Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə89/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   85   86   87   88   89   90   91   92   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

PİYALAGÖZÜN NAĞILI

Xacca İsmayıl qızı

_______________

Qazax- 1928
“Şatırrı” şenniyində bir dölətdi kişinən bir öydar arvat var idi. Bun­ların da Şeydaman addı bir qoçax oğlannarı var idi. Arvadın qoynu dolu olduğunnan günnərin bir günü bar həmlin yerə qoydu. Munun bir qızı oldu ki, balajalığında yeddi aylıq ayı putası kimi in­sana az oxşarı var idi. Bu uşax süd əməndə bir az vəxtdə ana­sı­nın südünü qutarıf, az qalardı ki, məmələri də yesin. O hələ o biri tərəfdən laf körpə zamanı əlinə hər nə keçərdi udurdu. Ona görə də bu nödərəmət uşağın adını Piyalagöz qoymuşdular. Anası Pi­ya­lagözü əlləmə ayax olduğunnan həmişə bəşigə beləkli sax­lar­dı. Pi­yalagöz isə hərəmi olduğunnan gün­düz­lər dinmez, söyləməz bə­şikdə yatardı. Gecələr isə ata-anasını və qardaşını yuxuya ver­diy­dən sonra beşikdən düşüf əlinə keçən südü, qatığı, yağı yeyif, gə­nə beşigə girif yatardı. Sabah olanda arvat gördü ki, heç bir şey qal­mıyıf. Oları o elə bilirdi ki, bəlkə oğru pişik yeyir. Bir gün belə, beş gün belə gördülər ki, evdə əsər də qalmadı. Ona görə bir gün ər-arvat və oğlannarı Şey­daman yerin içində pusduxda nə gör­dülər: Piyalagöz gejədən bir qədər keçmiş beşik­dən düşüf öydə əli­nə keçəni haramı kimi uduf gənə beşigə girdi. Bunlar Pi­ya­la­gö­zün haramı olduğunu bildiydə bir-birinə dedilər:

– Vay bizim günümüzə, bu hələ balajadı, öydə olan şeyləri be­lə yeyir. Bu böyüyəndə bizləri də yeyər. Hər halda bunun əlin­nən qaçmax lazımdı.

Bu tədbirə onların üçü də razı oldu. Piyalagözü yuxuya verif hər biri bir at minif vəzindən yüngül, qıymatdan ağır şeylərdən at­ları yükləyib bir mənzil uzaqlığda Uzundərə şenniyində bir dam tutuf, orada olmağa başladılar.

Bu yannan Piyalagöz yuxudan ayılıf gördü ki, ata-anası və qar­daşı qaçıflar. Bildi ki, munun qorxusunnan qaçıflar. O haramı ha­lı belə görüf gündə heyvanların birini yeyə-yeyə qutardı. Son­ra it, pişik yeməyə başladı. O tərəfdən Şeydaman və ata, anası bir müddət apardıqları ehtiyatnan dolandılar. Axırda ehti­yat da qur­tar­­dı. Bu zaman Şeydaman Uzundərə şenniyinin malı­na naxırçı olub aldığı haxnan ata-anasını saxlayırdı. Günnərin bir günündə Şeyda­man şenniyin mallarını yığıf itdi, eşekli bir mənzilin me­şə­yə otarmağa apardı. Malı yarpaxlığına darıyıf özü bir daldada ot­ur­du. Yanındakı itdərin hərəsi bir tərəf sümsün­məyə getdi. Şey­daman bir az dincəlif mallarını yoxlamağa gedərkən gördü ki, ən sərp və ən kotallı ala qancıx dərədə bir canavarnan qarıyır. O bu­nu görüf söyünmüş belə bir fikir elədi:

– Çox yaxşı oldu, ala qancıx küçükləyəndə bir cüt yaxşı kü­çük tutaram. Onları özüm elə örgədərəm ki, hansı insi, cinsə qıs vu­randa parça-parça eləsin. Elə ki, bu iş başa gəldi, küçükləri gö­türüf Şatırrıya gedərəm. Hərgah bajım Piyalagöz elə böyük ha­ramı oluf məni də yemək istəsə, küçüklərnən onu darva-dağın et­dirrəm. Bu qoltuxdan öymüzü vətənə aparram. Şeydaman bu təd­bir üzərə ala qancıx doğanda bir cüt küçük tutdu. Birinin adı­nı Halan, o birinin adını Hulan qoydu. Bunları balajalıqdan elə ör­gətdi ki, nəyə qıs vuranda gedirdilər və nəyi al deyəndə o saat da­ğıdırdılar. Şeydaman tədbirini ata-anasına söylədi. Onlar hərçi de­dilər səni də Piyalagöz yeyər, o razı olmadı. Axırda bir at atası, bir at da özü minif küçüklər də yedəgində Şatırrı şenni­yinin ya­xın­nığına yetişdilər. Şeydaman küçükləri də atasına verif, “Ay ata, mən təkcə Piyalagözün yanına gedəjəm, görüm mal-dölə­ti­miz­­dən nə qalıf və ev, eşigimiz necədi. İşdi, Piyalagöz məni ye­mək istəsə, mən küçükləri çağırajam, onda sən onları aç burax”.

Atası naəlaj razı oluf orda Şeydamanın intizarını çəkməkdə ol­du. Şeydaman da atı sürüf Şatırrı şenniyinə yetişdi. Gördü ki, Pi­yalagöz mal-heyvanı qurtarıf, it, pişik qoyalayır. Elə ki, Şey­da­manı gördü, “Ay bajın sana qurvan, ay qardaş evimizə gəl gö­rüm, necə dolanırsınız”, dedi. Şeydaman gördü Piyalagöz yu­na­la­yıf yaxınlaşıf, qaçmax mümkün döyül, ona atı qapılarına sürüf di­­rəyə bağlıyıf, Piyalagöznən içəri girdi. Piyalagöz qardaşınan gö­­rüşüf, ata-anasının və özünün kef-əhvalını xəbər alıf, eşigə çıx­dı, atın bir qılçasını uduf, içəri girif dedi: – A bajın ölsün, üç qıl­çalı atımı minif gəlifsən?

– Həə, ay bajı, həə.

Gənə eşigə çıxıf atın o biri qılçasını da uduf Şeydamanın ya­nı­na gəldi: – A bajın ölsün, iki qılçalı atı sən minif gəlifsən?

– Həə, a bajı, həə...



Piyalagöz bu minvalnan atı bütün yeyif Şeydamanın yanına gəlif:

– A bajın ölsün, hələ yəhərinimi minif gəlifsən?

– Həə, a bajı, həə...

Piyalagöz atı udduqdan sonra Şeydamanı dəxi udmaq xə­ya­lı­na düşdü. Odur ki, – a qardaş, səni çoxdandı pitdəmirəm. Bir uzan pitdəyim – dedi. Şeydaman işi qanıb dedi: “Ay bajı, çox yax­­şı, sən mənim bu yapıncımın söküyünü tik, mən də damın üs­tə çıxıf baxım görüm atamız gəlirmi?

Piyalagöz razı oldu. Yapıncının söküyünü tikməyə başdadı. Şey­daman eşigə çıxıf çəkmələrini kül ilə dolduruf bajadan as­dığ­­dan sonra tələsik yola düzəldi. O tərəfdən Piyalagöz ya­pın­cı­nı qurtarıf ha gözdədi, Şeydaman gəlmədi. Bajadan Şeydamanın çək­mələri sallandığınnan elə bildi ki, bajadadı. Ona görə “a qar­daş-qardaş” deyə çağırdı. Cavab gəlmədiyinnən ağac­nan çək­mə­lə­ri vurdu ki, qardaşı eşidif içəri gəlsin. Dərhal çək­mələr asıl­dı­ğın­­nan altdan qaldıranda kül onun gözünə töküldü. Bu ha əylif gö­zünün külünü təmizdiyənə qədər Şeydaman şən­niyindən kə­nar­dakı ağacdığa yetişdi. Bu tərəfdən Piyalagöz gözünün külünü tə­mizdiyif Şeydamanın izinən elə ilğadı ki, həman ağacdığdakı qar­daşına yetişdi. Şeydaman halı belə görüf tələsik bir hündür çi­nar ağacına çıxdı. Piyalagöz dişinən ağacı kəsməyə məşğul ikən Şeydaman düdügü ağzına alıf:

Halan hu, Hulan hu

Qanımı satın alan hu

– deyə küçükləri çağıranda atası eşidif o sahat küçükləri zən­cir­dən açdı. Küçüklər ildırım kimi özünü Şeydamana yetirdi. Şey­da­­­man küçükləri qıs vuruf dedi: “A dartan, elə dartarsan ki, bir ti­kə əti yerə düşməz. A yırtan, elə yırtarsan ki, bir damcı qanı ye­rə düşməsin”. Küçüklər Piyalagözü elə dartdılar, elə yırtdılar ki, bircə damcı qanınan başqa bir şeyi yerə düşmədi. Şeydaman halı belə gördüydə şad oluf yerə düşdü. Getmək istədiydə gördü ki, o bir damcı qan dilə gəlif deyir:

– A qardaş, məni də apar, həlvət bir gün sana lazım olaram.

Şeydaman gülüf – a munun özünə lənət, özü mana nə elədi ki, qanı nə eləsin – deyif qanı götürüf civinə qoyuf, küçüklər də ye­dəgində bir az getmiş idi ki, bir qatar yüklü və sarvannı də­və­yə rast gəldi. Sarvan başı Şeydamannan soruşdu:

– Bu yedəgdəkilər nədi və nəyə lazımdı? Şeydaman küçük­lə­rin xasiyyətini sarvan başına söylədiydə sarvan başı dedi:

– İndi ki, belədir. Hərgah mənim bu bir qatar dəvəmin yükü nə olduğunu bildin, yüküynən sana verəjəm. Yox bilmədin, kü­çük­ləri də əlinnən alajam.

Şeydaman naəlac qabul edif nə qədər şey saydısa da qatırın yü­künü tapa bilmədiyinə görə sarvan başı küçükləri aldı. Onlar ge­dərkən Piyalagözün o bir damcı qanı dedi:

– A qardaş, sarvan başına deynən yükün sandaldı.

Şeydaman nagahan dedi: Sarvan başı, olma sənin qatarının yü­kü sandaldı.

Sarvan başı: Oğul tapdın, deyif bir qatar dəvəni yüküynən Şey­damana bağışdadı və küçüklərini də özünə verib getdi. Şey­da­man söyünə-söyünə dəvələri çəkif atasının yanına gəldi və bü­tün əhvalatı ona nağıl elədi.

Atası söyünüf dedi:

– A bala, Piyalagözün o bir damcı qannı görüm.



Şeydaman qanı atasına verən kimi atası küçügə atıf onnan xata gə­ləcəgini söylədi. Munnan sonra Şeydaman ilə atası dəvələri çəkif Uzun­dərə şenniyinə tərəf yola düşdülər. Mənzil edə-edə gəlif Şa­tır­rı­ya yetişdilər. Ev-eşiglərini yerbəyer edif və dəvələri yükü ilə bə­ra­bər satıf özdərinə mal-dölət aldılar. O günnən ata, ana və oğul ağ gün­nər içində ömür keçirməyə başdadılar.



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin