1.2 Konstruksiyalaşdirma prosesinin əhəmiyyəti
Konstruksiyalaşdırma zamanı , model nümunəsi üzrə geyimin detallarının
layihəsinin işlənib hazırlanır və geyim detallarının şablonları sayılan lekalların kəsilməsi prossesi baş verir. Geyim materialları layihələndirilməsi üçün kəsilən lekallar metaldan kağızdan və kartondan, hazırlana bilər.
Konstruksiyalaşdırma zamanı məmulatın ayrı-ayrı detallarl vahid harmonik bütövlük halında qurulur.
Tikilən malların konstruksiyasına bir sıra vacib tələblər qoyulur: lekalların dəqiqliyindən asılı olaraq tikilən məmulatın nümunəyə uyğun dəqiqiliyini konstruksiya təmin etməlidir; konstruksiyanın düzgün həllindən, hesablamaların dəqiqiliyindən asılı olaraq, geyim bədənə yaxşı oturmalı , insan üçün rahat və komfort olmalıdır.
Həmçinin geyimin konustruksiyası məmulatın iqtisadi məqsədyönlüyünü təmin
etməlidir, istehsal zamanı geyimin iqtisadi və texnoloji cəhətdən səmərəli olmalıdır.
Məmulatın xarici görünüşündə və geyimin fiqura oturma keyfiyyətinin pozulmasında konstruksiyalaşdırma zamanı yaranan nöqsanlar özünü daha çox göstərir. Belə nöqsanları aradan qaldırmaq çox çətin olur.
Bir sıra hallarda isə оnu məmulatın ölçüsünü və növünü dəyişməklə ört-basdır edirlər. Konustruksiyalaşdırma zamanı yaranan nöqsanlarını aşağıdakı kimi qruplaşdırmaq οlar: məmulatın təsdiq οlunmuş nümunəyə uyğunsuzluğu; məmulatın bədənə oturdulması zamanı yaranan nöqsanlar; texnoloji və istisadi cəhətdən səmərəsizliyi.
Məmulatın konustruksiyasının təsdiq olunmuş nümunəyə uyğunsuzluğu konustruktiv və dekоrоtiv xətlərdə özünü göstərir.
Məmulatın fiqura oturmasında yaranan nöqsanların səbəbi məmulatın formasının insan bədəninin formasına uyğun οlmamasıdır. Bu zaman məmulatlarda köndələn,əyri qırışlar və qatlar yaranır.
Geyimin fiqura oturmasındakı nöqsanlar məmulatda balansın pozulması zamanı yaranır. Balansın kiçilməsi və artması zamanı yaranan nöqsanlara ,məmulatın kürək hissəsinin qabağa doğru əyilməsini, yan tikişlərin yerini dəyişməsini, yan tikişlərin arxaya doğru əyilməsini, məmulatın qabaq hissəsinin dartılmasını və s. göstərmək olar.yaxalığın arxa hissəsinin boyuna oturmamasını göstərmək olar..
Konstruksiyanın iqtisadi və texnoloji cəhətdən səmərəsiz olması kütləvi istehsalda zamanı böyük itkilərə səbəb olur..
Belə ki, səmərəsiz konustruksiya məmulatın emalı zamanı daha çox əmək sərf olunmasina, material itkisinə, gətirib çıxarır ki, bunun nəticəsində də istehsal baha başa gəlir.
Dostları ilə paylaş: |