Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan



Yüklə 0,94 Mb.
səhifə5/70
tarix01.01.2022
ölçüsü0,94 Mb.
#104275
1   2   3   4   5   6   7   8   9   ...   70
Yazılı və şifahi sorğular uşaqların psixoloji diaqnostikasında özünəməxsus xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərin ən mühümü ondan ibarətdir ki, bu sorğular zamanı qoyulan suallara uşaqların cavabları bir sıra şərtlərdən asılıdır və dəyişkəndir. Uşaqlara göstərilən təsir təzyiq nəticələrin qeyri-səmimi olmasına gətirib çıxarır. Təcrübədə yazılı və şifahi sorğulardan, o cümlədən anket sorğularından istifadə zamanı çalışmaq lazımdır ki, uşaqlar qoyulan sualları düzgün anlasınlar. Bu cəhət məktəbəqədər və kiçik məktəb yaşlı davranışının öyrənilməsinə aid sorğuların tətbiqində xüsusi nəzərə alınmalıdır. Diaqnostik müayinəni keçirən psixoloq verilmiş sorğudakı sualların uşaqlar tərəfindən düzgün başa düşüldüyünə əmin olmalı, onların cavabından əvvəl zəruri izahatlar verməlidir.

Uşaqlarda özünüdərketmənin zəif inkişaf etdiyi müəyyən edildiyi hallarda psixodiaqnostik məqsədlərlə sorğulardan istifadə etmək məqsədəuyğun deyildir. Kiçik yaşlı uşaqlar öz hərəkətlərinin motivlərini kifayət qədər dərk edə bilmirlər. Məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlar öz xarakterlərinin əlamətlərini təhlil edib qiymətləndirmək imkanlarına malik deyillər. Ona görə də, kiçik yaşlı uşaqlarla psixodiaqnostika təcrübəsində sorğulardan yox, tədqiqatın bu yaş dövrü üçün məqsədəuyğun olan digər metodlarından – testlərdən, eksperimentlərdən, sənədlərin təhlilindən, fəaliyyət məhsullarının öyrənilməsi kimi daha etibarlı metodlardan istifadə etmək lazım gəlir.

Sənədlərin təhlili və fəaliyyət məhsullarının öyrənilməsi metodları müəyyən şərtlərə əməl edildikdə, kifayət qədər etibarlı və dəqiq metodlar hesab edilə bilər. Həmin şərtlərdən birincisi ondan ibarətdir ki, öyrənilən sənəd və ya nəticə üçün təhlil edilən fəaliyyət məhsulu uşaq haqqında etibarlı informasiya mənbəyi olmalıdır. İkincisi, fəaliyyət məhsullarının təhlili etibarlılıq və yararlılıq baxımından qiymətləndirilməlidir. Uşaqlar haqqında məlumat mənbəyi kimi sənədlərin öyrənilməsində kontekt-təhlil metodundan istifadə olunması təcrübədə yaxşı nəticələr verir. Sənədlərin öyrənilməsi qaydası onun məzmununun öyrənilməsinə və aid olduğu şəxsin psixolojiyası haqqında mülahizə yürütməyə imkan verir. Psixodiaqnostik metodlardan biri kimi, müşahidə metodu da müəyyən qaydaların gözlənilməsini tələb edir ki, onların da nəzərə alınması əldə olunan nəticələrin etibarlılığına təminat verir. Bu qaydalardan birincisi ondan ibarətdir ki, müşahidə vasitəsilə müəyyənləşdirilməli olan əlamətlər və onun qeydə alınması üsulları tədqiqatçıya əvvəlcədən aydın olmalıdır. İkinci qayda isə müşahidəçinin müşahidə obyektində baş verən proses və hadisələrə müdaxilə etməməsini nəzərdə tutur. Müşahidənin tam obyektivliyini bir neçə müstəqil müşahidəçinin rəyinə əsasən təmin etmək olar.

4. Klinik psixologiya (patopsixologiya) psixologiya elminin sahələrindən biri olub, xəstəliklərin psixikaya təsirini öyrənir. Psixikanın dəyişməsi və enməsi qanunauyğunluqlarını öyrənən patopsixologiya bu dəyişiklikləri normal psixi fəaliyyətin gedişi ilə müqayisədə öyrənir. Patopsixologiya sahəsində aparılan tədqiqatlar tibbi praktika üçün böyük əhəmiyyətə malikdir. Bu tədqiqatlardan əldə olunan nəticələrdən diferensial diaqnostikada, ekspertiza məsələlərində, nevrotik vəziyyətin, xüsusilə, uşağın psixikasının anomal inkişafı hallarında korreksiya məqsədləri ilə istifadə olunur.

Psixoloji müayinə üsullarının böyük əhəmiyyətə malik olmasına baxmayaraq, onlar kliniki təcrübəyə son illərdə daxil olmuşdur. Bunun səbəblərindən birincisi, ondan ibarətdir ki, yüksək ixtisaslı tibb mütəxəssisləri psixoloqları ya tam ciddi olmamaqla, ya da az əhəmiyyətli praqmatizmdə günahladıraraq kəskin tənqid atəşinə tuturdular. İkincisi isə, 80-ci illərin əvvəllərinədək tətbiq olunan diaqnostika üsulları çox ibtidai və anlaşılmaz olduqları üçün, xəstəliyin diaqnostikasında və müalicəsində dəqiqlik tələb edən nəticələr vermir və əksər hallarda fərdi xüsusiyyətləri nəzərə almırdı.

Son dövrlər psixi pozğunluqların diaqnostikasına yeni yanaşma əsasında təkcə psixi və somatik xəstəliklərin özü deyil, xəstənin şəxsiyyətinin parametrləri, intellektual inkişafın səviyyəsi, psixososial streslərin ağırlıq dərəcəsi, funksional uyğunlaşmanın xarakteri və s. nəzərə alınmaqla diaqnoz müəyyən edilməyə başlanılmışdır. Bu yanaşmaya görə, klinisist psixi pozuntunun təzahür dərəcəsini və onun fərdin şəxsiyyətinə təsir səviyyəsini nəzərə almalıdır.

Diferensial diaqnostikada istifadə olunan klinik –psixoloji müayinənin bütün üsulları şərti olaraq 3 tipə bölünür. Sınaqlar (testlər), qiymətləndirmə cədvəlisorğular.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin