Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan



Yüklə 0,94 Mb.
səhifə26/70
tarix01.01.2022
ölçüsü0,94 Mb.
#104275
1   ...   22   23   24   25   26   27   28   29   ...   70
Psixi inkişafda geridəqalma inkişaf anomaliyası olub, hər şeydən əvvəl özünü məktəb təliminin ilkin mərhələlərində şagirdlərin bilik, bacarıq və vərdişləri mənimsəməsində, təlim tələblərinə uyğunlaşmasındakı çətinliklərdə özünü biruzə verir. Bu çətinliklərin səbəblərinin elmi-psixoloji təhlili psixi inkişafda geridəqalan uşaqlar qrupunun klinik-fizioloji pedoqoji-psixoloji xüsusiyyətlər baxımdan normal inkişafda olan və əqli cəhətdən geridəqalan uşaqlardan fərqli xüsusiyyətlərini müəyyənləşdirməyə gətirib çıxarmışdır.

Psixoloji inkişafda geridəqalmanın əsas forması psixofiziki infantilizm adlanır. Uşaqların psixi inkişafında qeyri-yetkinliyin bu forması əsasən keçici, müvəqqəti olub, təlim prosesi vasitəsilə kompensasiya olunur. Psixi inkişafda geridəqalmanın ən geniş formalarından biri serebal-üzvü mənşəlidir. Bu cür psixi pozğunluq beyin fəaliyyətinin minimal funksional çatışmazlığı ilə şərtlənmiş olduğundan davamlı xarakter daşıyır. Psixi inkişafda geridəqalma hallarının klinik təhlili göstərmişdir ki, psixofiziki infantilizmin yaranmasının aparıcı amili uşağın emosional –iradi sferasındakı intellektual qeyri-yetkinliyi ilə şərtlənən bəzi qüsurlardır.

İnkişafda pozğunluq bir sıra səbəblərlə bağlı olaraq meydana çıxa bilər:


  • sensor orqanların, hərəkət aparatının və ya mərkəzi sinir sisteminin üzvi zədələnmələri (məsələn, eşitmə qavrayışının çatışmazlığı, karlıq). Bu amillər aşağıdakı ilkin pozğunluqların yaranmasına səbəb olur: tədricən digər pozğunluqların meydana gəlməsi, şifahi nitqin inkişafdan qalması, əqli qabiliyyətlərin və məntiqi təfəkkürün formalaşma prosesindən qalması və nəticədə şəxsiyyətin inkişafında qüsurların yaranması;

  • beynin analitik-sintetik fəaliyyətindəki pozğunluqların məcmuyu kimi müxtəlif səviyyəli əqli gerilik: yüngül forma (debillik), ağır forma (imbetsillik və idiotiya);

  • uşağın şəxsi inkişafda geridə qalmasına səbəb olan müxtəlif amillər: toksikoz və ya qidalanmanın pozulması, hamiləlik dövründə ananın keçirdiyi yoluxucu xəstəliklər, dölün inkişafdan qalması, yüngül doğuş travmaları, dispensiya (mədənin fəaliyyətinin pozulması), dizenteriya, həyatın ilk mərhələlərində uşağın keçirdiyi xəstəliklər, uşağın yaşlılarla ünsiyyətinin çatışmazlığı, uşaq yaşlarında psixotravmalar, tez-tez baş verən xroniki xəstəliklər və zəiflik.

Tibbi və patopsixoloji ədəbiyyatlarda intellektual pozğunluq nəticəsində yaranan oliqofreniyanın debillik imbetsillik və idiotiya olmaqla üç əsas forması fərqləndirilir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin