Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə91/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   87   88   89   90   91   92   93   94   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

PARACANIN NAĞILI

Xacca İsmayıl qızı



Qazax- 1928
Biri varmış, biri yoxmuş Allahın bəndəsi çoxmuş. Dağətəyi ma­halında bir Paraca varmış. Günnərin bir günündə Paraca ana­sı­na yol azğı qayıtdırıf oduna getməli oldu. Bu zaman qonşu ar­vat­darı Paracanın başına yığışıf:

– A Paraca, bizim qızdarı da özünnən oduna apar.

Paraca dedi:

– Daha yaxşı, həyandılar, gəlsinnər gedək. Arvatdar Para­ca­ya alınmış eliyif kimisi hədik, kimisi qourğa, kimisi cöyüz, ki­mi­­­si iydə verif qızdarını Paracaya tafşırdılar. Paraca başında yed­­di qız meşəyə tərəf ilğandı. Bular az gedif, çox gedif axırda me­­şəyə yetişdilər. Paraca baş aşağı özünün odun şələsini ha­zır­ra­­yıf qızdarın yanına gələndə nə gördü:

Qızdar çatılarnan yellənçək asıf yellənirlər. Paraca buların üs­də çığırıf a baxtı qaralar, gün axşamdı, nəyə odun şələnizi ha­zır­lamıyıfsınız.

Qızdarın biri dedi:

A qardaş, anam qourğa verif, sana tapşırıf.

O biri dedi:

– Hədik verif, sana tafşırıf, ona görə gərək hamımızın şələ­si­ni sən eləyəsən.

Paraca hərçi bulara bağırdı, çığırdı, öyüt-nəsiyət verdi. Odun ey­ləmiyif o qədər oynaşdılar ki, bir də baxdılar axşam düşüf.

Yazıx Paraca halı belə görüf qarğıya-qarğıya qızdarnan ge­jə­nin qaranlığında yola düşdülər. Bir az getmişdilər ki, yolu itir­di­lər. Biçaralar hər tərəfə baxırdılar, yernən, göydən savayı bir şey görmürdülər. Allah, biz bu gejənin gej vaxtı haraya ge­dək. Bu halda Paracagöz gözdirif dedi: A qızdar, görürsünüzmü. O ....uzaxda bir tərəfdə tüstü gələr, bir tərəfdə işıx, yəqin ki, on­nar avadannıxdı. İndi deyin görək bir buların hasına gedək?

Qızdar dedilər:



– A qardaş, tüstü gələn çovan çulux olar. İt-qurd bizi yeyər. Gə­nə işıx gələnə getmək yaxşıdı. Paraca da buların təybirini xoş­du­yuf o işıx gələnin yolunu tutuf getməyə başdadılar. Az gedif, dərə-tə­pə düz gedif axırda işıx gələnə çatdılar. Hər tərəfə baxıf çöl bi­ya­van­da yaf-yalqız bir böyuk öy damı gördülər. Bu damın üstə çıxıf ba­jasınnan baxanda gördülər ki, ojağın qıra­ğında bir döy qarısı ötu­ruf alt dodağı yel süpürür, üst dodağı göy süpürür.

Bunu görən Paraca bajadan torpax tökdü. Qarı elə bildi ki, tor­pax tökən siçandı. Ona görə dedi:

– A sıçan, ey neyə torpax tökürsən, durram ətini aşıxcan ey­lə­rəm günüvü qaşıxcan.

Paraca bu sözü eşidif:

– Ay nənə, siçan döyü bizik, dedi.

Döy qarısı bajada qızdarnan Paracayı görüf dedi:

– Nənəniz qadanızı alsın, içəri gəlin.

Paraca başında yeddi qız içəri girdi.



Döy qarısının çoxdan dişinə bəni adam əti deymədiyinnən bur­nunun uju göynüyürdü. Ona görə bulara azdan, çoxdan ye­dirif, a ba­la­larım, yornuxsunuz, köhnədən, tazadan başınıza çekif yatın dedi.

O belə fikir eylədi ki, buları yuxuya verəm, şirin yuxuda ol­dux­ları zaman ujdan bir-bir yeyərəm.

Paraca döy qarısının qılımını bilif qızdarnan köhnədən, tə­zə­dən bürünüf söykəndisə də adı gözünü yummadı.

O yannan döy qarısı görüm yatıflarmı deyə dedi: Kim yatıf, kim oyax.

Bu annan Paraca hiylə yolunnan dedi:

– Paraca oyax.

Qarı dedi:

– Neyə oyax...

Paracanın həmişə bu vədə anası hədik pişirərdi. Döy qarısı elə bildi ki, doğrudan da belədi. Ona görə hədik pişirif Paracaya verdi. Bir az keçənnən sonra gənə “kim yatıf, kim oyax”.

Yenə də Paraca dedi: – Paraca oyax.

– Neyə oyax.

– Həmişə bu vədə anası xəlvirnən arxdan su getirərdi.

Döy qarısı laf cana gəlif xəlviri götürüf arxa getdi. Xəlviri nə qədər suya basdı, götürəndə süzülüf töküldü. Qarı arxdan su gə­tirməyə çalışmaxda ikən bu tərəfdən Paraca tez qızdarı oyadıf afa­latı onnara söyləməgnən baravar dedi:

– A qızdar, sizi bu ölemnən qutarsan hər nə töfə istəsəm ve­rər­sizmi?

Hamısı dedi:

– Cannan, başnan verərik. Paraca çox sağ olun. İndi durmax vax­dı döyül. Tez olun ki, döy qarısı gələr. Qızdar tələsik barbar­xa­nalarını götürüf Paracaynan yola düşdülər. O yannan döy qa­rı­sı çox çalışıf axırda öyə gəldiydə nə gördü: heş kes yoxdu. Döy qa­rısı fikrə gedif, ax yeddi qızın qannısı Paraca, məni nə yaman al­latdın.

Paracaynan qızdar az getmişdilər, çox getmişdilər. Bir də Pa­racaya nədənsə pıçax tiyəsi lazım oldu. Cibinə baxıf gördü ki, ti­yə yoxdu. Ona görə:

– A qızdar, mənim tiyəm döy qarısının öyündə qalıf, gərək ge­dəm gətirəm. Qızdar nə qədər yalvardılar ki, getmə döy qarı səni ye­yər, həmi də biz çöldə qallıx. Başa gəlmədi. Paraca getməli oldu.

Qızdara dedi:

– Siz mənnən qorxmuyun. Burda durun, indijə gəlirəm. Ya­zıx­lar naəlaş razı oldular.

Paraca yola düzəlif bir az vaxda özünü qarının öyünə yetirdi. Gə­nə əvvəlki damın bajasına çıxıf torpax tökdü.

Qarı:

– A siçan, əy ətini aşıxcan eylərəm, gönünü qaşıxcan, – de­yən­də Paraca:



–Ay nənə, mənəm, dedi.

– Nənəm qadanı alsın. A Paraca gəl. Paraca içəri girən kimi döy qarısı əlini, ayağını bağlıyıf torvaya saldı və yuxarıdan as­dıq­­dan sonra dişini itiləməyə getdi ki, gələndə Paracanı yesin. Pa­raca qarı getdiyini görüf tələsik dişi ilə əl-ayağının kəndirini kesib torvadan yerə düşdü. Və damları axdarıf tiyəsini tapanda döy qarı­sının varı yoxu olan dir xalçası gözünə sataşdı. O həmən xalçanı torva­ya salıf yuxarıdan asdı. Və dərhal yola düzəlif bir az keçmə­miş özünü qızdara yetirdi. Ordan qızdarnan baravar şad şennik­lərinə gəldilər.

O tərəfdən Paracanın və qızdarın qohum-ağrabası gəzif, bu­lar­dan bir əsər tapbadıxlarınnan məlul, məhzun gözdəri yolda ikən qızdarnan Paraca gəldi. Hamısı söyünüf və şaddanıb buları ba­ğırrarına basdılar. Və başlarına gələn qəza və qədəri xavar al­dı­lar. Bu zaman qızdar Paracaya macal verməyif, afalatı baş­dan-aya­ğa kimi olara nağıl eylədilər, Paracada bu qoçaxlığı görən şen­nik əhli ona sağ ol-sağ olun üsdünnən yağdırdılar və dedilər:

– A Paraca, indi bizdən muşdulux nə istiyirsən, istə can-baş­nan verməyə hazırıx.

Şennik əhlinin bu sözünə görə qızdar: Vallah bir döy qa­rı­sı­nı əlində ölüm halında olarkən Paraca belə bir söz dedi: A qızdar in­di mən sizi bu ölümnən qutarsam hər nə töfə istəsəm ve­rər­siz­mi, biz də can-başnan bəli dedik.

İndi Paraca o istədyi töfəni desin, sizdi, bizdi düzəldək. Pa­ra­­ca hər iki tərəfdən düzəldək sözünü eşidif qolduğu qarpız­dan­mış dedi:

– Ay, Dağətəy əhli, bilin və agah olun, mən həmən biznən ba­ravar ölümnən qutaran Güllücəni söymüşəm. Əgər o da məni söysə töfə Güllücəni istiyirəm.

Şennik əhli Güllücənin Paracayı söymək rəyini bildiydən son­ra bir gözəl görkəmli toynan Güllücənin kəvinini Paracaya ke­sif əl-ələ verdilər. Və yallı gedə-gedə qızı Paracanın öyünə kö­çürdülər.

Bu zaman Paracagildə də yağlıdan, yavannan azdan-çoxdan ye­yif yıldızdarınız barışsın, yığvalınız yeyən olsun, muradınız mət­ləvinizə çatın, yeddi uşax atası, anası olun, başınız dölətdi, əya­ğınız sayalı olsun deyif, hər kəs öz öyünə dağıldı.



Paraca isə kasıf karıxnən Güllucə ilə ömür keçirməyə başdadı.


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin