Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə176/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   172   173   174   175   176   177   178   179   ...   238
37. KİMİN YALANI UZUN OLAR?
Bir sarısakqal, göy göz kişi varmış, bı çox nainsafmış. Bunun üç dəyirmanı var. Bir kişinin oğlu dən üyütməyə gedir. Deyir:

– Ay dəyirmançı, ay dəyirmançı.

Sarısaqqal, göy göz kişi çıxır. Deyir:

– Bala, gəl. Bir tay dən var, onu üyüdüf qurtarannan sora sənkini başdıyaram.

Deyir:

– Yox, atam deyif ki, sarısakqal, göy göz dəyirmançı nainsaf olar, onun dəərmanına getmə.

Bu ulağı sürür, ikinci dəyirmanın yanına gedəndə genə də görür burda da haman sarısakqal, göy göz kişidi. Deyir:

– Ay dəyirmançı, ay dəyirmançı.

Deyir:

– A bala, gəl, bir yük dən var. O dən üyünüf çıxannan sora sənkini üyüdərəm.

Əstafirillah. Onnan sora gedir üçüncü dəyirmana. Bı kişi bir də gedir ora. Deyir:

– Bala, üş tay dən var, o üş tay dəni üyüdənnən sora sənin dəni üyüdərəm, gəl.

Deyir:

– Bının üçü də sarısakqal, göy göz kişidi, elə o savax getdi­yim dəyirmana gedim, dəni üyüdüm, çıxıf gedim.



Qayıdar həmən sarısakqal, göy göz kişinin dəyirmanına. Baş­dı­yır dəni üyüdür. Bı dəyirmançı deyir ki, oğul, çıx navın başınnan bir vedrə su gətir, kökə salax – kömbə. Oğlan gedir bir vedrə su gətirir. Bu nainsaf dəərmançı bir vedrə suyu tökür təknəyə. Bir tay unun hamısını xamır eliyir, fətir salır. Deyir ki, oğul, indi hərəmiz bir yalan danışajıyıx. Kimin yalanı uzun oldu, kömbələr də onun olsun. Başdıyır, oğlan deyir:

– Əmi, söz böyüyün olar, qavaxcan sən de.

Deyir, oğul, məəm bir rəhmətdih atam vardı. O dey, o dağı görürsən? O dağı dağıdarmış, yerində bir dəyirman tikərmiş, gələn dənçilərin dənini üyüdərmiş, yola salarmış, səhərə yaxın dağı düzəl­dər­miş yerinə. Bir də mənim atam dəryanın qırağında bir bostan əkif, bir tağ qarpız qol ata-ata gedif dəryanın ortasında bir qarpız salıf. Mən də qarpızın tağının üsdüynən getdim, qarpızı nişanladım ki, görüm dəyif-dəymiyif. Pıçağım düşdü içinə. Bunu dəyirmançı deyir. Deyir, gördüm yolnan bir-iki adam gedir. Dedilər:

– Əşi, orda nə axtarırsan?

Dedim:

– Pıçağım düşüf.

Deyir:

– Əvi tikilənin oğlu, o qarpızın içində mənim bir qatar dəvəm itif.

Mənim yalanım bıdı, oğul. İndi sən nağıl elə.

Deyir:


– Dəyirmançı qardaş, olar ki, mənim yalanım inşallah ki, səninkinnən uzun olar.

İndi oğlan başdıyır. Deyir:

– Əmi, bizim çoxlu cücələrimiz, toyuxlarımız olardı. Bı toyuxlar kolda-kosda yumurtdarmış, bının yumurtasını bir yerə yığıf qutarammazdıx. İri səbətdər olur, onnarı səbətdərə yığıf töküf xırma­na başdadıx üsdünə vəl qoşmağa. Yumurtanı vəlnən döydük, atam bını şanıynan savırdı, xoruzu bir yana çıxdı, cücəsi bir yana. Xoruzu bir yana çıxdı, cücəsi bir yana. Axırda atam bı xoruzun içinnən bir xoruz tutdu, qırxa bağladı*. Bağlıyannan sora, axırda bı xoruza bir yük dən yüklədi, apardı dərmana. Aparıf dəyirmana dənini üyüdüf qayıdannan sora atam dedi:

– Get, xoruzun belinin palanın al gətir.

Gördüm xoruzun belini üş yerdən palan vuruf, alıx verif da, yaralıyıf. Atama dedim. Dedi, get, onnarın hərəsinin yerinə bir çinar yarpağı qoy. Dəərmançı qardaş, mən də gətdim hər yaranın üsdə bir çinar yarpağı qoydum. Səhər durdux gördük xoruzun belinnən üş çinar ağacı çıxıb göyün yeddinci qatına. Dəərmançı qardaş, bı çina­rın birinə çıxan bir ildən sora düşərmiş, ikincisinə çıxan iki ildən sora düşərmiş, üçüncüsünə çıxan üç ildən sora düşərmiş. Mənim yalanım bıdı. İndi mənim yalanım uzun oldu, yoxsa sənin?

Deyir:


– Oğul, əlbətdə, sənin yalanın uzun oldu.

İndi bı oğlan kökəni yığır xaşalara, çuallara. Dəərmançı deyir:

– Bala, maa vermirsən?

Deyir:


– Yox, vermiyəcəm.

Deyir:


– Heş olmasa bir bisdih ver də. – Bişdih də yüz qrama deyil­lər. – Üş günnən sora gələrsən, kökə verərəm.

Oğlan yühlüyür, bına da əl boyda kökə verif gedir. İndi üş günnən sora gəlir dəyirmançıdan kökəsini almağa. Dəyirmançı bilirmiş da vaxtı. Gəlir arvada deyir ki, ay arvad, dur o başdannan hay sal ki, dəyirmançı ölüfdü. Məni gəlif bir cavan oğlan axtarajax, ona deyərsən ki, dəyirmançı baba ölüfdü. Bir bisti kökədən ötrü. Oğlan üş günnən sora gedir dəyirmançının evinə. Soraxlıyır kəndi ki, dəərmançının evi hardadı? Gəlir dəyirmançının evinin qapısına çıxır. Arvadı çağırıllar ki, bir cavan oğlan gəlif dəyirmançını soruşur. Arvad çıxıf deyir ki, bala, başa dönüm, dəyirmançı ölüfdü.

Deyir:

– Ay ana, Allah ona irəhmət eləsin. Üş gün bunnan qavax dəyirmanına gəlmişdim, maa vəsi elədi ki, mən öləndə sən gərəh məni yuasan. İndi onu mən yuajam.

Deyir:

– Nolar, madam ki, vəsi eliyif, sən yu.

İndi bı dəyirmançını götürüllər yuata. Biri su tökür, oğlan da yuyur. İsdi su tökür, soyux su tökəndə əlində çarıx bizi varmış, soxur kişinin buduna. Kişi gözünü açır. Deyir:

– Bisdimi ver.

Kişi bərh-bərh gözünü yumur. Bir də belə-belə, bını deşih-deşih eliyir. Deyir ki, Allah bu kişiyə irəhmət eləsin, maa bir də vəsi eləmişdi ki, üş gün kümbəzdə mənim qaroulumu sən çəkərsən. İndi bını aparıf qoyullar kümbəzə. Bı da kişini aparıf basdıranda küm­bəzin bööründə uçux qabır varmış, girir ora. Görüllər ki, gecənin bir aləmində üş-dört nəfər quldur şəhəri, evi yarıf, gətirif bırda bölüllər. Arada bir gorda qalır. Gorda da xançala deyilir. Deyir:

– Kim bu xançalı bir dəfiyə bı meyidin ortasınnan keçirsə, xançal onun olsun.

Biri qolunu çərmiyir, dizini qoyur yerə, xançalı belə qaldırıf yendirim deyəndə kişi qalxır:

– Ölülər gəlin, dirilər qaşdı.

Bı keçəl də qabırdan səs verir ki, əyə, qoyma, gəldim. Bı quldurrar qorxularınnan qaçır. Bir az gedənnən sora deyir:

– Ə, bəlkə bizi qara basırmış, qayıdax gedəh, birimiz baxsın görsün doğrudan belə şeydi?

İndi bı keçəlnən dəyirmançı malı bölür. Böləndə genə bı keçəl deyir:

– Mənim bisdimi ver.

Ayana baxır, bayana baxır, keçəl də elə “bisdimi ver” – deyif durur. Dərmançı gördü ki, kümbəzin balaca qapısı var. Bir buxara papax kişi gəlif ordan baxır. Bı quldurrarın yoldaşıdı. Bı oğlan “bisdimi ver” – deyəndə dəyirmançı hopbulur onun başındakı papa­ğı alır, vırır bı keçəlin başına, deyir:

– Ala, bı da sən bisdin, sox gözaa.

Quldurbaşı gedir hay salır yoldaşdarına ki, əyə, qaçın canızı qurtarın. Bisdi-bisdi bölmüşdülər, birinə də pay düşməmişdi, mənim papağımı götürdülər.

Hə, bala, nağıl bırda başa çatdı. Olar yesin şişə çatsın, biz də yeyəh-içəh öz muradımıza çatax.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin