Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


III. Şagird nailiyyətlərinin qiymətləndirilməsi



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə3/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   2   3   4   5   6   7   8   9   ...   167
16 Təsviri incəsənət-kurikulum

III. Şagird nailiyyətlərinin qiymətləndirilməsi 
Resurslar 
Tezaurus 
 
İstifadə olunmuş ədəbiyyat 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Giriş 
Təsviri  incəsənət  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)  və  onun 
xarakterik  cəhətləri.  Təsviri  incəsənət  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)  
bu  fənnin  təlimi  qarşısında  qoyulan  məqsəd  və  vəzifələri  müəyyənləşdirən, 
müvafiq  təlim  standartlarının  reallaşması  üçün  zəruri  fəaliyyətləri  əhatə  edən 
konseptual  sənəddir.  Bu  sənəd  müasir  dövrün  tələblərini,  şagirdlərin  təlim 
imkanlarını,  maraqlarını  və  meyillərini  nəzərə  alaraq,  fənnin  tədrisinin 
məzmununu,  təlim  strategiyasını  müəyyən  edir.  Sənəddə  fənn  üzrə  ümumi  təlim 
nəticələri, məzmun standartları, müəllim və şagird fəaliyyətinə aid texnologiyalar, 
qiymətləndirmə prinsipləri əhatə olunmuşdur. 



 
 
Burada  fənn  üzrə  ümumi  təlim  nəticələri,  təlimin  məzmunu  (məzmun 
standartları), şaquli və üfüqi inteqrasiya, müəllim və şagird fəaliyyətlərinə aid tex-
nologiyalar,  şagird  nailiyyətlərinin  qiymətləndirilməsi  məsələləri  əhatə  edilir. 
Sənəd  ümumi  təlim  nəticələrinə  nail  olmaq  istiqamətində  bütün  fəaliyyətlərin  - 
dərslik  və  tədris  vəsaitlərinin  hazırlanması,  tədris  materiallarının  planlaşdırılması, 
təlimin  forma  və  metodlarının  müəyyənləşdirilməsi  üçün  əsas  mənbədir. 
Kurikulum  hazırlanarkən  təhsil  alanın,  ailənin,  cəmiyyətin  ehtiyac,  tələb  və 
maraqları  əsas  götürülmüşdür.  Kurikulumda  fənnin  məzmunu  nəticəyönümlü 
yanaşma əsasında müəyyən olunmuşdur. Burada əsas diqqət nəticəyəyönümlülüyə 
-  təkcə  biliklərin  qazanılmasına  deyil,  daha  çox  biliklər  əsasında  bacarıq  və 
vərdişlərə yiyələnməyə yönəldilmişdir.  
Təsviri  incəsənət  təliminin  məzmunu  nəticəyönümlü  standartlardan  ibarət 
olub,  hər  bir  təhsil  pilləsinin  və  sinfin  sonunda  əldə  olunan  konkret  nəticələri  əks 
etdirir.  Nəticələrin  əvvəlcədən  standartlar  şəklində  müəyyən  olunması  eyni 
zamanda  onların  reallaşmasına  doğru  yönəldiləcək  tədris  fəaliyyətinin  inkişafını 
izləmək və istiqamətləndirmək üçün obyektiv qiymətləndirmə aparılmasına imkan 
yaradır. 
Təsviri  incəsənət  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)  şagirdlərin 
hissiyyat  imkanlarını,  idraki,  informativ-kom-munikativ  fəaliyyətlərinin  əhatə 
olunmasını,  hissetmə,  emosional  və  psixomotor  bacarıqlarının  inkişafına  zəmin 
yaradır.  

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin