Müasir dövrdə maliyyə siyasəti və onun təkmilləşdirilməsi” mövzusunda magistr dissertasiyasi abbaszadə Orxan Mehman oğlu baki – 2019



Yüklə 1,38 Mb.
səhifə7/42
tarix01.01.2022
ölçüsü1,38 Mb.
#102958
1   2   3   4   5   6   7   8   9   10   ...   42
GİRİŞ

Mövzunun aktuallığı: Müasir bazar iqtisadiyyatı şəraitində hər bir ölkədə maliyyə sistemindən səmərəli və düzgün istifadə etmək günün ən vacib məsələlərindən biri hesab edilir. Ölkə iqtisadiyyatının, xüsusən də sosial sahələrin inkişaf etdirilməsində, eləcə də dövlətin müdafiə gücünün artırılmasında maliyyə siyasətindən səmərəli istifadə olunması günün ən aktual məsələlərindən biridir. Belə ki, hansı dövlət öz maliyyə sistemini düzgün və səmərəli təşkil edirsə, təbii ki, həmin dövlət özünün maliyyə siyasətini də səmərəli həyata keçirir.

Artıq son dövrlərdə ölkəmizdə maliyyə siyasətinin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür ki, bu da öz müsbət nəticələrini artıq iqtisadiyyatda göstərməyə başlamışdır. Maliyyə siyasətini daha da yaxşılaşdırmaq üçün ölkə üzrə bir sıra maliyyə ehtiyatlarının birbaşa dövlət büdcəsinə səfərbər olunması qaydaları ardıcıl olaraq bir neçə dəfə dəyişdirilərək daha da təkmilləşdirilmişdir.



Ölkə üzrə düzgün maliyyə siyasəti aparılarkən istər dövlətin və istərsə də fiziki şəxslərin mənafeyi düzgün nəzərə alınmalıdır. Çünki, maliyyə siyasətindəki hər hansı bir kiçik səhv böyük bir itkilərə səbəb ola bilər. Daha doğrusu, maliyyə siyasətində hər bir dövlətin mənafeyi ilə hüquqi və ya fiziki şəxslərin mənafeyinin düzgün olaraq qurulmaması hər hansı bir xoşa gəlməyən məsələyə gətirib çıxara bilər. Belə ki, xüsusi tipli müəssisələrdə onların gəlirlərindən daha çox vergi tutularsa, bu zaman müəssisələr müflisləşərək ləğv oluna bilər və ya əksinə, xüsusi müəssisələrdən daha az vergi alınarsa, onda dövlət büdcəsinin gəlirləri də yerinə yetirilməyəcək və nəticədə dövlət büdcəsinin kəsri daha da artacaqdır. Ölkə büdcəsinin kəsrli olması sonda heç də yaxşı hal sayılmır. Çünki, bu vaxt əhalinin sosial vəziyyəti getdikcə pisləşir, dövlətin müdafiə gücünü artırmağa, təbii fəlakətlərin birbaşa qarşısını almağa, eləcə də təbii hadisələrin vurduğu ziyanıları ödəməyə və s. kimi məsələlərə dövlətin maliyyə vəsaiti kifayət etmir. Ayrıca dövlətin maliyyə cəhətdən möhkəm və zəif olması çox şey deməkdir. Yəni, maliyyə cəhətdən daha qüdrətli olan dövlət, demək olar ki, hər şeyə qadirdir. Belə ki, iqtisadi cəhətdən daha qüvvətli olan bir dövlət özünün iqtisadiyyatını, hərbi potensialını gücləndirməklə yanaşı, əhalinin sosial vəziyyətini də bir qədər yaxşılaşdıra bilir və s. Yuxarıda qeyd etdiyimiz kimi maliyyə siyasəti bazar iqtisadiyyatının formalaşmasında və inkişaf etdirilməsində mühüm rol oynayır. Maliyyə siyasətinə dövlət büdcə siyasəti, fiskal siyasət və maliyyə qanunvericiliyi, investisiya siyasəti, sığorta siyasəti, gömrük siyasəti, fond siyasəti aid edilir ki, bunların da öyrənilməsi çox vacib bir məsələdir. Söylənilənlərdən aydın olur ki, bazar iqtisadiyyatı şəraitində maliyyə siyasəti və onun ayrı-ayrı tərkib hissələri iqtisadiyyatın, eləcə də sosial sahələrin inkişaf etdirilməsində çox mühüm əhəmiyyətə malikdir və bu da seçilmiş mövzunun aktuallığını daha da artırır.


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin