İstilik hemolizinlərin təsirindən yaranan autoimmun hemolitik anemiya. Xəstəliyin başlanması öz müxtəlifliyi ilə fərqlənir. Hemolitik proses zəif və ya həyat üçün təhlükəli ola bilər. İlk növbədə anemiya əlamətləri nəzərə çarpır. Xəstəliyin başlanğıcında bu simptomlar zəif olsa da, sonradan proqressivləşir. Hemoqlobinin səviyyəsi 40-60 q/l-ə qədər azalır. Xəstədə yüngül sarılıq əlamətləri olur, zəiflik və baş gicəllənmədən şikayət edir. Hər üç xəstənin birində limfadenopatiya, 20% xəstələrdə isə sarılıq yaranır. 80-85% halda splenomeqaliya, 45-50% halda isə hepatomeqaliya qeyd olunur.
Autoimmun hemolitik anemiyanın hemolizin formasında sidiyin rənginin tünd olması xarakter əlamətlərdəndir. Sidikdə çox miqdarda zülal aşkar edilir, Qreqersen sınağı müsbət olur. Hemoqlobinuriyaya çox az rast gəlinir, lakin xəstələrin çoxunda daima hemosiderin olur.
Bilirubinin miqdarı xəstələrin çoxunda normal olur və ya az artır. Qaptoqlobulinin səviyyəsi azalır, lakin laktatdehidrogenazanın səviyyəsi artır.
Qanın tərkibi autoimmun hemolitik anemiyanın aqlutinin formasında olduğu kimidir. Eritrositlərin polixromatofiliya və mikrosferositozu xarakterdir. Sümükiliyinin funksiyasında dəyişiklik yoxdursa, retikulositoz yaranır. Lakin hər üç xəstədən birində retikulositopeniya müşahidə edilir. Trombositlərin miqdarı dəyişmir. Xəstələrin çoxunda yüngül neytrofiliya qeyd olunur.
Autoimmun hemolitik anemiyanın hemolizin formasında bəzən periferik venaların trombozu olur. Kiçik mezenteral damarların trombla tutulması nəticəsindəqarında tutmaşəkilli ağrılar yaranır.
Dostları ilə paylaş: |