150
sürməmiş
olsunlar.
Bir
haldakı
yeddi
qari
üsulunun
mütəvatirliyinin sübuta yetirilməsində
biz bunun tam əksini
müşahidə edirik. Çünki, hər bir qiraət üsulunun davamçıları digər
qiraətləri tənqid atəşinə tutmuşlar.
2. Hicrətin birinci və ikinci yüzilliklərində Peyğəmbərin
səhabələri və sonralar ona iman gətirmiş müsəlmanların Qurana
hər şeydən
daha çox əhəmiyyət vermələri, bütün qiraətlərin
mütəvatir olmasına səbəb olmalı idi.
Bu mətləbi hər bir ədalətli və həqiqətsevər insan dərk edir.
Müəllif:
Müsəlmanların Qurana əhəmiyyət vermələri onun
qiraətinin deyil, özünün mütəvatir olduğunu sübuta yetir. Bunu da
qeyd edək ki, Quran qiraətinin düzgünlüyü bəzi qarilər üçün, hətta
əgər bir nəfər tərəfindən olsa da, ictihad və dinləmək yolu ilə sabit
olur.
Əgər bu doğrudan da həqiqətdirsə, onda bu məsələ yeddi və ya
on mötəbər qiraət üsullarında deyil, Quranın
bütün qiraət
üsullarında müşahidə olunmalıydı. O ki qaldı istifadə olunan bəzi
terminlərə, biz bunun üçüncü yüzillikdən sonra meydana
gəldiyinin şahidi oluruq.
Qiraətlər isə qarilər tərəfindən yeddi
və ya on mötəbər üsullara
bölünərək, ayrı-ayrılıqda məktəblərin yaranmasına səbəb oldu. Bu
məntiqə əsaslanaraq, bütün qiraət üsullarının hamısını birlikdə
mütəvatir və ya qeyri-mütəvatir hesab etməliyik. Birinci nəzəriyyə,
yəni bütün qiraətlərin mütəvatir olması batil və əsassızdır. Belə
olduqda
ikinci nəzəriyyəni, yəni qiraətlərin heç birinin mütəvatir
olmadığını qəbul etməliyik.
3. Yeddi qiraət üsullarının mütəvatir olmaması, Quranın
mütəvatir olmaması deməkdir. Və Quranın mütəvatir olmaması
nəzəriyyəsi batil olduğu üçün, yeddi qiraət üsullarının da mütəvatir
olmaması batil və əsassızdır. Hamıya məlumdur ki, Quranın orjinal
mətni bizlərə məhz qari və hafizlərin vasitəsilə gəlib çatmışdır. Əgər
onların qiraəti mütəvatirdirsə, demək
Quran da mütəvatirdir və
əgər qiraətlərdə nöqsana yol verilibsə, onda Quranın orjinal
mətninə də şəkk-şübhə ilə yanaşılacaqdır.