12. BƏHLUL ÖZÜNƏ EV TİKİR
Bəhlulu Danəndə özünə bir ev tikdirir, alaçıx kimi elətdirir. Elə bir ev tikdirir ki, ayağı çöldə qalır. Vaxd gəlir dünyasını dəyişmək məqamı çatanda deyif:
– Mən bilsəydim dünyanın vəfası budu, heç bunu da tikməzdim.
13. YE, İÇ, ÖLMƏ
Bəhlul evdə oturmuşmuş, bir nəfər gəlir:
Salam məlöykü.
Əlöykümət salam.
Dedi:
– Qardaş, Bəhlul Danəndə sənsən.
Dedi:
– Bəli.
Dedi:
– Mən gəlmişəm sənnən dosd olmağa.
Bəhlulun qardaşı var, adı Rəşid idi. O qədər varrı, o qədər sözeşitməz idi, adına Harun Rəşid deyirdilər. Dedi:
– Qardaşım məni çağırıf, gedəh ora.
Deyir:
– Cənab Bəhlul, mən yox.
Deyir:
– Yox ey, gedəjeyih ora.
Surfa açılır, yeməh-işməh başdanır. Hərə bir sağlıx, hərə bir sağlıx. Harun Rəşid Bəhluldan soruşur ki, bu kişi kimdi? Deyir:
– Vallah, mənim dosdumdu, evdə qoymadım, özümnən gətdim.
Dedi:
– Kişi, bir söz də sən de, amma dəyərri söz olsun.
Dedi:
– Baş üsdə.
İsdəkanı götdü əlinə, dedi:
– Bu surfada yeyif-içən ölmüyəjəh, o sağlığa içəh.
Dedi:
– Elə mən onu isdiyirəm dana, yeyim-içim ölmüyüm.
Bir gün vaxt gəlir Harun Rəşid düşür ölüm döşəyinə. Çağırır qardaşını, deyir:
– Bəhlul hoy.
Deyir:
– Nədi?
Deyir:
– O kişi kim idi? Onu kim idi məjbur eliyən o surfada heylə bir sağlıx deyə ki, “bu surfada yeyif-içən ölməz”. Bə mən ölürəm axı.
Çağırdı dedi:
– Qardaş, bir p.. əkmisən, Harun Rəşid səni çağırır.
Dedi:
– Bəhlul, mənə bir kömək elə. Qardaşın olanda nolar. Cavab verəmməsəm, boğazıma qurğuşun tökdürəjəh.
Deyir:
– Qorxma, get.
Getdi ki, yerdə uzanıf, uje ölür. Dedi:
– Ə, noluf?
Dedi:
– Əşi, ölürəm ey.
Dedi:
– Ölməzsən, qorxma.
Tapşırdı, həmmən qaydada isdolu hazırratdırdı. Tutdu bunun qolunnan otuzdurdu, dedi:
– Yeyək.
Dedi:
– Yeyəmmirəm axı.
Deyir:
– Yeyəmmirsən ölürsən, mən nağarım. Ye, ölmə.
Dostları ilə paylaş: |