Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai



Yüklə 2,41 Mb.
səhifə73/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   69   70   71   72   73   74   75   76   ...   99

BAŞQA BİR İZAH


Bu kitabın ikinci bölməsində Qur`anın zahiri və batini mə`naları izah edilərkən qeyd olundu ki, müqəddəs kitabımızda islami maariflər müxtəlif yollarla bəyan olunmuşdur. Həmin yollar ümumi şəkildə iki qismə - zahir və batinə bölünür.

Zahir yolu ilə bəyan olunanlar sadə olub, ümumi kütlələrin düşüncə səviyyəsi ilə uyğundur. Amma batin yolu ilə çatdırılan izahlar xüsusi şəxslərə aiddir və mə`nəvi həyat ruhu ilə dərk olunur.

Zahir yolundan qaynaqlanan bəyan Allah-taalanı yaradılış dünyasının mütləq rəhbəri və fərman verəni hesab edib buyurur ki, bütün mülk aləmi Ona məxsusdur, Allah-taala saysız-hesabsız mələklər yaratmışdır. Onlar Allahın əmrlərinə itaət edərək fərmanlarını icra edirlər. Allah dünyanın hər bir tərəfinə, hər bir yerinə əmr verir, dünyanın hər bir qisminin yaradılışı və nizam-intizamı mələklərdən olan xüsusi bir qrupa aiddir ki, onlar həmin hissənin vəkilləri sayılırlar. İnsan növü də Allahın yaratdıqlarından və bəndələrindəndir ki, Onun əmr və fərmanlarına qulaq asmalı, Allaha itaət etməlidir. Peyğəmbərlər də ilahi çağırışları, Allahın qanun və şəriətlərini gətirən insanlardır ki, Allah onları insanlara doğru göndərmiş və bu qanunların icra olunmasını tələb etmişdir.

Allah-taala iman və itaətə savab və mükafat və`dəsi, küfr və günaha isə cəza və əzab və`dəsi verdiyinə, digər tərəfdən də və`dəsinə xilaf çıxmayacağını buyurduğuna və adil olduğuna görə Öz ədalətinin tələbi ilə başqa bir dünyada yaxşı əməl və pis əməl sahiblərinin bu dünyada öz (yaxşı və ya pis) əməllərinə müvafiq yaşamadıqları üçün o dünyada bir-birindən ayırmalı, yaxşılara yaxşı həyat, pis əməl sahiblərinə isə pis və xoşagəlməz həyat əta etməlidir.

Allah Öz ədalətinin tələbi ilə və`də verdiyinə uyğun olaraq, bu dünyada olan insanları istisnasız şəkildə ölümdən sonra yenidən dirildəcək, onların e`tiqad və əməllərini incəliklərinə qədər araşdıracaq, onların arasında haqq əsasında mühakimə edəcək və nəticədə hər bir haqq sahibinin haqı özünə qaytarılacaq, hər bir məzlumun haqqı zalımdan alınacaq, hər kəsin əməlinin mükafatı (əvəzi) özünə veriləcək, bə`ziləri əbədi behiştə, digər bir qrup isə əbədi cəhənnəmə məhkum olunacaqdır.

Bu, Qur`anın zahiri bəyanıdır və əlbəttə öz yerində doğru və düzgündür; lakin bu anlayışlar insanın ictimai təfəkkürünün məhsulu olan maddədən tənzim olunmuşdur ki, onun faydası daha ümumi və əməlinin hüdudları daha geniş olsun.

Həqiqət vadisində az-çox olan, Qur`anın batini bəyanı ilə müəyyən qədər tanış olan şəxslər bu bəyanlardan adi və sadə camaatın idrakının səviyyəsindən çox-çox yüksəkdə olan müəyyən mətləbləri başa düşürlər. Qur`an da öz əbədi çağırışlarında bə`zən bu bəyanların batini məqsədini çatdıran məsələləri xatırladır.

Qur`an öz müxtəlif bəyanları ilə qısa şəkildə buyurur ki, insan da daxil olmaqla, bütün yaradılış aləmi öz təkvini seyri ilə Allaha doğru hərəkət edir; onlar bir zaman öz hərəkətini sona çatdıraraq ilahi əzəmət müqabilində öz müstəqilliklərini tamamilə əldən verəcəklər. İnsan da dünyanın bir varlığıdır, onun təkamülü isə şüur və elm yolu ilədir. O Allah dərgahına doğru çox sür`ətlə hərəkət edir, öz hərəkətini axıra çatdırdığı bir gün Allahın haqq və yeganə olmasını əyani olaraq müşahidə edəcək və görəcəkdir ki, qüdrət, mülk və hər bir kamal sifəti yalnız Allahın müqəddəs zatına məxsusdur. Məhz bu yolla da əşyalar real varlıqları ilə ona aşkar olunacaqdır.

Bu, əbədiyyət dünyasının ilk mənzilidir. Əgər insan bu dünyada imanlı olub saleh işlər yerinə yetirməklə Allahla, eləcə də Onun dərgahına yaxın olanlarla rabitə, ülfət və ünsiyyət qurarsa, heç vaxt vəsf edilə bilməyən səadət və xoşbəxtliyə çatar, Allah dərgahında, maddi aləmin fövqündə olan bir aləmin pak şəxsiyyətləri ilə yanaşı olar. Əgər dünya həyatına ürək bağlamaq, onun ötəri ləzzətlərində qərq olmaq nəticəsində maddi aləmin fövqündə olan bir aləmdən əlaqəsini kəssə, pak Allah və Onun dərgahının pak insanları ilə ülfət və ünsiyyət bərqərar etməsə əbədi bədbəxtliyə və əzaba düçar olacaqdır.

Əlbəttə, insanın yaxşı və pis əməlləri bu dünyada baş verir və burada da aradan gedir; lakin yaxşı və pis əməllərinin surəti insanın batinində həmişə qalır, insan hara getsə o surətlər onunla yanaşıdır və bunlar onun gələcəkdəki acı, yaxud şirin həyatının sərmayəsi olur.

Yuxarıda qeyd olunan mətləbləri aşağıdakı Qur`an ayələrindən də anlamaq olar:

Allah-taala buyurur:

“Qayıdış mütləq şəkildə Allaha doğrudur.”1

“Agah olun ki, bütün işlər Allaha doğru qayıdır.”2

“Bu gün əmr birbaşa Allaha məxsusdur.”3

“Ey aramlıq tapan nəfs (Allahı yad et) öz Rəbbinə tərəf qayıt, halbuki sən razısın, səndən də razı qalıblar. Belə isə Mənim bəndələrimin arasına və behiştimə daxil ol.”4

Qiyamət günü bə`zi insanlara olunan xitabı bəyan edərək buyurur:

“Sən müşahidə etdiyin bu işlərdən qafil idin, indi pərdəni sənin gözünün qarşısından götürdük və nəticədə sənin gözün bu gün daha iti görür.”5

Qur`anın tə`vili barədə belə buyurulur:

“Qur`anı qəbul etməyən şəxslər onun tə`vilindən başqa bir şey gözləyirlərmi?! Onun tə`vili müşahidə olunan bir gündə əvvəllər onu unudan şəxslər belə deyəcəklər: Bizim Rəbbimizin peyğəmbərləri haqq olaraq gəlmişlər, görəsən bizim üçün şəfaət edəcək bir şəxs varmı ki, bizə şəfaət etsin, yaxud arxaya (dünyaya) qayıdaq və yerinə yetirdiyimiz əməllərdən başqa əməllər görək?!” Onlar öz nəfslərinə ziyan vurmuşlar və yaxdıqları iftiranı itirmişlər.”1

“Belə bir gündə Allah onların həqiqi mükafatlarını verər və onlar Allahın aşkar bir gerçəklik, pərdəsiz bir varlıq olduğunu görərlər.”2

“Ey insan, sən əzab-əziyyətlə öz Rəbbinə tərəf sə`ydəsən. Belə isə Onunla görüşəcəksən.”3

“Hər kəs Allahın görüşünə ümidvar olsa (bilsin ki,) Allahın görüş üçün müqəddər etdiyi vaxt gəlib çatacaqdır.”4

“Hər kəs öz Rəbbinin görüşünə ümidvar olsa gərək saleh əməl (yaxşı və bəyənilən iş) etsin və öz Allahına pərəstişdə heç kəsi şərik qoşmasın.”5

“Ey xatircəm olmuş nəfs! Sənin Rəbbindən, Rəbbinin də səndən razı olduğun halda öz Rəbbinə doğru qayıt. Mənim bəndələrimin içinə və behiştimə daxil ol.”6

Başqa bir ayədə buyurulur:

“Ən böyük müsibət gəlib çatdıqda insan özünün hər növ sə`ylərini xatırlayar, əzab üçün işıqlanan atəş aşkar olar (camaat iki qrupa bölünər). Tüğyan edərək dünyanı özlərinə həyat seçənlərə gəldikdə, həmin atəş onun yeridir. Amma hər kəs öz Rəbbinin məqamından qorxaraq nəfsini həvayi-nəfsdən, xoşagəlməz işlərdən çəkindirsə cənnət onun yeridir.”7

Əməllərin cəzasnın necəliyi barədə isə belə buyurulur:

“Ey kafir olanlar! Üzr və bəhanə gətirməyin. Bu gün (Qiyamət günü) sizə verilən cəzalar yerinə yetirdikləriniz əməllərdir.”1


Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin