6.Öyrənmək məqsədi ilə başqaları ilə əməkdaşlıq edir.Təlim interaktiv bir prosesdir və şagirdlər öyrənmək üçün qarşılıqlı fəaliyyətdə olmağa ehtiyac duyurlar. Birlikdə öyrənən şagirdlər aşağıdakı məsələlərlə bağlı faydalanırlar:
Məsələ ilə bağlı fərqli düşünmə yollarının mövcud olduğunu aşkar etmək;
Mürəkkəb tapşırıqları yerinə yetirən zaman yoldaşından dəstək almaq;
Digərlərini hörmət və diqqətlə dinləyərək, fikirlərini formalaşdırmağı öyrənmək;
Fayda verməyi, eləcə də faydalanmağı öyrənmək;
Öz fikirlərini sübutlarla təsdiq etməyi və həm də əsaslandırılmış fikirlərlə razılaşmağı öyrədir.
Strategiya ilə oxu da fərdi və qruplarda həyata keçirilir, dərk etmək üçün müzakirə və fikir mübadiləsi aparılır.
Şagirdlər fəal oxucuya çevrilməsi cox əhəmiyyətlidir.Buna aşagıdakı üsullarla nail olmaq mümkündür.
Cütlərlə oxu-şagirdlərin biri ucadan oxuyur,digəri diqqətlə dinləyir və oxunun materialı ümumiləşdirir.Oxu bitəndən sonra cütlər vəzifələrini dəyişirlər.
Mövzu üzrə sohbət-birlikdə oxunmuş matreal üzrə sohbət müzakirə və fikir mübadiləsi edən zaman başqa fikirləri öz fikirləri ilə müqayisə edib ,oxşar və fərqli müəyyən cəhətləri müəyyən edir,bu prosesdə problemlərin dərinliklərini dərk edirlər.
Cütlərlə oxu
1.Oxudan əvvəl-şagirdlərin hər ikisi mövzu üzrə oxudan əvvəl fəaliyyəti yerinə yetirirlər.Oxudan əvvəl mətnin başlığı ,verilmiş şəkil,qrafik və s. üzərində düşünür. Mətnin ölçüsündən və şagirdin hazırlıq səviyyəsindən asılı olaraq mətindəki birinci və sonuncu cümləni və ya abzası oxuyur,mətni oxuyarkən cavab tapmaq istədiyi sualları tərtib edir.
2.Yoldaşı oxuyan zaman “oxu zamanı fəaliyyətini ”yerinə yetirir;Oxudan əvvəl hazırladığı suallara oxu zamanı cavab tapır,qarşılaşdığı yeni sözlərin mənalarını aydınlaşdırmaq üçün qeyd edir.
3.Oxu fəaliyyəti-yoldaşı tərəfindən təkrarlanan zaman ikinci tərəf də“oxu zamanı fəaliyyətini ”yerinə yetirir.
Mövzu üzrə söhbət
Oxudan əvvəl yoldaşının hazırladığı sualları öz hazırladığı suallarla müqayisə edir.Ozu zamanı tapdığı cavabları ilə müqayisə edir və yoldaşı ilə söhbət,müzakirə və fikir mübadiləsi edir.İkinci tərəfin fikirləri ilə müqayisə edib ,oxşar və fərqli cəhətləri müəyyən edir.Tərəflərdən hansının cavablarının daha keyfiyyətli,anlaşıqlı və aydın olduğunu yoxlayır.Mətindəki yeni qarşılaşdığı yaxınmənalı və çoxmənalı sözlərə aydınlıq gəririr,onların mətnin məzmununa təsiri üzərində düşünür.Bu prosesdə şagirdlər problemlərin dərinliklərini dərk edirlər.
7. Şagird düşünmənin üç mərhələsindən istifadə edir (planlaşdırma, qarşılıqlı fəaliyyət və düşünmə)
Uğurlu təlim düşünmənin üç mərhələsində baş verir: təlimdən əvvəl, təlim zamanı və təlimdən sonra:
Mərhələ 1 - “Planlaşdırma mərhələsi”ndə beyin öyrənməyə hazırlanır. Öyrənən tapşırığı təhlil etməyə və öz səmərəli təlimini planlaşdırmağa sövq edilir. Təlimdən əvvəl şagird nə qədər çox “yüklənirsə”, təlim o qədər keyfiyətli olur;
Mərhələ 2 - “Qarşılıqlı fəaliyyət mərhələsi”ndə beyin şüurlu şəkildə təlimə sövq edilir. Bu mərhələdə öyrənən düşünmə üzrə metokoqnitiv strategiyalardan daha məqsədli istifadə edir və öz təlimini idarə edir. Bu proses müəllimin müşahidələri ilə müşayət edilir;
Mərhələ 3 – “Düşünmə mərhələsi”ndə öyrənən təlimdən sonra ideyaları inteqrasiya edir, əlaqələndirir və tətbiq edir. Bu mərhələnin əsas məqsədi öyrənənin əvvəlki mərhələdə apardığı planlaşdırma və qarşılıqlı fəaliyyətinin nəticələrini müqayisə və təhlil etmək, bununla da mətnin ideyası üzrə düşüncələrini genişləndirməkdən ibarətdir.
Strategiya ilə oxuyan oxucu bilməlidir ki ,planlaşdırma oxu materialınındərk edilməsi prosesini oxu həyata keçirilməzdən əvvəl başlamalıdır.Təlim o zaman başlanır ki,öyrənən məqsədini müəyyən edir məsələ ilə bağlı ilkin biliklərini fəallaşdırır,məsələ haqqında öncədən fərziyyələr irəli sürür.Qarşılıqlı fəaliyyət –oxu zamanı onun məqsədi mövzu üzrə öncədən irəli sürdüyü fərziyyələri yoxlamaq və bununlada yüksək səviyyədə anlamaya nail olmaqdan ibarətdir.Oxu zamanı mətnin dərk edildiyi aşkar edildikdə,oxunu saxlamaq ,mətni yenidən,aramla,ucadan oxumaq,qeydlər götürmək əhəmiyyətlidir.”Nə oxudum”sualına cavab verməklə öyrənmənin tənzimlənməsi dəstəklənir,oxu zamanı öyrəndiklərini oxuya qədər bildikləri ilə ,eləcə də mövzu üzrə yürütdükləri fərziyyələrlə müqayisə etməklə əsas ideyanı aşkar etmək mümkündür.
Aşağıdakılar ənənəvi oxu ilə strateji oxunun fərqlərini göstərir.Oxunun aşağıdakı modelləri vardır:
I.Ənənəvi oxu
1.Oxu tapşırığı verilir 1.oxudan əvvəl
2.Müstəqil oxu 2.oxu zamanı
3.Oxu materialının əxz edildiyini yoxlamaq üçün müzakirələrin aparılması və tapşırıqların yerinə yetirilməsi 3.oxudan sonra
II Strategiya ilə oxu
1.Başlıqla tanışlıq, fərziyyələr irəli sürmə, düşünmə və məqsədi müəyyənləşdirmə:
Burada söhbət nədən gedə bilər?Mən bu haqda nə bilirəm?Bu mətni oxumaqda məqsədim nədir? 1.oxudan əvvəl
2.Idarə edilən , fəal, sakit oxu 2.oxu zamanı
3.Oxuduğu mətn üzərindədüşünmək:ideyadan nəticə çıxarmaq, özünüqiymətləndirmək 3.oxudan sonra
Mətni strategiya ilə oxuyan 4 qrup oxucu vardır:
I qrup oxucu
Tanıdığı sözləri avtomatik oxuyur;
Tanıdığı sözlər vasitəsi ilə mətnin mənasını dərk edir;
Mənanı simvollarla ifadə edir;
Məzmundan çıxış edərək sözlərin mənasını müəyyənləşdirir;
Mətnin janrını tanıyır;
Oxunun təşkili formalarını fərqləndirir;
Hekayənin elementlərini fərqləndirir;
Mətni nəzərdən keçirir, onun forma və xüsusiyyətlərindən (xəritə, qrafik, illyustrasiya, şəkil) məzmunu əxz etmək məqəsdi ilə istifadə edir.
II qrup oxucu
Tanıdığı sözlərin yeni mənasını öyrənir;
Oxu məqsədini müəyyən edir;
İlkin bilikləri ilə əlaqələndirir;
Oxudan əvvəl, oxu müddətində və oxudan sonra suallar verir;
Oxudan əvvəl irəli sürdüyü fərziyələri oxu müddətində yoxlayır;
Oxuduqlarını müxtəlif formalarda vizuallaşdırır;
Mətndən nəticələr çıxarır;
Öz oxusu üzərində düşünür
III qrup oxucu
Tanış və yeni anlayışları ifadə edən yeni sözləri öyrənir;
Müəllifin üslubu barədə məlumata malikdir;
Müxtəlif yazı üslubları haqqında bilikləri var;
Mövzu ilə bağlı şərhləri əsas ideya ilə əlaqələndirir;
Nəticələr çıxarır və dəstəkliyici məlumatlarla onları əsaslandırır;
Oxunmuş məlumatları ümumiləşdirir;
Mətni real həyat problemləri ilə əlaqələndirir;
Yeni idayaları daha geniş müstəvidə əlaqələndirir.
IV QRUP OXUCU
Sözlərdən istifadənin səmərəliliyi ilə bağlı fikirlər yürüdür;
Fikirlərini əsaslandırmaqla mətnə münasibət bildirir;
Müxtəlif mənbələrdəki məlumatlardan istifadə edərək yeni ideyalar irəli sürür;
Mətndən əldə etdfiyi nəticələri digər şəraitlərdə istifadə edir;
Mətni və müəllifi suallar qarşısında qoyur?
Məsələ ilə bağlı müxtəlif mövqeləri yoxlamaq üçün öz mövqeyini dəyişir, problemə həmin mövqelər baxımından yanaşır;
Müxtəlif mədəniyyətlərdə üstünlük verilən məsələləri və maraqları tanıyır.
Mətni öz təcrübəsi, başqa mətnlər və real həyatla əlaqələndirir.
Oxucunun xüsusiyyətləri
Mətnlə tanış olan oxucu;
Mətndəki mənanı dərk edən oxucu;
Mətndəki ayrı-ayrı məsələləri tətbiq edən oxucu;
Mətnaltı mənalara yaradıcı reaksiya verən oxucu.
Oxucunu 4 qrupa ayırmaq olar:
Mətnlə tanış olmaq üçün oxuyan;
Oxuduğunu dərk edən;
Oxuduğu mətndən istifadə edən;
Oxuduğu mətnə tənqidi yanaşan.
Strategiya ilə oxuyan olmağın mərhələləri
Azdanışan, sakit oxucu- oxu zamanı düşünməyin yolları haqqında çox az məluma malikdir.
Məlumatlı oxucu- aydın olmayan məsələləri görür, lakin problemi həll etmək üçün lazım olan strategiyaları seçməkdə çətinlik çəkir;
Strategiya ilə oxuyan oxucu – oxuduğunu anlamaq və onu dərk etmək üçün strategiyalardan istifadə etməyi bacarır;
Düşünən oxucu –strategiyalardan çevik istifadə edir, oxu materialını və öz imkanlarını dəyərləndirərək düzgün strategiyalar seçir.
Strategiya ilə oxuyan oxucunun aşağıdakı təlim prinsipləri var
Kiçik və böyük idraki fəaliyyətlər vasitəsi ilə öyrənir;
Məqsədləri müəyyənləşdirir və inkişaf üzərində düşünür;
Yeni bilikləri əvvəlki biliklərlə əlaqələndirir;
İdeyanı aşkar etmək üçün fəal işləyir;
Oxunun təşkili formalarından istifadə edir;
Fərdi təlim üsullarından istifadə haqqında qərarlar qəbul edir;
Öyrənmək məqsədi ilə başqaları ilə əməkdaşlıq edir;
Düşünmənin üç mərhələsindən istifadə edir (planlaşdırma, qarşılıqlı fəaliyyət və düşünmə).
Oxudan əvvəl
|
Oxu müddətində
|
Oxudan sonra
|
(başlıq, yarımbaşlıq və qabaqcadan ilkin təlimatdan istifadə etməklə)proqnoz vermək
əvvəlki bilikləri aktivləşdir (BİBÖ və yaxud, digər strategiya)
Onların oxuduğu kimi nəyi axtardığını bilir
(lazım olan necə tapmağı bilir)
Şagirdləri əsas söz ehtiyatında verilən terminlərlə tanış edin
Müzakirə edin(müəllimin rəhbərlik etdiyi siniflə)
Dərsliklə və yaxud da mətnlə tanış olun
Mövzuya dair suallar yerləşdirin
|
Qeyd-et qeydlərindən istifadə edin
Mətnin kənarlarında qeydlər aparın
Qeyd götürmək üçün qrafik təşkilatçıdan istifadə edin
Qeylər edin
Oxuduqca mətnin kənarlarında və yaxud da yapışqan qeydlərdə suallar verin
Qeydlər edin
Iki-iki oxuyun
Şəxsi təcrübənizlə əlaqələndirmələr aparın
|
Əvvəlcədən olan xəbərdarlıq və proqnozları təsdiqləyin
BİBÖ cədvəlində “Ö” bölməsini doldurun.
Müəllimin rəhbərlik etdiyi sinifdə cütlərlə müzakirə aparın.
Yekunlaşdırma (şifahi/yazılı)
Onların oxuduqları ilə əlaqələr aparmaq
Onların hələ də mövzu haqqında oxuduqları ilə əlaqələndirmələr aparın
Oxunmuş məlumatları gücləndirmək üçün qrafik təşkilatçılardan istifadə edin
|
Strateji Oxu və İnternet
Əsaslandırma.
Şagirdlər bir qayda olaraq, müəyyən məlumatı axtararkən kompüterlə maraqlanırlar. Tam mətnin axtarılması ədəbi cəhətdən yüzlərlə cümləni internetdə yerləşdirmək və vahid mətnə dair yüzlərlə cümləni axtarmaqdan daha asandır. Bu strategiya məlumat axtaran çoxlu sayda şagirdlər üçün məlumatın internetdə axtarılmasını bir seçim edirlər. Şagirdlər axtarış rejimi və yaxud da tam-mətn məlumat-göstəriciləri sorğusu vastəsilə internetdə məlumatı axtarır və texnologiya resurslarından geniş istifadə edirlər. Halbuki, rəqəmsal məlumatın axtarılması sürətlə genişləndirilməsi, müəllimlərin qarşısında şagirdləri təhsil təcrübələrinin əsas ədəbi məlumatın texnologiya ədəbiyyatın keçirilməsi kimi tələbini qoyur. Müəllimlər başa düşməlidirlər ki, İnternetdə naviqasiya edilməsi bacarığı,internetdə tapılan məlumatın strategiya ilə oxunması qabiliyyəti ilə eyni deyildir.
Onlayn mətnləri oxuyarkən müəyyən məsələlər və incə məqamlar
İnformasiya tərtibatçısı Yakob Nielsen (1997) qeyd edir ki, veb-səhifələrin necə dizayn edilməsinə cəlb edilmiş veb oxucuları haqqında bir neçə xüsusiyyətləri qeyd edir. Onun qeyd etdiyinə görə, insanlaer çap olunmuş kağızları kompüter monitorundan 25 % sürətlə oxuyur, çünkü komputer ekranından oxumaq gözləri həddən artıq yorur.O, həm də onu qeyd etmişdir ki, insanlar ümumiyyətlə veb-səhifədən daha az oxuyurlar.İnsanlar oxumaq əvəzinə digər linkə(bağlantıya ) keçməzdən əvvəl ,həmin səhifəyə keçməyin səmərəli olub-olmadığını müəyyənləşdirmək məqsədilə, hər bir yeni səhifəni daha sürətlə gözdən keçirirlər. Yakob Nielsenin nəzəriyyələri veb-dizaynı sahəsinə müəyyən nüfuz edərək, sözlərin sayılması, ənənəvi yazıdan daha az olmasını (), əsas sözləri işıqlandırmaqla, yarımbaşlıqları və qara nöqtələrlə verilmiş sözlərin öyrənilməsinə gətirib çıxarır.
Internetdən istifadə edən oxucu
İnternetdə oxu şagirdlər qarşısında müəyyən öhdəliklər yaradır (Şchmar-Dobler, 2003). Öz axtarışlarını məhdudlaşdıra bilməyən şagirdlər çoxlu sayda məlumat əldə edəcəklər və sonradan müəyyən süzgəcdən keçirmək üçün onların kifayət qədər materialı olacaqdır. Əksər veb saytların axtarışda olan mövzularla bağlı əlaqələri var, bu əlaqələr diqqəti az olan şagirdlər üçün yayındırıcı ola bilər. Qrafiklər və digər səciyyəvi xüsusiyyətlər diqqətlərini cəmləşdirə bilməyən şagirdlər üçün də yayındırıcı ola bilər. Digər həlli vacib məsələ veb səhifənin daima dəyişməkdə olan xüsusiyyətidir. Çap olunmuş məlumat mənbələrindən fərqli olaraq, veb resursları tez-tez çıxarılır, yeniləşir və yaxud da dəyişdirilir.
İnternet Müəllimi
Bütün fənlər üzrə olan müəllimlər veb resurslardan istifadə etməyə başlayıblar. Belə məlumatın oxunmasını bilmək vacibdir və o, dərsliklərin oxunmasından fərqli olan şagirdlər qarşısında müəyyən öhdəliklər yaradır. Sinif müəllimləri kitabxana, mediya mütəxəssislərindən bu bacarıqlar tələb edildiyindən bir-birləri ilə əməkdaşlıq etməlidirlər.Müəllimlər müəyyən tapşırıqlar tərtib etməlidirlər, çünki bu tapşırıqlarda oxu və əsaslandırma tələb olunur ki, bu da elektron resurslardan plagiat məqsədilə istifadə olunması bacarığının minimallaşdırılmasına gətirib çıxaracaq. Buna əlavə olaraq, veb saytda verilən məlumatın qiymətləndirilməsi meyarları şagirdlərə öyrədilməli və onlar xüsusi veb resurslu məlumatın digər məlumatdan seçilməsi üçün öz əsaslarını dürüstləşdirməyi bacarmalıdır.
Müəllimlərin Baxışları/ Təlimati təcrübələr
Billmeyer (2001) strateji oxucuların keyfiyyətlərini müəyyənləşdirir.(bax, s.34). Bu xüsusiyyətlərin bəziləri İnternetdə oxu üçün xüsusən vacibdir:
Simvollara qədər olan mənanı müəyyən edir. Veb sayt tərtibatının qrafik xüsusiyyəti oxucuların onu oxumasını zəruri edir:
Veb saytın tərtibatının qrafik təbiəti oxuculara internet simvolları şərh etməyi zəruri edir. Ənənəvi hərflərə, rəqəmlərə, müxtəlif saytlar üzrə simvol və qrafiklər saytın ən dərin sahələrində olan məlumatın əlavə səhifələrinin naviqasiyası üçün müəyyən vasitə yaradır. Veb və məlumat göstəricilərinin tərtibatçıları eyni işarələrdən istifadə edir və oxucuların səhifədə verilən simvolların məna və məqsədləri haqqında müəyyən nəticənin çıxarılmasını asanlaşdır.
Strategiya: Müəllimlər şagirdlərin nəzərdən keçirmələri üçün bir neçə veb saytı seçirlər, şagirdlərdən xahiş edilir ki, qrafik simvolların məqsədi haqqında müəyyən nəticələr çıxarsınlar. Help, Print və yaxud Menyu standartları kimi naviqasiya xüsusiyyətlərinin bir hissəsi olan qrafikləri şagirdlərə aydınlşdırın.Şagirdləri veb resursların çap versiyası və elektron versiyası ilə müqayisə etdirin və uzlaşdırın.Məsələn, şagirdlərə İnformation Please Almanac-ın veb saytı www.info.please saytının çap versiyası ilə şagirdlər elektron versiyanın qrafikləri və naviqasiyanı müqayisə etdirin.Olimpiya qeydləri kimi şagirdlərə məlumatı yerləşdirməyə xüsusi mövzu verin. Göstəricilərdən istifadə etməklə çap versiyada məlumatı yerləşdirmək və düzgün səhifənin istinadını axtarmaq üçün həmin addımları şagirdlər sənədləşdirməlidir.Drop-down menyusundan və axtarış ekranından istifadə etməklə şagirdlərə məlumatı axtarmaq üçün şagirdlər addımları sənədləşdirə bilərlər.
Mətnin təşkilati nümunələrini fərqləndirir .Veb saytların əksəriyyəti informativ/ nümayiş xarakterlidir. Məsələn, Təşkilati nümunələri ardıcıl olaraq daha sürətlə müəyyənləşdirən oxucu lazım olan faktlar üçün məlumatı daha asanlıqla əldə edə biləcəklər.
Strategiya: Şagirdlərə mətn nümunələrini müəyyənləşdirməkdə köməklik göstərmək məqsədilə proyeksiya qurğusundan istifadə etməklə bir neçə veb saytı nəzərdən keçirin. Əlifba mövzusu ilə əlaqədar sadə vebsaytı nəzərdən keçirin. http://www.kids.gov. Məlumatın xronologiyasını nəzərdən keçirmək üçün sadə veb sayt: http://www.ipl.org/div/potus
Oxu üçün məqsədin müəyyənləşdirilməsi. Aydın ağılla İnternetdə Məlumatın axtarışına başlamaq ıazımdır, bir çox veb saytda rast gəlinən fikri yayındıran elementlər müəyyən məlumatın dərk olunmasına mənfi təsir göstərə bilər. İstiqamətverici sualın yaradılması və internetdə axtarış üçün əsas sözlərin müəyyənləşdirilməsi axtarışdan əvvəl, uyğunluğun olub-olmamasını məqalələri nəzərdən keçirərkən oxucunun diqqətinin cəmləşdirilməsində vacibdir.Google-da orta məktəb şagirdi kiçik it balasının axtarışına başlaya bilər.Lakin Hush Puppies markalı satış şirkətinə dair çoxlu sayda məlumata internetdə daha çox rast gəlmək olar.Öz axtarış sözünü yenidən redaktə etməklə, həmin şagird müəyyən axtarış nəticələri əldə edir və axtarış məqsədinə uyğun məlumatı- it balasının böyüdülməsinə dair məlumatı əldə edir.
Strategiya: Müəyyən mövzuya dair axtarış apararkən, mövzunun qısalığı tələblə əlaqədar çıxan sorğuların sayını azalda bilər. Məsələn, axtarış mexanizminə və yaxud da onlayn məlumat göstəricilərinə keçin .Həmin bölmədə axtarış termini kimi “ Vətəndaş Müharibəsi” sözünü yazın. Təkrar olunan məqalələrin sayını qeyd edin.”Bul Run” döyüşünün adını yazın.Axtarışdan çıxan məqalələrin sayını qeyd edin.” Cefferson Davis” yazın və məqalələrin sayını qeyd edin. Şagirdləri onlayn axtarışdan əvvəl mövzularını məhdudlaşdırmağı və mövzuları seçməyə həvəsləndirin.Şagirdlərə öz axtarışları üçün istiqamətverici sualı yazmağı və axtarışda istifadə ediləcək əsas sözləri müəyyənləşdirməyi tapşırın.Bu bir qayda olaraq bunu yenidən yoxlamaq və müəllim tərəfindən olar
Adı___________________
Axtarış Planı
Sizin axtarış sualınız____ valideynlərin alkoqolizmi yeniyetmələrin bu içkidən sui istifadə etmələrində bir meyardırmı?
Əsassözlər_______________alkoqolizm
Əlaqədar sözlər (sinonim)_____alkoqol, içki içmək______
Daha geniş söz (daha geniş mövzu)_________
Nisbətən məhdud söz (nisbətən kiçik mövzu)____maddədən istifadə_____
Axtarışda istifadə etmək üçün digər başqa sözlər:___________
Valideynlərin______
Yeniyetmə________
|
Oxudan əvvəl, oxu müddətində, oxudan sonra suallar soruşun. İstiqamətverici suallaroxucunu həmişə diqqətdə saxlanılması vacibdir. Şagirdlər daima özləri-özlərindən soruşmalıdırlar ki, axtarıb tapdıqları məlumat münasibdir, yoxsa yox.
Strategiya: Müəllim axtarışdan əldə edilən siyahının gözdən keçirilməsini modelləşdirir. Suallara aşağıdakılar daxil edilə bilər:
Bu məlumatın yaradıcısı kimdir?
Bu məlumat mənim suallarıma cavab verirmi?
Bu saytla naviqasiya etmək, yoxsa oxumaq daha asandır?
Oxunmuş məlumatı yekunlaşdırır.Tapşırıq üçünİnternetdən informasiya mənbəyi kimi istifadə edərkən, şagirdlərdən oxuduqları haqqında nə öyrəndiklərini yekunlaşdırmaq və birləşdirmək tələb olunur.
Strategiya: Məlumatı çap edin və çap vərəqində Mətn sitatlarını markerdən istifadə edərək işıqlandırmaqla məlumat üzərində işləyin. Əgər çap edilmiş mətn mümkün deyildirsə, yekun məlumatda məlumatın əsas hissələrini qeyd etməkdə şagirdlərə qrafik təşkilatçılarla köməklik etmək məqsədilə onları təmin edin.
Qeydlər jurnalı Qiymətləndirmə məlumatı
Bu bölmədən əldə edilən ən mühüm
ideyalar hansılardır?
Mənim əldə etdiyim yeni məlumat mənim
axtarış sualımla əlaqədardırmı?
Sizcə mənim məlumatım düzgündürmü?
İnformasiya mənbəyi:
Müəllif
Başlıq
Gün
Vaxt
Nəşrin adı/məlumat göstəricilərinin adı
Veb ünvan
|
Mətn və müəllifin qarşısında müəyyən suallar yaradır. Müəyyən fikirləri yoxlamaq üçün proyeksiyanı dəyişir. Mədəni ehyamları və meylləri tanıyır. Məlumatın adətən nəşrdən qabaq təkrarən redaktə edilən çap mənbələrindən fərqli olaraq, veb müəlliflərinin adətən belə tələbləri olmur. Sərbəst veblərdə mlyonlarla veb saytlar olur, belə ki, bu saytların heç biri yayıma buraxılmazdan əvvəl hər hansı bir meyarlara əsasən nəzərdən keçirilmir. Oxucular daima məzmun və müəllif haqqında sual verməyə başlayırlar.
Strategiya: Vebsaytdan məlumatı modelləşdirin və aşağıda göstərildiyi kimi suallar soruşun:
Bu məlumatı kim hazırlamışdır?
Sizin diqqətinizi cəlb emək üçün hansı metodlardan istifadə edilmişdir?
Bu məlumatda hansı həyattərzi, dəyərlər, və baxışlar göstərilmiş və yaxud da atılmışdır?
Bu məlumat nə üçün veb-də veilmişdir?(Toman, 2003)
Nəticə: İnteqrasiyalı Yanaşmanın həyata keçirilməsi Rəqəmsal Formatların yayılması göstərir ki, ənnəvi çap formatlarından fərqli olan axtarış və məlumatın qiymətləndirilməsi üçün strategiyaları öyrənmələrini zəruri edir. Çünki, məlumatın ənənəvi kodlaşdırma bacarıqları şagirdləri İnternet mənbələrinin səmərəli oxucuları etmək üçün kifayət deyildir, müəllimlər veb resursların seçilməsi üçün səmərəli prosesləri modelləşdirmək üçün çalışmalı və şagirdlərə mətndən və əyani vəsaitlərdən məna çıxarmaq üçün səmərəli strategiyaların işlənilib hazırlanmasında şagirdlərə köməklik göstərməlidir.
Müəllimlər texnologiya resurslarından istifadə edərkən və onları şagird tədqiqatçılar tərəfindən verilən canlı məlumat mənbəyi kimi qəbul edərkən, .şagirdlərə bu mənbələrdən istifadə prosesində peşəkarlığın artırılmasında strategiyaların öyrədilməsi üçün də cavabdehlik daşıyırlar.Tapşırıqlar şagirdləri plagiarizmə deyil, onları texnologiya resurslarını ağılla seçməyə həvəs yaratmalıdır.
MÖVZU : 6
OXU DƏRSLƏRININ SƏMƏRƏLI TƏŞKILINI TƏMIN EDƏN AMILLƏR.OXU MƏTINININ TEMATIKASI,XARAKTERI VƏ MƏQSƏDI.
OXU VƏRDIŞLƏRININ INKIŞAFI. OXUNUN ŞÜURLULUĞU, OPTİMAL SÜRƏTI, İFADƏLİLİYİ
PLAN:
Oxu vərdişlərinin səmərəli təşkilini təmin edən amillər
Oxu materiallarının tematikası, xarakteri və məqsədi
Dostları ilə paylaş: |