102. ÇAXIRLI OCAĞI Yel ojağıydı. Çaxırrı kəndinin yaxınnığındaydı. Qılçasını-qolunu yel tutanı deyinni eliyirdilər ki, gedəjeyih ojağa üş çərşənbə. Kimin nə vaxt girəvəsi** olurdusa, onda gedirdi. Amma dalbadal gedirdilər dayna. Gərəh arada itirmiyeydin. Neçə baş külfət idinsə, məsələn, beş başıydınsa, beş dənə, on başıydınsa, on dənə isdədiyin adamların adına deyinni eliyərdilər. Pambıxdan piltə qayırırdılar, onu da yağlıyıf qoyurdular bir kağızın arasına. Bir də fəsəli bişirirdih. Yel tutan uşağı da götürüf gedirdih. Torpaxdan bir yer idi. Ortasında bir dənə kalafada daş var idi. Daşın ortasında bir əl boyda çala var idi. Apardığımız piltəni orda yandırırdıx. Ortada da kül eliyif yel olan yerə – qoluna, qılçasına, harasınısa yel tutuf ağrıyırsa ora sürtürdüh. Fəsəlini də aparıf orda yeyirdih. Yolnan gedən varıydisə, olara da təklif eliyirdilər. Qalanını da, qırın-qırtısını da ora qoyurdular ki, quşdar yesin. Yel ojağı idi ora.