141
qiraəti tədris edirdi. Özü isə bu sahədə Yəqub Həzrəminin şagirdi
olmuş və elə ona da təqdim etmişdir.»
Dani deyir: «Ruvəys, Yəqubun ən fəal və istedadlı şagirdlərindən
biri idi. Məhəmməd ibni Harun Təmmar
və Əbu Abdulla Zubeyr
ibni Əhməd Zubeyri Şafei Ruveysin ravilərindən hesab olunurlar.»
Doğum tarixi dəqiq məlum deyildir. Vəfatı isə Hicrətin 338-ci
ilinə təsadüf olunur.”
(Təbəqatul-qurra, 2-ci cild, səh.233.)
2. Ruh: Əbdül Həsən künyəsi ilə məşhur olmuşdur. Atası
Əbdülmumin Bəni-hüzəl qəbiləsi tərəfindən köləlikdən azad
olunmuş və Bəsrənin tanınmış Nəhv alimlərindən biri olmuşdur.
İbni Cəzr onun barəsində deyir: «O,
Bəsrənin ən mötəbər
şəxsiyyətlərindən biri hesab olunurdu. Alimliklə yanaşı hərbi işlərlə
də məşğul olurdu. Qiraəti Yəqubdan öyrənmiş və onun ən istedadlı
şagirdlərindən biri kimi tanınmışdı. Doğum tarixi dəqiq məlum
deyildir. Vəfatı isə Hicrətin 235 və ya 234-cü ilinə təsadüf olunur.»
(Təbəqatul-qurra, 1-ci cild, səh.285.)
Digər ravilər kimi onun da raviləri hələ də naməlum qalmışdır.
Dostları ilə paylaş: