2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri


Azərbaycan SSR-də inzibati-amirlik sisteminin



Yüklə 267,88 Kb.
səhifə8/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   4   5   6   7   8   9   10   11   ...   73
Azərbaycan SSR-də inzibati-amirlik sisteminin

acı nəticələri və kütləvi-siyasi repressiyalar. XX əsrin 20-30- cu illərində Sovet İttifaqında milli və dini mənsubiyyət məsələsi xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycanda bir sıra partiya, dövlət və təsərrüfat orqanlarında rus dilini mükəmməl bilməmək bəhanəsilə, milli və dini mənsubiyyət amili azərbaycanlı kadrların sıxışdırılması üçün əsas götürülürdü. Azərbaycanlıların, müsəlmanların simasında antisovet, əksinqilabçı ünsür obrazı yaradılmışdı. Rəhbər orqanlarda,

xüsusilə partiya orqanlarında və güc "nazirliklərində", əsasən ruslar və ermənilər, qismən də gürcülər, yəhudilər və digər millətlərin nümayəndələrindən olan "gəlmələr" üstünlük təşkil edirdilər. 1934-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Bakı Komitəsinin birinci katibi vəzifəsinə M.C.Bağırov seçilənədək Azərbaycan KP MK və BK-da, demək olar ki, azərbaycanlı işləmirdi. Mərkəzi Komitənin Bürosunun üzvlərindən cəmi iki nəfəri (milli respublikada

tutduqları vəzifələrinə görə Azərbaycan SSR XKS və MİK-ın sədrləri) azərbaycanlı, qalanları isə rus və ermənilərdən olurdu. Bakı Komitəsi isə əsasən qeyri-müsəlman xalqların nümayəndələrindən təşkil edilirdi. M.C.Bağırov Azərbaycan SSR-də partiya rəhbərliyinə gəlmiş, Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibiseçilmiş ilk azərbaycanlı idi. O, 1921-ci ildən, hələ

Azərbaycanın "müstəqilliyi" dövründən başlayaraq Azərbaycanın dövlət təhlükəsizlik orqanlarına başçılıq etmişdir. M.C.Bağırov Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində partiyanın rəhbər orqanlarını - Mərkəzi Komitə və Bakı Komitəsini azərbaycanlılaşdırma siyasəti yeritmişdir. M.C.Bağırov 1954-cü ildə həbs olunan zaman Azərbaycan KP MK Bürosunun üzvləri arasında yalnız bir erməni qalmışdı, qalanların hamısı azərbaycanlılar idi. XX əsrin 20-30-cu illərində inzibati-amirlik sisteminin hökm sürdüyü şəraitdə Azərbaycanda bir çox məsələlər

mərkəzləşmiş qaydada Moskva tərəfindən idarə olunurdu. Böyük dövlətçilik diktatının totalitar rejimi təşəkkül tapdığı bir şəraitdə rus dilinin "birinciliyi" ictimai-siyasi və mədəni həyatın bütün sahələrində həlledici amilə çevrilir, Azərbaycan xalqının öz ana dili köklərindən uzaqlaşdırılmasına, öz tarixi keçmişinə və ədəbiyyatına biganə qalmasına, milli mədəni ənənələrini unutmasına səbəb olurdu. Azərbaycanda milli özünüdərkin hər cür təzahürü millətçilik damğası vurulmaqla kökündən kəsilirdi, milli özünüdərki az-çox özündə əks etdirən elmi və ədəbi əsərlər partiya iclaslarında, ictimai təşkilatların yığıncanqlarında və mətbuat səhifələrində təhqirlə dolu amansız tənqid atəşinə tutulurdu. Stalinin şəxsiyyətinə pərəstiş və inzibati-amirlik sistemi, bütün SSRİ-də olduğu kimi, Azərbaycanda da başqa cür düşünən ictimai-siyasi xadimlərin və millətin ən yaxşı nümayəndələrinin güllələnməsi ilə müşayiət olunan siyasi represiyaların güclənməsinə səbəb oldu. Azərbaycan xalqı millətin zehni sərvətini təşkil edən çox parlaq simalarının bir, bəlkə də, iki nəslini itirdi. Azərbaycan milləti yüksələn inkişaf dövründə müəyyən müddət öz intellektual imkanlarından

faktiki olaraq məhrum edildi. Mərkəz Azərbaycanın güc orqanlarında yerləşdirdiyi

nökərləri Sumbatov - Topuridze, Markaryan, Qriqoryan, Yemelyanov, Borşov, Atakişiyev və b. vasitəsilə Azərbaycanın milli demokratik hərəkatının fəal iştirakçıları olan partiya və dövlət xadimlərinə, ziyalıların görkəmli nümayəndələrinə və zəhmətkeşlərin əməkdar nümayəndələrinə qarşı qəddarlıq

göstərməklə cəza tədbirləri gördülər. Azərbaycanın görkəmli partyia və dövlət xadimlərindən Q.Musabəyov, B.Axundov, M.Hacıyev, D.Bünyadzadə, M.D.Hüseynov, Ç.İldırım, M.Qədirli, Ə.Qarayev, H.Bəhmanov, H.Sultanov, A.Sultanova, M.Nərimanov, S.M.Əfəndiyev, görkəmli mədəniyyət və elm xadimlərindən Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, B.Talıblı, T.Şahbazi, M.Cuvarlinski, B.Çobanzadə, hərbi xadimlərdən Səmədağa Mehmandarov, Əlağa Şıxlinski, Qamboy Vəzirov və b. məhv edildilər. Təkcə 1937-ci ildə Azərbaycanda "xalq düşməni" adı ilə 29 min nəfər güllələnmiş və Sibirə sürgün edilmişdi. 1937- ci ildə yalnız Xəzər Gəmiçiliyi İdarəsindən 200 rəhbər işçi, o cümlədən 19 gəmi kapitanı repressiya qurbanı olmuşdur. 1939-cu ildə ÜİK(b)P Mərkəzi Komitəsinin 1937-ci ildə repressiya olunmuşların işlərinə yenidən baxılmasına dair xüsusi Plenumu olmuşdur. Plenum kütləvi represiyalar zamanı heç bir günahı olmayanların da cəzalandığını qeyd edərək, belələrinə dərhal bəraət verilməsini dövlət orqanlarından tələb etmişdir. İttifaqın digər respublikalarında repressiyanın günahsız qurbanlarından bir çoxuna bəraət verilsə də Azərbaycanda heç kəsin işinə yenidən baxılmadı. Çünki Azərbaycanda kütləvi siyasi repressiya əslində Azərbaycan millətinin qatı düşmənlərinin, birinci növbədə ermənilərin siyasi qərəzçiliklə pərdələnmiş etnik düşmənçilik məqsədlərinin nəticəsi idi. Belə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın 51 rayonundan 31-də milisin rəisi erməni idi. Bakı şəhərinin mərkəzi hissəsində azərbaycanlılar "antisovet, əksinqilabçı ünsürlər" olduqlarına görə öz evlərindən çıxarılmış, onların mənzillərinə ruslar, ermənilər, yəhudilər və

gürcülər yerləşdirilmişdilər.


Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin