Koaqulyasion hemostaz – başlıca olaraq plazma faktorlarının hesabına əmələ gəlir. Plazma faktorları Roma rəqəmləri ilə qeyd olunur, xronoloji qaydada nömrələnir və prokoaqulyant və antikoaqulyant olmaqla 2 yerə bölünür.
Prokoaqulyant faktorlar – fibrin laxtası əmələ gətirən faktorlardır. Bunlar pozitiv gücə malikdirlər.
Antikoaqulyant faktorlar – fibrinin əmələ gəlməsinə əks-təsir göstərən faktorlardır və neqativ gücə malikdir.