Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə18/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   14   15   16   17   18   19   20   21   ...   237
16. KARVANQIRAN ULDUZU
I mətn

Karvanqıran da Dan ulduzuna oxşuyur, amma onnan bir az əvvəl çıxır. O vaxdı hansısa xoca karvanını götürüf gedir. Deyir ki, işıxlananda dağı keçim oyza. Dağ da keçilməz oluf. Bu ulduz çı­xan­da deyiflər Dan ulduzu çıxdı, gedək. Dəbəriflər gediflər, hava işıxlanmır. Uje karvanın qabağı girif. Orda karvan qəzaya uğruyuf, aşıf. Karvanqıran ulduz görükənnən dörd saat sora hava işıxlanır. Amma Dan ulduz çıxannan iki saat sora hava işıxlanır. Bular da deyillər ki, iki saata bu məsafəni gedərih, dağa çatanda hava işıxla­nar da. Gediflər, işıxlanmır, karvanı veriflər bada. Ona görə onun adı qalıf Karvanqıran.


II mətn

Karvanqıran ulduzu lap axşamnan çıxır. Elə işıxlı olur ki, elə bilirsən ki, ta səhər açılır. Bunnan irəli maşın-filan olmazmış. Ta­cir­lər-filannar karvannan gedərmiş alverə, arabeynan, atnan, ulağ­nan. Axşamnan deellər ki, sərvaxt yatın, durax gedək karvana. Tez­dənnən durub biri görür ki, ayə, Dan ulduzu doğub. Dan ulduzu da onun qədər işıxlı ulduzdu, səhər açılanda doğur.

– Ayə, durun!

Hay-küy. Qışın günü, qar burdan – dizdən, şaxta qırx dərəcə, maroz. Bular durub gedillər, səhər açılmır, gedillər, səhər açılmır. Donullar qırılıllar yolda, biri də sağ qalmır. Onnan o ulduzun adın qoyullar Karvanqıran. Yəni, bular allandı o ulduza getdilər, soyux­dan batdılar, qırıldılar.



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin