Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə14/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   10   11   12   13   14   15   16   17   ...   266
20. DOVŞAN HARIN-QARININ PİŞİYİDİ
Bir gün peyğəmbər bir adama qonax gəlir. Bu adamın çoxlu var-döyləti, qoyunu-malı varıydı. Bu adam duruf peyğəmbərə bir şey kəsməh isdədi. Amma xəsisdiyinnən bilmədi nə kəssin. Axırda tutdu pişiyi kəsdi. Amma bu adam bilmirdi ki, bunun qonağı pey­ğəmbərdi. Peyğəmbər pişiyin ətini yedi, sümüyü yığdı bir yerə. Sora ev yiyəsinnən pişiyin başını, dərisini, ayaxlarını isdədi. Pişiyin başını tüpürcəyinnən dərisinə yapışdırdı. Sora ona nəfəs verdi. Əliynən də başınnan ayağına kimi sığal çəhdi. Pişih dirildi, tükü də o vaxdan arxaya sığallı qaldı. Peyğəmbər də o kişiyə qarğış elədi.

İndi çöllərdə olan maral-ceyran o kişinin qoyunnarıdı, dooşan onun pişiyidi.


21. HAL HAQQINDA
I mətn

Hana toxuyurmuş arvad. Elə oluf bir işin dalınca gedif, gəlif gö­rər hana qarışıf, ağın yerinə sarı toxunuf, sarının yerinə ağ toxu­nuf. Məhətdəl qalır. Evdə uşax yoxdu, bı nətər olan şeydi belə? Bı hana niyə qarışıf? Pusur bir gün, görür bir nazənin sənəm gəldi otur­du, başdadı bının hanasını dolaşdırmağa. Arxadan iynəni sancar bı­nın üsdünə. Bı ha eliyir, qalxa bilmir yerinnən. Bını işdədir. Çox iş­dək olullar. Bını ohqədər işdədir. Bir gün bazara gedəndə qırmızı mun­cuğ alır, bağlıyır boynuna. Suya gedəndə bir qız uşağını çağırıf deef ki, bı muncuğu saa verirəm, bı iynələri çək üsdümnən. Mun­cuğu qıza verir, qız da iynələri çəkir bının üsdünnən. Gedir bajadan əyilir, deyir:

– Ağız, neçə aydı sənə qulluğ eliyirəm, sən də mana çörəh verirsən, çörəyini halal eylə, mən də əziyyətimi səə halal eliyim. Mən gedirəm, amma iki işi mənnən soruşmadın. Biri odu ki, sənin evində xamır qatıram. Mən kündəliyirəm, sən bişirirsən, qutarmır. Bunu soruşmadın ki, sən nağarırsan ki, xamır axşamacan kündələnir. Ona bərəkət verirəm. Əlindəki ərsini bircə dəfə dala belə çöyürəndə onda kəsiləjəhdi. – Günahdı da arxaya çöyürməh. – Bir də vərəm naxoşduğunu soruşmadın. Nə qədər deyif o nədi? Demiyif.
II mətn

Mənim özümün babam çox sərrast oluf. O vaxt Qoradizə dəvəynən nöyüt almağa gəlirmişdər. Beş-altı adam oluf. Yükləniflər gəliflər. Uzun dərə deyillər, Qoradizə çatan yolda, gəlif oturuf orda. Bu təh qalıf, gəlif çatmıyıf olara. Gejə düşüf. Belə baxıf, baxıf, görüf yekə bir qadın gəlir. Deyif ki, ay Mehdi, burda niyə oturmusan? Deyif ki, bəs gedirəm Qoradizə nöyüt gətirməyə. Deyif:

– Sənin yoldaşdarın o tərəfdədi, sən niyə burda tək oturmusan? Tək oturmax olmaz. Dur gedəh.

Bu əl çəkmiyif onnan. Deyif:

– Axı bu yüklər yiyəsizdi.

Deyif:

– Mən adam gətirif qoyaram.



Gətirif bir cavan adam qoyuf yanında, babamı götürüf gedif. Gö­rür toy-nağara, dəm-dəsgah. Cindi-haldı, itdi-pişikdi – hamı qarı­­şıf bir-birinə. Deer dedi ki, vay dədə, vay, düşdüm yığıncağa. Mə­nim hadisəm pisdi. Gətirif buna çörəh qoyuflar. Gəlin oynadıxca bu çörə­yi eşir, tökür də yerə. Yemiyifdi. Gəlin görüf boşqab boşdu, deyif:

– Hə, yeyif.

Оynuyanda görüf bunun ayləsinin paltarı onun əynindədi. Deyif:

– Buy, mən aldığım paltardı.

Əlini batırıf yağa, gəlin gedəndə vuruf bunun üsdünə. Deef:

– Bunu biləjəm.

Hə, Qoradizə gedif, qayıdıflar. Gənə də mənim babam həmin yerdə axşamlıyıf. Gələndə gənə də həmən qadın onu tapıf. Deef:

Olmaz olajax səə, gedəjəyin.



Gənə də aparıf dəm-dəsgahın içinə, yığıncağa. Xoruz banı gəti­rifdi ora. Yühlüyəndə babam deyif bu mənnən əl çəhmir, əl çəhmir, çəkif qıyığı yaxasınnan, vurur bunun üsdünə. Vuranda bu çığırıf deyir:

– Çəh, Mehdi, çəh.

Deyif:

– Yox, çəkmirəm.

Bunu götürüf özüynən aparıfdı kəndə. Arvadı görüf bir dənə kadındı, kişiynən gəlir.

– A kişi, bu nədi?

Deyif:

– Dinmə. Dinmə, hadisədi.

Bunnan yaşıyıf. Bir oğlu olufdu. Sohra deyif ki, mən gedirəm suya. Yoldaşına dеnən ki, mənim süpürgəmi çəhməsin uşağın altı­na. Çəhsə, mənim uşağım ölsə, mən durmuyajam burda. Deyif ki, ola bilməz heylə. Bu (halı tutan şəxsin yoldaşı – top.) güdüfdü da, eşidifdi. Bu gedən­də süpürgəni çəkif. Uşağ öləndə bunun döşü tullanır, gəlir düşür qabağa. Kürəyinə atırmış döşdərini. Deyif:

– Hə, uşağ öldü.

Tez gəlif görür ki, uşağ beşihdə ölüfdü. Deyif:

– Götür də uşağıı, mən gedirəm.

Deyif:

– Ola bilməz. Axı sən mənim uruğumun, turuğumun kökün kəsərsən. Ola bilməz axı.

And verif, Qurana da and içif, deyif heş nəyin lazım döyül. Deyif:

– Bu evdən bir dənə qapının zibili lazımdı maa.

Olar, deyir, havax dururmuşdar, görürmüşdər ki, qapı gül-çiçəhdi. Süpürüf götürüf gedirmiş.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin