Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan


Mövzu 2. Psixodiaqnostikanın metodlar sistemi



Yüklə 0,94 Mb.
səhifə3/70
tarix01.01.2022
ölçüsü0,94 Mb.
#104275
1   2   3   4   5   6   7   8   9   ...   70
Mövzu 2. Psixodiaqnostikanın metodlar sistemi

Plan:

  1. Psixodiaqnostik metodun əsas xüsusiyyətləri.

  2. Təhsil müəssilərində psixoloqun psixodiaqnostika istiqamətində apardığı işlər.

  3. Psixodiaqnostik metodlardan istifadə edənlərə qoyulan tələblər.

  4. Psixodiaqnostikada istifadə olunan klinik müayyinə metodları və onlara verilən tələblər.

  5. Testlər psixodiaqnostikanın əsas metodu kimi (müvəffəqiyyət testləri, intellekt testləri, kreativ testlər və proyektiv testlər).



Ədəbiyyat siyahısı:

  1. Çələbiyev N.Z. “Təhsil sistemində psixoloji xidmət” I və II hissə. Bakı 2008

  2. Çələbiyev N.Z. “Psixodiaqnostika məsələləri” Bakı ADPU 2003

  3. Əlizadə Ə.Ə. “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri” Bakı Pedoqogika 2004

  4. Əmrahlı L.Ş. “Psixoloji xidmətin əsasları” Bakı 2006

  5. İsmayılov P.V. “Psixoterapiya” Bakı 1992

  6. Həmzəyev M.Ə. “Pedaqoji psixologiya” Bakı Maarif 1991

  7. Çələbiyev N.Z. “Uşaqların psixologiyası” Bakı ADPU 2005

1.Təhsil müəssisələrində psixoloqun psixodiaqnostika istiqamətində apardığı işlər müxtəlif metodikalara əsaslanır. Psixoloq psixoloji müayinənin məqsədindən asılı olaraq adətən çətin, mürəkkəb və çox vaxt tələb edən metodlardan fərqli olaraq, daha çox sadə, nəticələri tez əldə etməyə imkan verən metodikalardan istifadə etməlidir. Belə metodlar sırasına nisbətən sadə testlər, o cümlədən test-sorğular, test tapşırıqlar, proyektiv testlər, müşahidə, sənədlərin təhlili, psixodiaqnostik eksperimentlər və s. daxildir.

Qeyd etmək lazımdır ki, praktik psixodiaqnostikada istifadə olunan metodların hər birinin özünəməxsus tətbiqi xüsusiyyətləri vardır. Psixodiaqnostik müayinə və sınaqların əsas vasitəsi və aləti testlərdir.

Müasir psixoloji testlərin mindən artıq növü vardır. Onların belə çoxluğu testlərin təsnifatının xeyli mürəkkəb olmasına səbəb olmuşdur. Müasir psixoloji testlər əsasən aşağıdakı əsas əlamətlərə görə qruplara bölünür:



    • fərdi və qrup;

    • verbal və qeyri – verbal;

    • kəmiyyət və keyfiyyət;

    • dərəcəli və alternativ;

    • ümumi və xüsusi;

Fərdi testlərdən psixoloq hər bir uşaqla ayrılıqda iş zamanı, qrup testlərindən isə eyni vaxtda bir neçə şagirdlə testləşdirmə apararkən istifadə edir. Verbal testlər sınanılan şəxslərin şəxsi mühakimələrinin təhlilinə, qeyri-verbal testlər isə nəticə və ümumiləşdirmələrin əldə edilməsində nitqdən başqa digər əlamətlərə əsaslanır. Kəmiyyət (ədədi) testləri sınanılan şəxslərdə öyrənilən xassənin inkişafını ədədi göstəricilərlə əldə etməyə, keyfiyyət testləri isə bu nəticələrin yazılı xarakteristikasını əks etdirməyə imkan verir. Qradual (dərəcəli) testlər vasitəsilə sınanılan şəxsdə öyrənilən xüsusiyyətin inkişaf səviyyəsi müəyyən şkalanın köməyi ilə müəyyənləşdirilir. Alternativ testlərdə cavab variantları bir-birinə əks olan “hə” və “yox” tipli mülahizələr əsasında cavablandırılmış olur.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin