Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə23/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   19   20   21   22   23   24   25   26   ...   266
25. XIDIR NƏBİ
I mətn

Xıdır peyğəmbər gəzəntidi. Dünyanı gəzir. Ona görə deyillər ki,

Hər gejəni qədir bil,

Hər gəzəni Xıdır bil.

Xıdır peyğəmbər dünyanı gəzməlidi. Elə adam var ki, Xıdır onun gözünə görükür. Deyir mən Xıdır peyğəmbərəm. O adamın malı, pulu, evi çox olar, Xıdırı görənin.
II mətn

Əgər bir dilənçini qapıdan boş qaytarsan, böyüh günahdı o. Mən bulara da dedim. Dedim: “Aaz, Xıdır Nəbidi, qapıya sail gə­ləjəh”. Mən özüm görmüşəm onu. Yalançı Allahın düşmanıdı. Qon­şum dedi ki, seyvanı silmişdim, paxlanı qaynatmışdım, dənə paxlanı. Gördüm, deyir, qırçınnı, tumannı, əlində ağac bir qız uşağı gəlir. Nəlbəkiyə paxladan qoydum, bu bir-bir yedi. Çöndüm içəri nəzir gətirəm, belə baxdım ki, qız yoxdu.


III mətn

Xıdır bir həfdəyə girir, çıxır. Yelnən girsə, yelnən çıxır, qar­nan girsə, qarnan çıxır, günnən girsə, günnən çıxır.

Xıdır girdi, qış girdi,

Xıdır çıxdı, qış çıxdı.



IV mətn

Fevralın beşi təkə, tülkü düzəldib boğuşdururdular. Qapı-qapı pay yığırdılar. Qışın yarı olması münasibəti ilə keçirirdilər. Çilədə bütün cahıllar yığılır bir evə. İki tülkü bir kosa düzəldilirdi. Un, qənd, çay yığılır. Ev sahibi də kömbə bişirirdi. Səhərə qədər qalar­dıx orda, çalıb-oxuyardıx.

Xıdıra Xıdır deyəllər,

Xıdıra çörəh verəllər.

Mən Xıdırın nəyiyəm?

Ayağının nalıyam,

Atının torbasıyam.

Xanım, ayağa dursana,

Yükün dalını açsana.

Qara toyuğun qanadı,

Kim vurdu, kim sanadı?

Məhlənizə gələndə,

İtdər bizi daladı.

Xıdır Nəbi vaxdı bu heyvannar ki var, şirdi, pələngdi, çak­qaldı, oların cütdəşməh vaxdı olur.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin