Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai



Yüklə 2,41 Mb.
səhifə15/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   11   12   13   14   15   16   17   18   ...   99

ŞİƏLƏRİN ƏN AĞIR DÖVRANI


Şiəlik tarixində onların keçirdiyi ən ağır və acınacaqlı şərait Müaviyənin 20 illik hakimiyyət dövrü idi. Bu illərdə əksəriyyəti tanınmış şəxsiyyətlər olan şiələrin təhlükəsizliyini tə`min edə biləcək heç bir qanun və şərait yox idi. Şiələrin iki böyük rəhbəri (ikinci və üçüncü imam) Müaviyənin dövründə yaşayırdı; onlar xoşagəlməz və acınacaqlı vəziyyəti islah etmək üçün azacıq imkanlara belə, malik deyildilər. Hətta Yezidin hakimiyyətinin ilk altı ayında öz köməkçiləri və övladları ilə qiyam edərək şəhid olan imam Hüseyn (ə)-ın da Müaviyənin xilafətdə olduğu 10 il müddət ərzində qiyam etməyə heç bir imkanı yox idi.

Sünnülərin əksəriyyəti səhabələrin, xüsusilə Müaviyənin və onun mə`murlarının əli ilə baş verən bu qədər cinayətlərə və qanunsuz hərəkətlərə bəraət qazandırırlar. Onların fikrincə Müaviyə və onun yaxın adamları səhabə idi və Peyğəmbərdən nəql olunan hədislərə əsasən səhabələrin hamısı müctehiddirlər; onlar, baş verən xətalara və törətdikləri cinayətlərə görə heç bir məs`uliyyət daşımırlar; təsəvvür olunması mümkün olan hər bir günah qarşısında üzürlü sayılırlar; Allah onlardan razıdır, onların törətdikləri hər növ cinayət və təqsir əfv olunub!!! Lakin şiələr bir neçə səbəbə görə bu bəhanələri qətiyyətlə rədd edirlər.



Əvvəla: Peyğəmbəri-Əkrəm (s) kimi bir rəhbərin, haqq-ədalət və azadlığın dirçəldilməsi üçün qiyam edib böyük bir kütləni özü ilə həmməslək etdikdən, bu müqəddəs məqsəd yolunda bütün varlığını verdikdən və onu həyata keçirib öz məqsədinə çatdıqdan sonra, xalq və müqəddəs qanunlar qarşısında öz səhabələrinə mütləq şəkildə azadlıq verməsini necə qiymətləndirmək olar?! Onların haqqı tapdalamasını, törətdikləri cinayətləri əfv etməsi o həzrətə yaraşan bir iş deyildi; əks halda belə çıxırdı ki, o həzrət öz əlləri ilə qurub düzəltdiyi bir binanı sonradan öz əli ilə də viran etdi?!

İkincisi: Səhabələrin müqəddəsliyini qoruyan, onların yaramaz və qanunsuz işlərinə bəraət qazandıran, onların bağışlandığını və bütün yaramaz işlər və cinayətlər qarşısında toxunulmazığını göstərən rəvayətlər məhz səhabələrin özləri tərəfindən gəlib çatmışdır və bunların hamısı onların özlərinə mənsub edilir. Tarixi sənədlərin verdiyi şəhadətə əsasən səhabələrin özləri də bir-birləri ilə “toxunulmazlıq” və “əfv olunmaq” əsasında rəftar etmirdilər. Onların özləri də bir-birinin qanını tökür, söyür, lə`nətləyir və rüsvay edirdilər; bir-birlərinə qarşı azacıq da olsa e`tinasızlığı rəva görmürdülər.

Qeyd olunanları nəzərə almaqla demək olar ki, səhabələrin öz şəhadətinə əsasən bu rəvayətlər düzgün ola bilməz. Onların düzgün olması fərz edilsə belə, məqsəd tamamilə başqa sözdür və səhabələrin müqəddəslik və toxunulmazlığını çatdırmır.

Allah-taala Öz kəlamında nə vaxtsa Onun fərmanın icrasında etdiyi xidmətlərə əsasən səhabələrdən razı olduğunu bildirmişsə belə, (“Tövbə” surəsi, ayə:100) onun mə`nası gələcəkdə də ürəkləri istəyən itaətsizliyə icazə verilməsi deyildir; sadəcə olaraq burada onların keçmişdə olan itaətkarlıqlarına təşəkkür edilir.


Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin