3.4 Firmalararası virtual şəbəkələr
Müasir bazar iqtisadiyyatı şəraitində firmalar arası bazar münasibətlərinin yeni formalarından biridə virtual ortaqlıqlar (virtual şəbəkələr ) Virtual şəbəkələr firmalar arası məlmat mübadiləsini yeni layhələr və proyektnəlin həyata keçirilməsi məqsədiylə meydana çıxır virtual layhələrin iştirakçıları 2 və daha çox firmanın iştirakı ilə həyata keçirilir. Virtual şəbəkələr İKT surətli inkişafı və bunun bazar münasibətlərinə surətli tətbiqi ilə əlaqədar firmalar arası münasibətlərin daha çevik və qənayətçil həyata keçirilməsi ilə meydana çıxmışır. Virtual şəbəkələr əsasən dünyanın ayrı-ayrı bazarlarında fəaliyyət göstərən firmalr arsında bir firmanın təşəbbüsü və özünə uyqun hesab etdiyi digər firmalara göndərdiyi təkliflər sayəsində yaradılır. Belə hallar əsasən firmaların kifayət qədər resuslara sahib olmadıqları zaman və ya kifayət qədər resusa sahib olubda lazımı layihələri olmayan firmalar tərəfindən həyata keçirilir. Virtual şəbəkələr firmalar arası münasibətlərin ən təkmil formalarından biri kimi əsasən inkişaf etmiş ölkələrin iqtisadiyyatında fəaliyyət göstərən firmalar arasında meydana çıxır.
Virtual şəbəkə ətraf mühitin qeyri-stabilliyinin nisbətən yüksək olmadığı, əsas təşkilatın isə digər firmalarla əməkdaşlıq qurmaq niyyəti olduğu halda mövcud olur. “Virtual korporasiya” (Business week, 1993) adlanan formaya analoji olan belə forma daxili investisiyalara deyil, uzunmüddətli əməkdaşlığın yaradılması yolu ilə seqmentləşdirilmiş bazarların tələbatlarını ödəmək naminə uyğunlaşma qabiliyyətinə cəhd edir. Virtual şəbəkələr yaradan kompaniyalar GE, Hewlett-Packard və Motorola-dır. Bu hallarda bazara və texnologiyaya daxil olma vacib hərəkətverici amillərdir və çevik şəbəkə halında olduğu kimi, formal strateji birliklər əməkdaşlığın ən geniş yayılmış metodu kimi çıxış edir. Virtual şəbəkə bazarda risklərdən mühafizə edən və yeni texnologiyaya giriş imkanı verən buferdir.
Bu yaxınlarda Exrol (Achrol, 1997) şəbəkə tiplərini fərqləndirən üç vacib xarakteristikanı əks etdirməyə cəhd edərək şəbəkə firmaları tiplərinin daha ətraflı və kompleks təsvirini vermişdir: onlar bir və yaxud da bir neçə firmadan ibarətdir, bir və ya bir neçə sahəyə məxsusdurlar, daimi və yaxud da ki müvəqqətidirlər. Exrola (Achrol, 1997) görə şəbəkə firmalarının aşağıdakı tiplərini ayırmaq olar:
|