NARDAN XATIN
Xacca İsmayıl qızı
Qazax- 1928
Biri var imiş, biri yoxumuş, Allahın bəndəsi çoxumuş. Bir Rasul addı kişiynən, bir Nazdı addı arvat varmış. Bu ər-arvadın dalvadal yeddi oğlu olmuşdu. Əmbə heç qızı olmamışdı. Oğlannar bajıları olmadığınnan çox qəmgin idilər. Bir gün analarına dedilər:
– Ay ana, bajı çox mehrivan olur. Hayıf ki, bizim bajımız yoxdu. İndi biz də bajımız olmadığınnan burdan gedərik. Alaçağ dağın başında oyçuluxnan dolanax. O vaxda qadar ki, sənin uşağın olsun. Nazdı, havax oğlun olsa qapımıza yay, ox as, onda biz gedək, yox qızın olsa qapıya ələk as, onda gələrik.
Nazdı nə qədər yalvardı, başa gəlmədi. Axırda yeddi qardaş Alaçağ dağa getdi.
Bu tərəfdən gün keşdi, ay keşdi. Nazdının bir qəşəng, gözəl qızı oldu. Bu qızın adını Nardan xatın qoydular. Nazdı qızı olduğunnan söyünə-söyünə qapıya ələk asdı. Qapı-qapıya olaşıq tuşmannarı Məmişin arvadı Yomsa ələyi götürüf yay-ox asdı ki, Nazdının oğlannarı gəlməsin. Yeddi qardaş qapıya baxarkən, qapıda yay-oxu görcək baş götürüf diyar-ba-diyar o qədər getdilər ki, axırda bir çöl biyabanda çox oylu olan bir yerdə yaxşı dəyə quruf gündüzdər oy oyluyurdular. Gejələr dəyələrində yatırdılar.
Yazıx Nazdı oğlannarının dediyinə görə qapıya ələk asdısa da bir gələn olmadı. Nazdı qızı Nardan xatını söyə-söyə saxlayırdı. Nardan xatın böyüyüf on iki yaşına gələndə əlləməyax bir qız olduğunnan meymunnan itin qarımasınnan bir yaxşı balaja tula balası tutdu. Munu yanınnan elə örgətdi ki, hər şeyi qanırdı.
Günnərin bir günü Nardan xatın qonşuluqda yun iməjilinə getmişdi. Orda çoxlu qarı və qız gəlin vardı. Qəzadan oların biri... Buların içinə hay-küy düşdü:
– Görəsən, bu kim ola...
deyə bir-birini qorxuya salmışdılar. Biri anamın o biri qardaşımın başı üçün mən döyüləm – deyif arvatdarı inandıranda, Nardan xatın da – bu qara bücük tulanın başı üçün mən döyüləm – deyirdi.
Arvatdar hamısı gülüf, a günü qara, yeddi qardaşı olan da tulanın başına and içərmi?
Mənim qardaşım nə gəzir. Onu bil ki, sənin yeddi qardaşın var. Hər biri bir mahalın cavabını verər.
Nardan xatın sərsəm dinməz-söyləməz anasının yanına gəlif əhval pursannıq eyləyəndə anası ağlaya-ağlaya afalatı qızı Nardan xatına söylədi. Nardan xatın gözünün yaşını bahar buludundan yağış tökülən kimi töküf dedi:
– Ay ana, mən gərək qardaşlarımı harda olur-olsun tapam. Olarsız mən nəyə lazımam. Nejə ki, olar bajı-bajı deyə-deyə çöl biyavana düşüflər. Anası nə qədər öyüt, nəsihət verdisə də baxmıyıf qaraja büjük də yanında yola düşdü. Gejə-gündüz surxalaşa qədər getdi ki, axırda həmən qardaşdarı olan məkana yetişdi. Nə gördü bir çadır var. Bu çadırın içində çiy ət, çörək və sairə vardı.
Ancax bir ins-cins yoxdu. Nardan xatın öz-özünə dedi:
– Həlvət buranın bir yeyəsi var. Axşam gələr. Bu ətdən xörək pişirmək lazımdur. Nardan xatın yaxşı xörək, çörək hazırradı. Və özü də bir xəlvət yerdə gizdəndi. O tərəfdən axşam yeddi qardaşı öyə gələndə xörək, çörəgi hazır, öyü-eşiyi dəzil-dozən görüf mat-məhəttəl qaldılar. Bular yeyif içif yatdılar, savah olanda biri bu sirri bilmək üçün öydə pusquda qaldı. Qalannarı oya getdilər. Pusquda qalan nə gördü, bir yandan alaja bücük öyə gəldi. Munnan bir az sora qız gəldi.
Bu zaman oğlan qızın yanına gəlif hardan gəlif, haraya getməsini xavar aldı. Nardan xatın afalatı başdan-başa ona söylədi. Oğlan Nardan xatın bajısı olduğunu bilif bir-birini qucaxlayıf öpüşdülər. Bu günnən həməşə yeddi qardaş oy oyluyuf gətirirdi. Nardan xatın da pişirirdi. Yeyif dolanırdılar. O tərəfdən Nardan xatınnan balaja bücük bir belə əhdnama bağlamışdı. Biri-biriynən ayrı heş bir şey yeməsinnər. Bir gün Nardan xatın yadınnan çıxıf ayrı xorək yeyəndə balaja bücük gördü ki, o and işdi ki, daha mən burada qalmıyajam. Tula acığa düşüf bir gün Nardan xatın öydə olmuyan zaman siyif odu keçirdi və özü də baş götürüf getdi. Qız öyə gələndə gördü, od keçif bildi ki, balaja bücüyün işidi. Xörək hazır olmadığınnan qapıya çıxıf oddan ötrü hər yana baxırdı. Bir də gördü ki, uzaxda bir tüsdü görünür. Nardan xatın balağını belinə sancıf həmən tüsdü gələn tərəfə ilğadı. O tüsdü gələnə yetişəndə gördü ki, bir qızı saçınnan asıflar. Nardan xatın nə üçün asıldığının səbəbini soruşanda o qız belə cavaf verdi – Mən Xəyriab şahının qızıyam. Həmən məni saçımnan asan İnqiraz döy mənə aşıq olduğunnan Xəyriabdan bu məkana gətirdi. Mən ona rəy vermədiyimnən belə saçımnan asılmağıma səbəb olmuşam. İndi sən yazıxsan, hər nə lazımsa götü buradan get – Nardan xatın qorxa-qorxa ordan bir az götürüf tələsik qaçarkan cibinnən yumax kələfi düşüf çözdənə-çözdənə gəlif öyünə çıxdı. O yannan İnqıraz döy öyünə gəlif.
Adam-adam iyisi gəlir
Yağlı badam iyisi gəlir
Qatır gəlsə dırnax salar
Quş gəlsə qanat salar. –
deyə-deyə qızının yanına gəlif – buraya kim gəlmişdi – deyə xavar aldı.
Qız cavaf verdi:
– Ay canım, buraya heç kim gəlmiyif. O adam iyisi mənim iyimdi. Döy duymuş kimi inanmıyıf oyan-buyanı dolanarkan Nardan xatının saf kələfi gözünə sataşdı. İnqıraz bildi ki, buraya adam gəlifmiş ki, kələfi də açılıf qalıfdı. Ona görə kələfi dəsdələyə-dəsdələyə düz Nardan xatıngilə gəldi. Bilmiş adam kimi döy deyir.
– A Nardan xatın! A Nardan xatın, anan sana üzük yolluyuf. Aş qapıyı, onu sana verim və ya barmağını çıxart üzüyü barmağına taxıf gedirəm.
Nardan xatın anasının adını eşidif inandı. Ona görə də barmağını eşigə çıxartdı. Bu zaman döy Nardan xatının barmağını dişinin arasına qoyuf o qədər sordu ki, Nardan xatın laf bihuş oldu. Döy qızı ölmüş bilif öyünə getdi. Axşam olanda yeddi qardaşdar öyə gəldilər və qapını bağlı görüf təəccübə düşdülər.
Ona görə bir təərnən qapıyı açıf içəri girəndə bajılarını bihuş gördülər. Olar bir təərnən bajılarını huşa gətirdilər. Və onnan bütün afalatı bilənnən sonra İnqıraz döyun öyünə getdilər. İnqıraz döyü tutuf onun tusdağında olan qızı da Azad şah qızını da azad eyləyənnən sonra İnqırazı da gətirif öylərinə gəldilər. Öylərində İnqıraz döyu öldürüf öylərinin sol tərəfinə basırdılar. Ay keşdi, il gəldi. İnqıraz döyün qavrının üsdünnən yeddi gül bitdi. Nardan xatının qardaşı yeddi olduğunnan bu gülün də yeddi olduğuna görə onun xoşuna gəlif gülləri dərif sandığına qoydu ki, havax gönlü istiyəndə çıxardıf baxsın. Bir gün çıxardıf baxanda gördü ki, bu yeddi gül yeddi qənirsiz gözəl qız oluflar.
Nardan xatın bu afalatı qardaşdarına söylədi və o qızdarın hərəsini birinə aldı. Qardaşdarı bajıları Nardan xatını çox istədiklərinnən həmən İnqıraz döyün nəsilləri olan qızlar Nardan xatını öydən rədd eyləmək üçün ona suyunan, xörəknən, çörəknən xəlvət ilan, çayan verdilər. Az vaxda Nardan xatının qarnı şişib burnuna dəydi. Bu zaman yeddi qardaşdar arvatdarınnan xavar aldılar ki׃ – Nardan xatının qarnı yellənməsinə səbəb nədi?
Döy qızdarı cavaf verdilər:
– Biz nə bilək, hası lotu-butdan tutuf, yaqın ki bajınızın oynaşı var. O dəngəsərlər döy qızdarının sözdərinə inanıf bajılarını öylərinnən qoyladılar.
Nardan xatın ağlaya-ağlaya az gedif-çox gedif axırda bir dağın başında bir sürüyə yətişdi. Sürünün iki çovanı Nardan xatının yanına gəlif, biri dedi: bu qız mənimdi, o biri dedi mənimdi, mən aparajam. Çovannarın sözdəri çəfləşif qoyun sahavı Əhməd Çovan çomağı və xançalı çekif dedi:
– Mən bu qızdan tən yarı kəsif öz payımı aparajam.
Çovan Əhməd xançalı endirif, qaldırıf vurmax istiyəndə Nardan xatın qorxuf qarnındakı bütün ilan və çayan qusdu. Özü də axırda dedi:
– A canım nəyə mənnən ötrü biri- birinizi qırırsınız, bir qız bir oğlanındur. Odu ki, mən çovan Əhmədə getmək istərəm. Çovan Əhməd Nardan xatınnan öyünə gəlif onun kəvinni özünə kəsdirdi.
Bu vaxtdan gün, ay keçif Nardan xatının bir oğlu oldu. Nardan xatının bu oğlu yekələnif hər buyruğa gedəsi oldu. Bu zaman Nardan xatın həmən qardaşdarı at sulayan yerə oğlunu qamış ata mindirif dedi:
– Suyun qırağına gedəndə “A atım, su iç, a atım su iç... de.
Oğlan anasının təybiri üzrə qarğı atı minif həmən dayıları at suladığı yerə gəldi.
O qədər gözdədi ki, dayıları at sulamağa gəldilər. Bu zaman Nardan xatının oğlu qarğı atı minif oların at suladğı yerə gəldi. Və atım su iç, a atım su iç... dedi”. Yeddi qardaşdar gülə-gülə:
– A .... oğlu, qarğı at da su içərmi....dedilər.
Uşağ cavaf verdi:
– Bə yeddi qardaş da bir bajıdan keçərmi – deyif, qarğı atı sürüf körpünün üstündə oturdu və onnan sonra civinnan aşığı çıxardıf:
A aşığım şek dur,
Nardan xatın oğluyam.
A aşığım şek dur,
Yeddi qardaşdar yeyəniyəm.
Bu sözdəri deyə-deyə aşığ atırdı. Yeddi qardaşdar bu uşağdan Nardan xatın adını eşidif onun yanına gəldilər və afalatı onnan xavar aldılar. Uşax Nardan xatının afalatını başdan-başa dayılarına nağıl elədi. Dayıları uşağı da qucağına alıf bajıları Nardan xatının yanına gəldilər və onnan da gənə bütün afalatı ögrəndilər. Nardan xatın qardaşlarının alnınnan, ayağınnan öpüf, ay gözümün nuru və dizimin taqəti qardaşdar, sizi sirdaşlarınız yoldan çıxartdı. Odu ki, siz də məni qovaladınız. Əmbə mən və siz də mənnən əl çekmiyək. Çünki “Ər eldən gəli, uşax beldən gəli, vay qardaş dərdi”. Bəlli uyurdan gələn yeddi qardaşdar bajılarını belə namusdı görüf tutduxlarınnan peşman oldular, Nardan xatının nişannısı Əhməd çovan öyə gələndə onu, bajılarını və bajı oğlularını özdərinnən baravar alçax dağda öylərinə gətirdilər. Bu zaman haman arvatdarı döy qızdarı öldürüf Xeyriab camalınnan hərəsi bir qənirsiz gözəl və ağıllı qız aldılar və ata-analarını da öylərinə getirif qulaqları dinc, oyçuluxnan ağ günnər içində ömür keçirməyə başdadılar.
Dostları ilə paylaş: |