MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə42/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   38   39   40   41   42   43   44   45   ...   89
3-Xüms1: Bu kəlmə “beşdə bir” mə`nasını verir. Yə`ni, insanın müxtəlif yollarla əldə etdiyi qazancın ilin ehtiyaclarından artıq qalan hissəsinin beşdə birini müəyyənləşmiş ünvanlara ayırması nəzərdə tutulur.

Xüms – İslam dinində mühüm maliyyə vacibatlarından sayılır. Qur`an xümsün əhəmiyyətini bəyan edərkən onu imanla əlaqələndirmişdir: «Bilin ki, (kafirlərlə döyüşdən və ya hər hansı bir qazanc vasitəsilə ilə) əşya və mallardan əldə etsəniz, qənimətin xümsü (beşdə biri) Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumunun (İmamların), yetimlərin, yoxsulların və yolda (İslam və müsəlmanlar üçün lazım olan hər bir dini və dünyəvi hədəf yolunda) qalanlarındır. Əgər Allaha və (haqqın batildən) ayrılıq günü - o iki dəstənin (müsəlmanlarla müşriklərin Bədr müharibəsində) toqquşduğu gün Öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, (xümsü ödəyin). Allah hər şeyə qadirdir.»1

Ayədən göründüyü kimi xümsün vacib olması və onun ümumi istifadə yerləri aydın şəkildə bəyan olunmuşdur.

İslam dinində Həzrət Peyğəmbərin (sal­ləllahu ələyhi və əlihi və səlləm) dövründən başlayaraq məhrumlara, ehtiyaclılara, kimsəsizlərə, xəstələrə və əlillərə xüsusi diqqət göstərilmişdir.

Cəmiyyətdə yoxsulların mövcudluğunun əsas səbəblərindən biri varlıların dini haqları ödəməməsidir. Əgər varlılar Allahın tə`yin etdiyi haqları ödəsələr, əlbətdə ki, cəmiyyətdə yoxsul qalmaz...

Həzrət Əli (ələyhissəlam) buyurur: “Yalnız varlı əlinə yığdığından yoxsul ac qaldı.”2 )N$O@O#$R%F^N&O(T*E! 187)N$O@O#$R%E^F&N(O*T! 187

İslam dininin əsas məqsədlərindən biri sosial təbəqələr arasındakı ədalətsiz fərqləri aradan qaldırmaqdır. Bu məqsədə çatmaq üçün İslam dininin xüsusi və geniş proqramları var. Bu proqramlara əməl edilərsə, xoşbəxt bir cəmiyyət qurular. Ədalətsizlik, insafsızlıq, bahaçıllıq, əskik satmaq, xalqın malının qəsb edilməsi, oğurluq, israf, saxtakarlıq, qatqıçılıq, fırıldaqçılıq, rüşvətxorluq, sələmçilik kimi işlərdən uzaq olmaq, eyni zamanda xüms və zəkat kimi haqları ödəmək, fitriyyə, kəffarə, nəfəqə kimi haqları sahibinə çatdırmaq İslam dinində nəzərdə tutulmuş proqramların tərkib hissəsidir. Cəmiyyətdə yoxsulluğun aradan qaldırılmasında sədəqələrin, qərzül-həsənə (xeyir gözləmədən verilən gözəl borc) banklarının, ümumi vəqflərin böyük əhəmiyyəti var.

İslam proqramlarında cəhd göstərilir ki, insanlarda iman, qardaşlıq, insaniyyət, ədalətpərvərlik ruhu tərbiyə olunsun. Müsəlman qonşusu ac ikən özü tox yatmaqdan utanmalıdır.


Fəzldən, ehsandan uzaq olan kəs,

Kor kimi yoxsula göstərməz həvəs.

Dünyanı qazanmaq sayılmaz hünər,

Çalış ki, qəlblərə çalasan zəfər.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin