Mühasibat hesabları və ikili yazılış
İdarə və müəssisələrdə hər gün çoxlu miqdarda təsərrüfat əmliyyatlari icra olunur və onların nəticəsi ilə əlaqədar olaraq mühasibat balansı tərtib olunur.
Balansın köməyi ilə gündəlik olaraq müəssisə əmlakının tərkibinin dəyişilməsi, onun öhdəçiliyinin vəziyyəti və bütün vəsaitin formalaşmasına dair gündəlik nəzarəti təmin etmək mümkün deyildir. Buna görə də cari uçotu və nəzarəti təmin etmək üçün mühasibat uçotu hesablarından istifadə edilir.
Mühasibat uçotu nəzəriyyəsi və metodoloji prinsiplərində mühahibat uçotu hesabları sisteminə xüsusi əhəmiyyət verililr. Çünki buna əsaslanaraq informasiyaların ikitərəfli əks olunması problemi həll olunmaqla, onun toplanması və cəmləndirilməsi üsulu icra olunur. Hesablar üzrə yazılışlar ikili yazılış metodu ilə aparılır.
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanun tələblərinə uyğun olaraq müəssisələrin mühasibat uçotunun Hesablar Planının tətbiqinə və təsərrüfat fəaliyyətindəki eyni mınşıli faktların mühasibat uçotu hesablarında əks etdirilməsinə vahid münasibəti müəyyən edir.
Mühasibat uçotu müəssisənin, idarənin. təşkilatın və digər təsərrüfat subbyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə büütün maliyyə-təsərrüfat fəaliyyətinin natural göstəricilər əsasında, pul ifadəsində. fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat uçotu registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması üsulunu özündə əks etdirir. Mühasibat uçotu hesabı təsərrüfat əməliyyatları haqqında əməliyyatların və mühasibat uçotunda digər informasiyanın qruplaşdırılması və saxlanması üçün vahid əsasdır.
Onu da qeyd etmək lazımdır ki, mühasibat uçotunun hesablar planının yaradılması, həyata keçirilməsi və tətbiqi dünya ölkəkəri alimləri, mütəxəssisləri tərəfindən yüz illərdən artıq dövrdə mühasibat uçotuna inamın və etibarın yaranmasına xüsusi diqqət verilməkdədir. İlk milli hesablar planı 1937-ci ildə Almaniyada, 1947-ci ildə Fransada qəbul olunmuşdur. Daha sonra dünya ölkələrində, 100-dən artıq ölkədə milli hesablar planı qəbul olunmuşdur. 1960-80-ci illərdə Avropa İqtisadi Birliyi, Vahid Afrika Təşkilatları və Latın Amerikası dövlətləri üzrə millətlər arası ərazi hesablar planı yaradılmışdır.
Mühasibat uçotu hesabları təsərrüfat vəsaitlərinin və onların əmələgəlmə mənbələrinin hər biri üçün ayrı açılır. Hesablarda uçota alınan bütün obyektlər, yəni vəsait və onun əmələgəlmə mənbəyi iki cür ya artmağa, yaxud azalmağa doğru dəyişilə bilər. Xarici görünüşünə görə hesablar ikitərəfli cədvəl formasında tərtib olunur. İlkin olaraq hər bir hesaba obyektin adına görə ad müəyyən olunur. Misal üçün "Əsas vəsaitlər", "Materiallar", "Nizamnamə kapitalı" hesabları və s. adlanır.
Hesabın sxeması aşağıdakı formada müəyyən olunmuşdur:
debet hesabın adı kredit
-
Hesabın sol tərəfi debet (qısaldılmış şəkildə d-t), sağ tərəfi isə kredit (qısaldılmış şəkildə k-t) adlanır. Hesabda müəyyən dövrdə əks olunmuş debet və kredit üzrə yazılışların yekunu, son qalıq (saldo)
adlanır.
Hesabın ikitərəfli nformada tərtib olunması müəssisə əmlakının və onların əmələgəlmə mənbəələrini artıran bütün əməliyyat məbləğləri bir tərəfdə, azaldan əməliyyat məbləğləri isə əks tərəfdə yazmağa imkan verir.
Mövcud qaydalara görə hesabda əks olunmuş ilk qalıqdan sonra yazılan bütün məbləğlərin yekunu dövriyyə adlanır. Hesabın debetindəki məbləğin yekunu debet dövriyyəsi, kreditindəki isə kreditindəki isə kredit dövriyyəsi adlanır.
Müəssisə balansına uyğun olaraq bütün mühasibat uçotu hesabları aktiv və passiv hesablara ayrılır və bununla əlaqədar olaraq hesablara yazılış iki sxem üzrə icra olunur.
Aktiv və passiv hesablarda debet və kreditin təyinatı da müxtəlif olmaqla aparılan əməliyyat yazılışları bir-birindən fərqlənir.
Aktiv hesablara müəssisə əmlakının müxtəlif formalarının qalığı, tərkibi və hərəkəti əks olunan hesablar daxildir. Bu qrup hesablara "Əsas vəsaitlər", "Materiallar", "Kassa", "Qeyri maddi aktivlər", "Hesablaşma hesabı" və s. daxildir. Aktiv hesalarda qalıq (saldo) ancaq hesabın debetində ola bilər.
Passiv hesablarda isə müəssisə əmlakının formalaşması mənbələrini, onların məbləği, tərkibi, hərəkəti və öhdəlikləri göstərən mühasibat hesabları aiddir. Bu hesablara "Nizamnamə kapitalı", "Qısa müddətli bank kreditləri", "Ehtiyat kapitalı", "Əməyin ödənməsi üzrə işçi heyəti ilə hesablaşmalar" və s. daxildir. Passiv hesablarda qalıq ancaq hesabın kreditindı ola bilər. Bir qayda olaraq mühasibat hesablarında hesabat dövrünü əvvəlinə əks olunmuş qalıq (S1), hesabat dövrünün sonunda olan qalıq isə (S2) işarəsi ilə göstərilir.
Mühasibat uşotunda aktiv və passiv hesabların yazılmış sxemini aşağıdakı formada göstərmək olar. Aktiv hesablar üzrə:
Debet Aktiv hesabın adı Kredit
S1-əməliyyatın əks olunmasına qədər olan qalıq
Təsərrüfat əməliyyatları nəticəsində qalığın artımı
|
Təsərrüfat əməliyyatı nəticəsində qalığın azalması
|
Hesabın debeti üzrə dövriyyə
S2-hesabat dövrünün sonuna qalıq
|
Hesabın krediti üzrə dövriyyə
|
Beləliklə, mühasibat uçotu aktiv hesabının debet tərəfində hesabat dövründə aparılan təsərrüfat əməliyyatı nəticəsində əməliyyatı nəticəsində əməliyyatın əks olunmasına qədər olan qalıq, təsərrüfat əməliyyatı nəticəsində baş verən dövriyyə və dövrün sonuna olan qalıq müəyyən olunur.
Hesabın kreditində isə təsərrüfat əməliyyatı nəticəsində əmələ gələn azalma əks olunmuş olur.
Nəticə etibarı ilə aktiv hesablarda hesabın debetində vəsaitin artması, kreditində isə vəsaitn azalması əks olunur və həmin hesablarda yalnız debet qalığı ola bilər.
Passiv hesablarda əməliyyatların yazılış sxeması isə aşağıdakı formada aparılır.
debet passsiv hesabın adı kredit
Təsərrüfat əməliyyatı nəticəsində qalığın azalması
|
S1-əməliyyatın əks olunmasına qədər qalıq
Təsərrüfat əməliyyatı nəticəsində qalığın artması
|
Hesabın debeti üzrə dövriyyə
|
Hesabın kredit üzrə dövriyyəsi
S2-hesabat dövrünün sonuna qalıq
|
Beləliklə, mühasibat uçotu passiv hesabının kredit tərəfində hesabat dövründə aparılan təsərrüfat əməliyyatı nəticəsində əməliyyatın əks olunmasına qədər qalıq, təsərrüfat əməliyyatı nəticəsində baş verən dövriyyə və dövrün sonuna olan vəsait qalığı əks olunur.
Hesabın debetində isə təsərrüfat əməliyyatı nəticəsində əmələ gələn vəsaitin azalması və hesabın debet dövriyyəsi göstərilir.
Mühasibat uçotunda ikitərəfli yazılış üsulu: müəssisə təsərrüfat-maliyyə fəaliyyəti ilə əlaqədar olaraq icra olunan hər bir təsərrüfat əməliyyatı onun iqtisadi məmunundan asılı olaraq mügasibat uçotunun iki obyektinə təsir etməklə iki hesabda yazılış aparmasını nəzərdə tutur ki, bu da onun ikili xarakterindən irəli gəlir. Əgər müəssisə material alırsa, bu bir tərəfdən alınmış material üçün ödəniş hesabına vəsait azalır, digər tərəfdən ödənmiş vəsaitin azalmasına səbəb olur.
Mühasibat balansının aktivində əmlakın tərkibi və yerləşməsi, balansın passivində isə əmlakın formalaşması mənbəələri göstərilir.Ona görə də balansın aktiv və passivində əks olunmuş maddələrin yekunu bir-birinə bərabər olur.
Mühasibat uçotunda ikitərəfli yazılış üsulunun vacibliyi müəssisənin mühasibat balansında əmlakın qruplaşdırılması və yerləşməsi metodunun tələbindən irəli gəlir.
İkili yazılış metodunun idarəetmə sistemində böyük nəzarət əhəmiyyəti vardır. Belı ki, eyni məbləğdə aparılan təsərrüfat əməliyyatı bir hesabın debetində və digər hesabın kreditində əks olunur. Nəticədə əks olunmuş uçot əməliyyatının icrasında buraxılan səhvlər müəyyən olunur və onu icra edən məsul şəxs də aydınlaşdırılır. Mühasibat yazılışı hesablarının adları üzrə konkret təsərrüfat əməliyyatlarının məzmunu və məbləğini göstərən əməliyyatın icra olunması mühasibat hesablarına yazılış adlanır.
Yazılış iki formada aparılır:
-
Sadə yazılış (müxabirləşmə)
-
Mürəkkəb yazılış
Təsərrüfat əməliyyatlarının bir hesabın debetində və digər hesabın kreditində əks olunması sadə yazılış, əməliyyatın bir hesabın debetinə və bir neçə hesabın kreditində əks olunması mürəkkəb yazılış adlanır.
Hər bir firma rəhbərini ümumiyyətlə istehsal ehtiyatlarının təmin olunması vəziyyəti, sex rəisini istehsal ehtiyatlarının çeşidi informasiyaları daha çox maraqlandırır. Bu göstəricilərdən sexin istehsal proqramının yerinə yetirilməsi, müəyyən olunmuş çeşidlər üzrə hazır məhsul buraxılışı, avadanlıqların istehsal gücündən istifadə, fəhlə qüvvəsindən istifqaə olunması və s. asılıdır. Bütün bunlara uyğun olaraq mühasibat uçotunda tələb olunan göstəricilərin əldə olunması üçün sintetik və analitik hesablardan istifadə olunur. Buna uyğun olaraq büyün iqtisadi subyektlərdə sintetik və analitik uçot aparılır. Belə uçotun təşkili və aparılması sistemi mühasibat uçotunun əsasını müəyyən edir.
Bu əsasda da mühasibat uçotu hesabları müəssisə balansı maddələrinə uyğun olaraq sintetik və analitik hesablara bölünür.
Sintetik hesablarda təsərrüfat vasitəəıri və onların əmələgəlmə mənbələri, təsərrüfat prosesləri iqtisadi cəhətdən oxşar qruplar üzrə ümumiləşdirilmiş gqstəricilərlə əks etdirilir.
Analitik hesablarda təsərrüfat məmliyyatları dəqiq və konkret şəkildə əks etdirilir.
Sintetik hesablar subhesablara, onlar da analitik hesablara ayrılır.
Subhesablar və analitik hesablar bir-biri ilə qırılmaz surətdə əlaqədardır.
Analitik hesablar üzrə yazılışların ümumi yekunu onun aid olduğu sintetik və subhesabdakı yazılışların yekununa bərabər olmalıdır.
Sintetik hesablar üzrə tərtib olunmuş dövriyyə cədvəlinə sinteik dövriyyə cədvəli, analitik hesablar üzrə tərtib olunmuş dövriyyə cədvəlinə analitik dövriyyə cədvəli deyilir.
Analitik hesablar üzrə dövriyyə cədvəlində aşağıdakılar əks etdirilir:
1)Hesabat dövrünün əvvəlində qalıq
2)Hesabat ayında debet və kredit dövriyyəsi
3)Hesabat dövrünün axırında son qalıq
Sintetik hesablar üzrə dövriyyə cədvəlində aşağıdakılar əks olunur:
-
Sintetik hesablar üzrə ayın əvvəlində ilk qalıq
-
Ay ərzində aktiv və passiv hesablar üzrə debet və kredit dövriyyəsi
-
Aktiv və passiv hesablar üzrə son qalıq
Hazırda mühasibatlıqda hesablar iki istiqaməq üzrə təsnifləşdirilir:
1) təyinat və quruluş
2) iqtisadi məz mun
Hesabların birinə görə təsnifat zamanı həmin hesabların hansı məqsədlə istifadə edilməsi nəzərə alınır.
Mühasibat uçotu hesabları təyinat və quruluşuna görə aşağıdakı kimi qruplaşdırılır:
1) əsas və nizamlayıcı hesablar
2) bölüşdürücü hesablar
3) kalkulasiya edici hesablar
4) Müqayisəedici hesablar
Əsas hesablar 3 köməkşi qrupa bölünür:
1) əsas aktiv
2) əsas passiv
3) əsas aktiv passiv
Əsas aktiv hesab material və pul vəsaitləri mövcudluğunu və hərəkətini uçota almaqçün istifadə olunur. Ona misal olaraq: 01, 04, 06, 10, 51, 52 hesabları göstərmək olar.
Əsas passivdən fondların vəziyyətinin dəyişməsini, esabarın uçotunu aparmaq və s. üçün istifadə edilir. Ona misal olaraq: 60, 85, 85, 87, 90, 92 və s. hesabları göstərmək olar.
Əsas aktiv passivdən d-t və k-t hesablaşmalarının uçotunu aparmaqçün istifadə olunur. Aktiv və passiv hesabların digərlərindən fərqi budur ki, bunların həm d-t, həm də k-t qalığı ola bilər. Ona misal olaraq 76 no-li hesabı göstərmək olar.
Nizamlayıcı hesablar: Təsərrüfat vəsaitinin qiymətini, yaxud onların mənbələrinin məbləğini dəqiqləşdirmək üçün istifadə edilir. Aşağıdakı köməkçi qruplara bölünür:
1) əlavə nizamlayıcı 2) kontrar nizamlayıcı
balans hesabı üzrə vəsaitin qiymətin artması aparılarsa, onda vəsaitin qiyməti əsas hesabı nizamlayan əlavə nizamlayıcı hesab adlanır. Məs: 15 no-li hesab.
Əsas hesabın qiyməti azalırsa, onda nizamlayıcı hesab kontrar hesab kimi çıxış edir. Təsərrüfat proseslərini əks etdirmə və onun həyata keçirilməsinə nəzarət etməkçün nəzərdə tutlmuş hesablara əməliyyat hesabları deyilir. Əməliyyat hesabları bu qruplara bölünür:
1) Bölüşdürücü
2) Kalkulasiyaedici
3) Müqayisə edici
Bölüşdürücü hesablar toplayıb bölüşdürücü və büdcə bölüşdürücü hesablara bölünür.
Toplayıb bölüşdürücü hesablardan istənilən təsərrüfat prosesinin həyata keçməsi ilə əlaqədar olan və gələcəkdə bir neçə obyekt arasında bölünməli xərclərin uçotunu aparmaqçün istifadə olunur.
Büdcə bölüşdürücü hesablardan iki qarışıq büdcə dövrü arasında əldə edilən gəlirləri və çəkilən xərcləri bir-birindən ayırmaqçün istifadə edilir.
Kalkulasiya edici hesablardan məhsul istehsalı ilə əlaqədar olan məsrəflərin ümumi məbləğini hesablamaq və həqiqi maya dəyərini müəyyən etməkçün istifadə edilir.
Təsərrüfat proseslərindən alınan nəticəni aşkar etməkçün müqayisəedici hesablardan istifadə olunur.
Dostları ilə paylaş: |