çalışmalar, lüğət-qrammatik çalışmalar, lüğər-orfoqrafok çalışmalar mühüm yer tutur. IV Cümlə üzərində iş Cümlə üzərində iş nitq inkişafının əsas məsələlərindəndir. Cümlə haqqında praktik bacarıq və vərdişlər uşağın dil açdığı dövrdən yaranmağa başlayır. Təlimin başlanğıcında şagirdlər müəllimin suallarına cümlələrlə cavab verir, ona sual verməyi bacarırlar.Əslində cümlə qurmaq bacarığı zəngin lüğət ehtiyatı tələb edir. Digər tərəfdən, artıq savad təliminə hazırlıq mərhələsində şagirdlər, nitqi cümlələrə ayırmağı, cümlədə sözlərin sayını, ardıcıllığını müəyyənləşdirə bilirlər. Bu zaman cümlə sxemlərindən istifadə olunur. Cümlə üzrə işin müxtəlif yolları vardır:

 suallara cavab;

 cümləyə sual vermək;

 cümlədə buraxılmış sözü yerinə qoymaqla onu tamamlamaq;

 sözü başqası ilı əvəz edib cümləniyazmaq;

 cümlədə qrammatik formanı başqası ilə əvəz etmək;

 oxunmuş mətndən obrazlı söz və ifadələri seçib yazmaq;

 vürilmiş çoxmənalı, omonim, sinonim və antonimləri cümlədə işlətmək;

 cümləni genişləndirmək;

 dağınıq verilmiş sözlərdən cümlə qurmaq;

 bu və ya digər mövzuya aid cümlə qurmaq;

 söz birləşməsi tərtib etmək;

 oxunmuş mətndən məzmunla bağlı cümlələri seçmək;

 verilmiş sintaktik model əsasında cümlə qurmaq;

 mənanı saxlamaqla cümləni başqa formada ifadə etmək;

 cümlədə məntiqi vurğunun yerini dəyişməklə mənanı dəyişdirmək;



 iki-üç cümləni bir sadə və ya mürəkkəb cümlədə birləşdirmək. Cümlənin tərkibi üzrə ilkin çalışmalardan başlayaraq yuxarıda sadalanan qaydalar əsasında aparılan çalışmalar şagirdlərə cümlə haqqında praktik bacarıq və vərdişlər aşılayır. Yuxarı siniflərə keçdikcə, şagirdlər cümlə üzvləri, baş üzvlər, ikinci dərəcəli üzvlər kimi anlayışlarla, mövzularla tanış olduqca onların cümlə haqqındakı təsəvvürləri daha da artır. Daha sonra onlar cümlənin məqsəd və intonasiyaya görə növlərini, onların nitqdə rolunu öyrənirlər. V Rabitəli nitq vərdişlərinin inkişafı. Dilin bütün sahələri ilə bağlı olan belə çalışmalar şagirdlərin nitqini və təfəkkürünü inkişaf etdirir, onları öz fikirlərini rabitəli ifadə etməyə hazırlayır. Rabitəli nitq dedikdə, şagirdlərin xarici aləmi düzgün qavramaları, onu qrammatik və üslubi cəhətdən savadlı ifadə etmələri nəzərdə tutulur. Bunun üçün şagirdlərin lüğət və cümlə üzrə iş prosesində qazandıqları vərdişlərdən istifadə olunur. Rabitəli nitqin birinci mərhələsini ifadə, ikinci mərhələsini isə inşa yazılar təşkil edir. İfadə yazıya hazırlığı yalnız mətndəki mənası tanış olmayan bir neçə sözün mənasının izah edilməsi ilə məhdudlaşdırmaq olmaz. Mətndəki belə sözlər, bəzi ifadələr əvvəlcədən müəyyənləşdirilməli, dil dərslərində həmin sözlərin mənasının və yazılışının izahı, cümlədə işlədilməsi üzrə iş getməlidir. İfadənin mətni əvvəlcədən planlaşdırılmalıdır. Yazılı inşa üzrə vərdişlərin yaranması üçün çoxlu məşğələlər aparmaq lazımdır. Yazılı inşa şifahi inşanın sadəcə qrafik surəti deyil. Bunun üçün yazılı rabitəli nitqin inkişafı üzrə aparılan dərslər böyük rol oynayır. Şagird inşa üzərində işləyərkən öz nitqini müşahidə etməyi öyrənir. Bu da ona yazdıqları üzərində fikirləşmək, ifadələrini təkmilləşdirmək və onu daha da yaxşılaşdırmaq imkanı verir. Yazılı nitqin məntiqi və üslubi vərdişlər üzrə aparılan işləri orfoqrafik vərdişlər üzərindəki işlə paralel aparılmalıdır. Şagird ifadə və inşa yazdıqda özü bildiyi kimi yazır, öz sözlərini və söz birləşmələrini mətnə daxil edir.

Mövzu : 15

RABİTƏLİ NİTQİN MAHİYYƏTİ VƏ NÖVLƏRİ: İFADƏ TƏLİMİ. İNŞA VƏ ESSE HAQQINDA MƏLUMAT.

Plan

  1. İfadə yazılar

  2. İnşa təlimi (inşanın növləri)

    1. İfadə formasına görə inşalar

    2. Təlim əhəmiyyətinə görə inşalar

    3. Janra görə inşalar

    4. Materialın əldə edildiyi mənbəyə görə inşalar

    5. Şagirdlərin müstəqilliyinin dərəcəsinə görə

ƏDƏBİYYAT

  1. 1.Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997.

  2. 2.Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə, Maarif, 1977.

  3. 3.A.Abdullayev. İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962.

  4. 4.B.Əhmədov. Azərbaycan dili təltiminin qanunları, prinsipləri və metodları. Bakı, 1974.

  5. 5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı

  6. Bakı, 2011,2015

  7. 6.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010

  8. 7.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011

  9. 8.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005

  10. 9.İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I, II, III, IV siniflər üçün

İfadə rabitəli nitqin birinci və mühüm mərhələsidir. İfadə yazılar üzündən köçürmə və imlalara nisbətən mürəkkəb çalışma növü olub, müəllim və şagirdlərdən böyük zəhmət tələb edir. Bu isə II sinifdən başlanılır. Əvvəlcə dağınıq verilmiş cümlələrdən hekayə quraşdırılır, şifahi məşğələlərin ardınca uşaqlar yazılı ifadələrə hazırlaşırlar. Uşaqlar II sinifdə 20-30 sözdən, III sinifdə isə 70-80 sözdən ibarət ifadə yazılar, IV sinifdə onlar 100-110 sözdən ibarət ifadə yazmağı bacarmalıdırlar.

İfadə üzərində işin 3 mərhələsi var:

1. İfadəyə hazırlıq; 2. İfadənin yazılması; 3. Səhvlər üzərində iş.

İstidai siniflərdə ifadə yazılar öyrədici xarakter daşıyır. İfadələrin növləri müxtəlifdir. Mətnin məzmununa görə ifadələr 3 növə ayrılır; nəqli ifadələr, təsvir xarakterli, mühakimə xarakterli ifadələr. İfadə yazılar şagirdləri elmi-kütləvi xarakterli mətnlər üzrə ifadə yazmağa, müstəqil, yaradıcı inşaya hazırlayır.



İfadə yazıların əhəmiyyəti

Rabitəli nitqin I mərhələsi olan ifadə yazı ibtidai siniflərdə şagirdlərin ədəbi dilə yiyələnməsində mühüm rol oynayır. O, uşaqların məntiqi təfəkkürünün inkişafına müsbət təsir göstərir.

İfadə yazıların təlimedici əhəmiyyətidə böyükdür. Hər bir ifadə mətni şagirdlərə təbiət və cəmiyyət haqqında əlavə maraqlı biliklər verir. İfadənin

tərbiyələndirici vəzifəsi də xüsusi qeyd edilir. İfadə şagirdlərdə yüksək əxlaqi keyfiyyətlər tərbiyə edir. Nəhayət, ifadə yazılar şagirdlərin ümumi inkişafınada güclü təsir göstərir.

İfadə yazarkən şagirdlər müşahidə aparmağı, müqayisə etməyi, təsnifetməyi, ümumiləşdirərək əqli nəticə çıxarmağı öyrənirlər.

İfadə yazılar orfoqrafiya və punktuasiya üzrə biliklərin tətbiqi üçün gözəl meydandır. İfadə yazı müəllimin yaradıcı fəaliyyəti üçün də geniş imkanlar açır.

İfadə yazılar üzündənköçürmə və imlalara nisbətən mürəkkəb çalışma növü olub, müəllim və şagirdlərdən böyük səy tələb edir.

IV sinfi bitirən şagirdlər oxunaqlı xətlə, proqramın tələb etdiyi sürətlə, həm də orfoqrafik cəhətdən savadlı yazmaq vərdişlərinə, qismən də olsa, yiyələnməlidirlər.



İnşa təlimi

İnşa nitq inkişafı üzrə işin ən yüksək formasıdır. İnşa ya aid vərdişlər o vaxt yarana bilər ki, nitq inkişafı üzrə deyilənlərə tam əməl olunsun. İnşanın aşağıdakı növləri var:



  1. İfadə formasına görə: şifahi və yazılı inşalar. Şifahi inşalar yəni, şagirdlərin müstəqil hekayə qurub, nağıl etməsi nəzərdə tutulur.

  2. Təlim əhəmiyyətinə görə: öyrədici və yoxlama xarakterli olur. İbtidai siniflrədə inşalar əsasən öyrədici xarakter daşıyır və yoxlamadan qat-qat çətindir.

  3. Janra görə: nağıl, təsvir, mühakimə inşalar. I, II siniflrədən əqli xarakterli, III, IVsiniflərdə isə digər növlərinə də yer verilir. Təsvir xarakterli inşa da heyvan, quş və ya hadisə təsvir olunur, mühakimə inşa da isə uşaqların məntiqi təfəkkürü inkişaf edir.

  4. Materialın əldə etdiyi mənbəyə görə:

    1. Şəkil üzrə inşalar

    2. Kino film, diafilm və tamaşa üzrə;

    3. Müşahidə əsasında;

    4. Uşaqların şəxsi həyatı əsasında;

    5. Xüsusi tapşırıqlı inşalar və s.

  5. Şagirdlərin müstəqilliyinin dərəcəsinə görə, I, II siniflərdə kollektivin birgə səyi nəticəsində yaranır, III sinifdən müəllim köməkdən imtina edir.

İnşaların aparılmasında hər sonrakı iş əvvəlkinə əsaslanmalı, məzmun və formaca onu inkişaf etdirməlidir.

İfadə formasına görə inşalar

Nitqin formalarından asılı olaraq inşalar ifadə formasına görə iki cür olur: şifahi inşalar, yazılı inşalar. Şifahi inşalar dedikdə şagirdlərin müstəqil hekayə qurub nağıl etmələri nəzərdə tutulur.

İlk günlərdən başlayaraq şagirdin hər bir şifahi nitqi – cavabı şifahi rabitəli nitqin inkişaf etdirilməsi üçün gözəl imkanlar vardır. Ucadan oxu, suallara ətraflı cavab, oxunan mətnin planının tərtib edilməsi, plan üzrə mətnin məzmununun nağıl edilməsi, təbiət, hava, ətraf aləm üzərində müşahidələr əsasında hekayənin qurulması və s. həmin məqsədə xidmət edir.

İnşaya hazırlıq qarşıda duran birinci vəzifədir. Uşaqların söhbətləri də bu işə xidmət edir. Bu əsna da şagirdlər öz fikirlərini rabitəli və məntiqi ifadə etməyi öyrənirlər. Belə məşğələlərdə şagirdləri inşa yazmağa hazırlayır.

Lakin düşünülmüş plan üzrə danışıq daha yaxşı fayda verər. Məsələn, müəyyən bayram, hadisə, fəsil, şəkil üzrə şifahi inşa şagirdin qarşısında vəzifə qoyur. O, başa düşür ki, tələb olunanı danışmalıdır.

Təlim əhəmiyyətinə görə inşalar

İnşalar təlim əhəmiyytəinə görə öyrədici və yoxlama xarakterli olur. İbtidai siniflrə də inşalar, əsasən, öyrədici xarakter daşıyır. Öyrədici inşalar şagirdlərə müstəqil əsil mənadayaradıcıinşayazmağıöyrətməkvəzifəsinəxidmətedir. Öyrətməprosesiçətinolmaqlagərginəməktələbedir.

Qrammatika və orfoqrafiyanın öyrənilməsi ilə əlaqədar inşalarda bu növə daxildir. Belə inşalar miniatür inşalar adlanır. Bu inşalar qrammatikanın müəyyən mövzusu ilə əlaqədar aparılır; məsələn: eyni köklü sözlərlə əlaqədar bağda meyvə toplanışına həsr olunmuş inşaya hazırlıq zamanı müəllim şagirdlərə bağ, bağça, bağban, bağlıq, bağlar, üzüm, üzümlük, üzümçü, üzümçülük və s. Sözləri təqdim edərək inşada işlətməyi tapşırır. Belə yazılar çox vaxt şagirdlərin fikrini, nitqini, yaradıcı fəaliyyətini sıxır, onları kütləşdirir, nəticə etibarilə inşaya marağı azaldır. Ona görə də, uşaqları buxovlayan belə yazılara yer vermək məsləhət görülmür.

Janra görə inşalar

İbtidai siniflərdə inşanın janra görə aşağıdakı növləri vardır: a) nağıl-inşa (təhkiyə), b)təsvir-inşa, c) mühakimə – inşa.

I – II siniflərdə, əsasən, nəqli xarakterli inşalardan ( xüsusən şifahi şəkildə) istifadə olunduğu halda, III-IV siniflərdə inşanın digər növlərindən də müəyyən qədər istifadə olunur.

Təsvir xarakterli ilk inşalar müəyyən heyvan, quş təsviri olmalıdır. Sonralar tədricən şagirdlərin müəyyən təbiət hadisələrinin, mənzərənin təsvirini özs özləri ilə vermələrinə nail olmaq mümkündür.

Bəzən təsvir xarakterli inşanı iki əşyanın, iki hadisənin, iki mənzərənin müqayisə edilməsi əsasında da aparmaq mümkündür.

Mühakimə xarakterli inşalardan III sinifdə dərsilinin ikinci yarısından etibarən istifadə etmək mümkündür. Belə yazılar şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirir. Onlar bilikləri və həyat təcrübələri dairəsində sadə, mühakimə yürüdür, öz nöqteyi-nəzərini müdafiə edir, müstəqil fikir söyləyirlər. Şagirdlərin dərketmə fəaliyyətinin inkişafında, onların ümumi inkişafının təmin edilməsində mühakimə xarakterli inşalar mühüm rol oynayır.

İnşanın aşağıdakı növləri var:

 İfadə formasına görə: şifahi və yazılı;

 Təlim əhəmiyyətinə görə: öyrədici və yoxlama;

 Janra görə: nəqli-inşa, təsvir-inşa, mühakimə-inşa;

 Materialın əldə edildiyi mənbəyə görə: şəkillər, kinofilm,oyun…

 Şagirdlərin müstəqillik dərəcəsinə görə: kollektiv, müstəqil. Mövzumuza uyğun olaraq, inşaların ifadə formasına görə və təlim əhəmiyyətinə görə növlərindən danışacağıq. Yazılı inşa üzrə vərdişlərin yaranması üçün çoclu məşğələlər aparmaq lazımdır. Yazılı inşa şifahi inşanın sadəcə qrafik surəti deyil. Bunun üçün yazılı rabitəli nitqin inkişafı üzrə aparılan dərslər böyük rol oynayır. Qrammatika və orfoqrafiyanın öyrədilməsi ilə əlaqədar inşalar da bu cəhətdən əhəmiyyətlidir. Məsələn, eyniköklü sözlərlə əlaqədar bağda meyvə toplanışına həsr olunmuş inşaya hazırlıq zamanı müəllim şagirdlərə bağ, bağça, bağban, bağlıq, bağlar və s. bu kimi eyniköklü sözləri təqdim edərək öz yazılarında işlətməyi tapşırır. İnşanın qrammatika və orfoqrafiya təliminə xidmətini təmin etmək üçün mövzunun məqsədə yönəlməsinə da fikir verilməlidir. Məsələn, sifətin tədrisi ilə əlaqədar təbiətin gözəl, mənzərəli bir guşəsinin təsviri, iki əşyanın müqayisəsi, felin tədrisi ilə əlaqədar hər hansı bir işin gedişinin təsviri üzrə inşa vermək olar. Şagird inşa üzərində işləyərkən öz nitqini müşahidə etməyi öyrənir. Bu da ona yazdıqları üzərində fikirləşmək, ifadələrini təkmilləşdirmək və onu daha da yaxşılaşdırmaq imkanı verir. Yazılı nitqin məntiqi və üslubi vərdişlər üzrə aparılan işləri orfoqrafik vərdişlər üzərindəki işlə paralel aparılmalıdır. Şagird ifadə və inşa yazdıqda özü bildiyi kimi yazır, öz sözlərini və söz birləşmələrini mətnə daxil edir. Müəllim ifadə və inşa yazıların aparılması qaydası üzrə işi düzgün təşkil edərsə, şagird səhvləri azalar. 4. Orfoqrafik vərdişlərin inkişafına kömək edən amillər. Orfoqrafik vərdişlərin möhkəmləndirilməsində ən vacib cəhət yazı materiallarının seçilməsidir. Bu mətnlər leksik ifadə tərzinə görə məqsə-də cavab verməli, məzmunca maraqlı və aktual , həcmcə tələblərə cavab verən olmalıdır. Orfoqrafik vərdişlərin mənimsənilməsi zamanı şagirdlər ayrı-ayrı sözlərin yazılışını şüurlu şəkildə mənimsədikləri üçün, öz yazılarının dürüstlüyünü də yoxlaya bilir və səhvlərin sayı minimuma enir. Yazı qaydalarının qanunauyğunluqlarını yaxşı bilən, bu sahədə möhkəm vərdişlərə malik olan şagirdlər orfoqramları müstəqil şəkildə heç bir səhvə yol vermədən işlədə bilirlər. Orfoqrafik vərdişlərin möhkəmləndirilməsi işində rolu olan əsas üsullardan biri də orfoqrafik təhlildir. Orfoqrafik təhlil şagirdləri öz yazlarına, işlətdikləri bütün orfoqramlara diqqətli yanaşmağı adət etdirir. Şagirdlər Azərbaycan dili yazı qaydalarını dəqiq öyrənirlər. Təhlil zamanı çalışmaq lazımdır ki, seçilmiş mətnin içərisində öyrədiləcək orfoqramlara aid çoxlu nümunələr olsun. Seçilmiş mətnlərdə hər bir sözün yazılışı onun mənasından ayrılıqda təhlil edilməlidir. Bu və ya digər söz təhlil edilərkən şagirdlər bu sözün nə üçün bu şəkildə yazılmasını izah edə bilməlidirlər. Həm fonetik təhlil, həm morfoloji təhlil bu işdə mühüm rol oynayır. Orfoqrafik təhlil seçmə, xəbərdarlıqlı, izahlı imlalarda da tətbiq oluna bilir və bu cəhətdən böyük əhəmiyyət daşıyır.

Hal-hazırda ümumtəhsil məktəblərinin II-IV siniflərində “Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları” (2008), I siniflərində isə təkmilləşdirilmiş yeni təhsil proqramları (kurikulumları) (2010) tətbiq olunur. Azərbaycan dili fənni üzrə təkmilləşdirilmiş təhsil proqramının II-IV sinifləri üçün nəzərdə tutulmuş məzmun standartlarında esse yazı növü öz əksini tapmışdır. Sorğulara əsasən məlum oldu ki, müəllimlər bu yazı növünün tədrisi ilə bağlı az məlumatlıdırlar. Onlar əksər hallarda esseni inşa ilə eyniləşdirirlər.

Esse fransız sözü olub,mənası təcrübə deməkdir.Essenin ilk nümunəsini fransız yazıçısı və filosofu M.Monten yazmışdır.Essü ədəbiyyatda bir janr olub,müəllifin hər hansı mövzu ilə bağlı düşüncələrini və hislərini şərh edən kiçik bədii nümunədir.Essenin dili həm danışıq dilinə yaxın, həm də obrazlı olur. Esse müxtəlif xarakterli olur:nəqli,təsviredici,tədqiqat,mühakimə.Təsviredici esse yazarkən ətrafdakı əşya və hadısələri çox diqqətlə müşahidə etmək lazımdır.Çünki gördüklərini bədii şəkildə təsvir etməlisən.Esse yazan zaman təsvir etdiyin bir əşya və hadisənin xüsusiyyətlərini digər əşya və hadisənin xüsusiyyətləri ilə qarşılaşdırmaq,müqayisə etmək yazının dəyərini artıran hal hesab olunur.Esse sənə nə üçün lazımdır?Esse fikirlərini obrazlı ifadə etmək üçün yazdığın ilk yazıdır.Esse yazarkən müstəqil şəkildə yaradıcılıqla məşğul olursan.Bu zaman sən daha məhsuldar düşünməyi öyrənirsən. Qeyd edək ki, inşa yazı ilə esse yazını fərqləndirən bir neçə məqam var. Bəli, esse əksər hallarda həcm etibarı ilə inşadan kiçik olur, amma bu əsas cəhət deyildir. Hər şeydən əvvəl esse tədqiqat xarakterli olmalıdır. Yəni müəyyən mövzu haqqında hissi, psixoloji, ideoloji fikirlər toplusu şagird üçün esse sayıla bilməz.

Essenin ilkin mənası “götür-qoy edərək mühakimə yürütmək” deməkdir. Söz bu mənanı, demək olar, indi də saxlamaqdadır. Yəni müasir anlamda esse müəllifin konkret mövzu ilə bağlı faktları, təəssüratları, fərdi düşüncələri ölçüb-biçərək mühakimə yürütdüyü kiçik həcmli, sərbəst kompozisiyalı yetkin əsərdir.

Essedə problem sərbəst şəkildə qoyulur, seçilən problem təhlil və izah edildikdən sonra müəyyən nəticəyə gəlinir. Məsələn, müəllim şagirdlərə “Dövlət bayrağı” haqqında esse yazmaq tapşırırsa, bu zaman özünə sual verməlidir ki, şagirdlər üçün bayraq haqqında hansı məlumatlar esse ola bilər?

Kömək üçün deyə bilərik ki, bayrağımızın rəngi haqqında məlumat toplamaq, onları araşdırmaq, təhlil etmək ibtidai sinif şagirdləri üçün esse sayıla bilər. Yuxarı siniflərə doğru şagirdlərin artıq esseni daha da, zənginləşdirməsi üçün bayrağımızda olan rənglərin xalqımızın tarixində rolu və həmin rənglərin ifadə etdiyi məzmunun tarixi barədə məlumat toplaması esse anlamına gəlir. Esse yazılarkən aşağıdakı ardıcıllığa riayət edilir:

Şagird mövzu ilə tanış olur. Daha sonra xəyalında yazının planını qurur:

a) giriş;

b) əsas hissə;

c) nəticə.

Təxminən 3-5 cümlədən ibarət giriş hissədə şagird mövzuda “gizlənmiş” problemin mahiyyətini, onun açıqlanma yönlərini müəyyənləşdirir, fikrin izahı üçün sanki qapı açır.

Verilmiş mövzunun tutumundan və şagirdin yaş səviyyəsindən asılı olaraq essenin əsas hissəsi tezis-arqument formasında qurula bilər . Tezis fikrin bir, yaxud iki cümlə ilə ifadəsi, hansısa müddəanın irəli sürülməsidir. Arqument isə irəli sürülən tezisin gerçək hadisələrlə, faktlarla, tanınmış şəxsiyyətlərin fikirləri ilə əsaslandırılmasıdır. İki arqumentdən istifadə etmək daha yaxşıdır: bir arqument oxucunu inandırmaya bilər, üç və daha çox arqument isə üslubu ağırlaşdırar. Hər tezis və onun arqumentlərlə əsaslandırılması bir abzas təşkil edir. Essenin abzasları arasında da məntiqi əlaqənin olması vacibdir.

Yazının nəticə hissəsində mövzuya (girişə və əsas hissəyə) yekun vurulur, araşdırılan problemin indiki vəziyyəti göstərilir.



Esse aşağıdakı tələblərə cavab verməlidir:

  • Mətnin strurukturu,texniki tərəfləri düzgün olmalıdır(yəni,180söz,25 sətir,abzaslar və s.)

  • Mətnin məzmunu,mövzuya uyğunluğu

  • Bədiilik(məcazlar,bədii ifadələr,inversiya,obrazlılıq)

  • Faktlar gətrilməlidir(ən azı 2 fakt gətrilməlidir)

  • Dil qaydalarının tətbiqi(6səhvə 2bal,7-13 səhvə-1 bal,14 səhvdən yuxarı-0 bal)

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin