Mövzu təLƏb və TƏKLİF



Yüklə 84,14 Kb.
səhifə7/9
tarix31.12.2021
ölçüsü84,14 Kb.
#113023
növüУчебник
1   2   3   4   5   6   7   8   9
Movzu 3 bazar gucleri teleb ve teklif

10

1 3 4 Ò ÿäÿäëÿ
Şəkil 3. Tarazlığın qrafiki.

Q -qiymət; T -tələb və təklifin kəmiyyəti.


Başqa bir halda real bazar qiyməti tarazlıq qiymətindən aşağı olarsa «tələbin artıqlığı» əmələ gələcək, belə ki, aşağı qiymət şəraitində alıcılar daha çox almaq istəyəcəklər. Digər tərəfdən, əmtəənin real bazar qiymətinin ucuzluğu istehsalçıları həmin əmtəəni az təklif etməyə sövq edəcəkdir. Nəticədə qiymətin artması baş ve- rir ki, bu da bir tərəfdən məhsulun istehsalının genişlənməsinə, digər tərəfdən isə istehlakın azalmasına gətirib çıxarır. Bu proses də əvvəlki kimi tarazlıq səviyyəsinin əmələ gəlməsinə qədər baş verəcəkdir.

Qeyd etmişdik ki, bazarda əmtəənin qiyməti sabit qalmaqla, qeyri-qiymət amillərinin tələb və təklifə təsiri nəticəsində onların dəyişməsi baş verir. Deyilənlərə əlavə edərək göstərmək lazımdır ki, qeyri-qiymət amillərinin təsiri nəticəsində tələbin və ya təklifin artması və ya azalması tarazlıq qiymətində də müvafiq dəyişikliyə səbəb olur. Bununla əlaqədar olaraq aşağıdakı dörd hal müm- kündür:



  • Tələb artarsa, təklif isə dəyişməz qalarsa, onda tarazlıq qiyməti yüksələcəkdir;

  • Tələb azalarsa, təklif isə dəyişməz qalarsa, onda tarazlıq qiyməti aşağı düşəcəkdir;

  • Təklif artarsa, tələb isə dəyişməz qalarsa, onda tarazlıq qiyməti azalacaqdır;

  • Təklif azalarsa, tələb isə dəyişməz qalarsa, tarazlıq qiyməti artacaqdır.

Yuxarıda deyildiyi kimi, məhsulun qiymətinin dəyişməsi tələb və təklifin də həcmində müvafiq dəyişikliyə səbəb olur. Qiymətlə həcm arasında olan bu asılılıq tələb və təklifin elastikliyinin əsasını təşkil edir.

Göstərmək lazımdır ki, heç də həmişə məhsulun qiymətinin azaldılması (və ya artması) səviyyəsi tələb və təklifin səviyyəsində də həmin miqyasda müvafiq dəyişikliyə səbəb olmur. Məhz bu dəyişikliyin səviyyəsi tələb və təklifin elastik olub-olmadığını müəyyən etməyə imkan verir.

Dediklərimizi tələb və təklifin elastikliyi timsalında ayrı-ayrılıqda izah edək. Tələbin qiymətlə bağlı elastikliyi dedikdə, məhsulun qiymətinin müəyyən miqdar dəyişməsi nəticəsində ona olan tələbin hansı miqdarda dəyişməsi başa düşülür. Bu elastiklik aşağıdakı əmsalla ifadə olunur:

E p Q : P



d Q P


Burada Q

  • tələb edilən məhsulun səviyyəsindəki dəyişikliyi,

Q - ilkin tələbin səviyyəsini,

P - qiymətin dəyişmiş səviyyəsini,

P - qiymətin ilkin səviyyəsini əks etdirir.

Bununla E - göstərir ki, burada söhbət tələbin (d) qiymətlə bağlı (p) elastikliyindən (E) gedir.

Tələbin elastik olub-olmadığını müəyyən etmək üçün hər şeydən əvvəl vahid elastiklik səviyyəsini müəyyən etmək lazımdır. Vahid elastiklik dedikdə, qiymətin azalması səviyyəsinin (faizinin) tələbin artması səviyyəsinə (faizinə) bərabərliyi başa düşülür. Məsələn, qiymətin 2 dəfə azalması ilə tələbin, yəni (məhsul satışının) həcminin də 2 dəfə artması bu məhsulla bağlı tələbin vahid elastikliyini sübut edir (yəni E=1).

Tələbin elastikliyini təhlil etməzdən əvvəl göstərmək lazımdır ki, reallaşdırılmış tələbdən, yəni satışdan əldə edilən pul gəlirlərinin həcmi (R), məhsulun qiyməti (P) ilə onun bazara çıxarılan kəmiyyətinin (Q) hasilinə bərabərdir.

Yəni:

R = P  Q



Bu halda əgər qiymətin azalması nəticəsində satışın artmasından əldə edilən gəlir qiymətin azalmasından itirilən gəlirdən çox olarsa, gəlir elastik hesab edilir (yəni E>1) əksinə, qiymətin aşağı düşməsindən itirilən gəlir bunun nəticəsində tələbin (yəni satışın) artmasından əldə edilən gəlirdən çox olarsa, tələb qeyri-elas- tikdir (yəni E<1).

Elastik və qeyri-elastik tələbi misalla izah edək. Fərz edək ki, qiymətin 6 manatdan 2 manata qədər (yəni 3 dəfə) azalması satışın həcminin 4 dəfə (2 ədəddən 8 ədədə qədər) yüksəlməsinə səbəb olmuşdur. Bu zaman qiymətin azalması nəticəsində satışdan əldə edilən gəlir 12 manatdan ( 6 2 ) 16 manata ( 2 8 ) çatmışdır.

Belə bir vəziyyət tələbin elastik olduğunu göstərir. Tələbin qeyri-elastikliyini aşağıdakı misalla göstərək. Fərz edək ki, satış qiymətinin 6 manatdan 2 manata qədər (yəni 3 dəfə) azalması tələbin (satışın) həcmini yalnız 2 dəfə (2 ədəddən 4 ədədə qədər) artırmış, bu zaman satışdan əldə edilmiş gəlir 12 manatdan ( 2 6 ) 8 manata ( 2 4 ) düşmüşdür. Bu vəziyyət tələbin elastik olmadığını göstərir.

İqtisadi ədəbiyyatda tələbin qiymətlə bağlı elastikliyi ilə yanaşı onun gəlirlə bağlı və kəsişən elastikliyi formaları da bir-birindən fərqləndirilir. Gəlirlə bağlı elastiklik nə deməkdir? Əvvəldə göstərmişdik ki, öz faydalı xüsusiyyətlərinə görə bir sıra əmtəələr normal məhsullar, digərləri isə aşağı keyfiyyətli mallar hesab edi- lirlər. Əhalinin gəlirləri artdıqca normal məhsulların hətta yüksək qiymətində belə, onlara olan tələb yüksəlir, az keyfiyyətli malların isə aşağı qiymətində belə, onlara olan tələb azalır. Gəlirlə bağlı elastiklik aşağıdakı əmsalla hesablanır:




Yüklə 84,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin